
Nyus.Az xəbər verir ki, bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O bildirib ki, "ASAN xidmət" mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - "Toybəy", "Arenda" adları ilə bağlı müraciətlər olub: "Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də "Əli" və "Yusif" adlarının "Ali" və "Usub" şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması "Əli" və "Yusif"dir. Bunu vətəndaşlarımız bilməlidir".

























