• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-12-2018, 08:37

Bahar Muradova: "Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin etdi"

Bahar Muradova: "Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin etdi"

"Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qoruyub saxlaması, gücləndirməsi, inkişaf etdirməsi, hər bir Azərbaycan vətəndaşına bu dövlətin taleyi və gələcəyi üçün məsuliyyətli olmaq vərdişini aşılaması, müstəqil Azərbaycanın vətəndaşının tərbiyəsi istiqamətindəki işləri ölçüyəgəlməzdir. Bu gün biz belə ölkənin, getdikcə daha artıq tanınan, zənginləşməkdə olan bir dövlətin vətəndaşı olduğumuz üçün qürur duyuruq".

Nyus.Az bildirir ki, bunu Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyev tarix boyu xatırlanacaq: "Ulu öndər Heydər Əliyev hər gün həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn qonaqlar tərəfindən yad olunur, onun keçdiyi həyat yolu daim xatırlanaraq dəyərləndirilir. Mən Heydər Əliyev haqqında onunla şəxsən tanış olan, yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan, həyatımda əhəmiyyətli izi olan bir insan kimi danışıram. Birmənalı olaraq deyə bilərəm ki, Heydər Əliyev böyük şəxsiyyət olub".

Vitse-spiker bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın ən çətin dövründə ikinci dəfə hakimiyyətə gəlib: "Nəzərə alsaq ki, onun birinci dəfə hakimiyyətə gəldiyi dövr də asan olmayıb. O zaman Azərbaycan iqtisadi və sosial çətinlikləri olan, ittifaq miqyasında geridə qalan, aqrar respublika xarakteri daşıyan bir ölkə idi. Həm o dövrdə, həm də ikinci hakimiyyəti dövründə Heydər Əliyev Azərbaycana çiçəklənmə, inkişaf, rifah gətirdi və onu ön sıralara çıxardı".

Milli Məclis sədrinin müavini əlavə edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra hər bir Azərbaycan vətəndaşının rifah içərisində yaşamasını təmin etdi. Heydər Əliyev həmin ildə prezident seçilməklə Azərbaycan dövlətini inkişaf etdirmək üçün çox böyük bir vəzifəyə rəsmən başladı, Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu".

B.Muradova hesab edir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövrü Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Çünki ulu öndər məhz bu dövrdə Azərbaycan dövlətinin müstəqilliyini xilas edərək onun əbədiliyini, dönməzliyini təmin edən, Azərbaycanı öz imkanlarının, potensiallarının sahibinə çevirən və birmənalı şəkildə "Azərbaycan dövləti var, onunla hesablaşmaq lazımdır və dünya durduqca Azərbaycan da dünya ölkələri sırasında olacaq" fikrini möhkəmləndirən bir fəaliyyət həyata keçirib:

"Heydər Əliyevin xatirəsi qarşısında bir daha baş əyərək onu əmin etmək istəyirik ki, ulu öndər, biz sizin qoyduğunuz siyasi yolda fəaliyyətimizi davam etdirəcəyik və Azərbaycanı uğurdan-uğura qovuşduracayıq. Çünki bu gün Azərbaycanda Heydər Əliyev ideyaları ideya formasında deyil, onlar realdırlar, həyatdadırlar. Bu işin başında siyası varis, möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. Biz onun rəhbərliyi altında Heydər Əliyevin nəzərdə tutduğu layihələrin inkişaf istiqamətlərini həyata keçirməkdəyik. Hesab edirəm ki, bu, davam etdikcə Heydər Əliyevin dəyəri, onun xidmətləri getdikcə daha artıq nəzərə çarpacaq. Azərbaycanın gələcəyi parlaqdır, parlaq gələcəyin də qurucusu birmənalı olaraq ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir. İnkar etmək mümkün deyil ki, Azərbaycan xalqının rifahının yüksəldilməsinə, daxili sabitliyin qorunmasına və cəmiyyətin bütün sahələrində - enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və digər sahələrdə önəmli layihələrin həyata keçirilməsinə istiqamətlənmiş siyasət Heydər Əliyev ideyalarının tərkib hissəsidir".

Onun sözlərinə görə, bu ideyalara söykənən xarici siyasət kursunun mahiyyəti Azərbaycanın daha təkmil bir dövlət kimi yeni, qüdrətli imicini və nüfuzunu formalaşdırmaqla yanaşı, həm milli-mənəvi dəyərləri, həm də müasirliyi özündə əks etdirən üçrəngli Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanacağına əminlik yaradan başlıca amildir.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az