• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
6-02-2018, 00:44

Azərbaycanda hansı virusun yayıldığı məlum oldu - MÜALİCƏ YOLLARI

Azərbaycanda hansı virusun yayıldığı məlum oldu - MÜALİCƏ YOLLARI
Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq "qrip" adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

Nyus.Az bildirir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova bu barədə AZƏRTAC-a deyib: "İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ aĝrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir.

Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur".

Onun verdiyi məlumata görə, xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.

Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.

Xəstəliyin müalicəsi haqqında danışan həkim-infeksionist daha sonra deyib: "Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərarətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə edilir. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tökülür.

Tərlədici vasitələrdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan və gülxətmi kökləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitaminə olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qarağat şirəsini qəbul etmək olar.

Ətrafdakıların yoluxmaması üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkanı ayırmaq lazımdır.

Paraqripə tutulan xəstənin otağı hər gün nəm əski ilə silinməli, gündə bir neçə dəfə havası dəyişdirilməlidir. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhalinin çox sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir".

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az