• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
28-11-2018, 08:34

Hacı Nuran bunları ilk DƏFƏ AÇIQLADI: "İllər sonra xəyanətlə..." - MÜSAHİBƏ

Hacı Nuran bunları ilk DƏFƏ AÇIQLADI: "İllər sonra xəyanətlə..." - MÜSAHİBƏ

Nyus.Az bildirir ki, tanınmış aparıcı və "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov Publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Həkimlər icazə vermir ki...

- Şükürlər olsun ki, səhhətim indi yaxşıdır. Həkimlər səhhətimə diqqət etməyi tapşırıb, lakin çox səs-küylü yerdə qalmağa icazə vermirlər.

- İndiki ağlım olsaydı...

- Çox çətin sualdır... Vaxtilə uşaq evlərindəki bir çox uşağın qayğısına qalıb onlara yardım etmişdik. İllər ötdükcə əlaqəni pozdular, mənimlə görüşüb danışmırlar. Nəinki mənə, onlara yadım edən digər insanlara qarşı da eyni münasibəti göstərdilər. Onlara deyirdim ki, vaxt gələcək və siz mənimlə danışamayacaqsınız, heç salam verməyəcəksiniz. Həyat elədir ki, yaxşılığı edib dənizə atırsan, amma istər-istəməz ürəyin qırılır... Yaxşılıq etdiyim üçün heyfsilənmirəm, sadəcə istəyirsən ki, hörmət görəsən, hərdənbir onlarla hal-əhval tutasan. Yaxşılıq etdiyin insanın bir salamını gözləyirsən. Təəssüf ki, işləri tam düzələndən sonra yadlarına düşmürsən, daha lazım olmursan.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Dəyişməli çox məqam var. İstərdim ki, insanlar bir-birilərinə qarşı münasibətdə daha dürüst və daha səmimi olsun, xəyanət və qeybət olmasın. İndiki zamanda görürsən ki, səninlə deyib-gülən tanışlar gedib başqa yerdə ardınca danışırlar.

- Dostluq...

- Əhatəm genişdir, şükür Allaha ki, qarşıma adətən özüm kimi insanlar çıxır. Bu yaxınlarda bir insanla tanış olmuşam, sanki 42 ildir bir-birimizi tanıyırıq, ürəyimi oxuya bilir. Dostluq uşaqlıqdan etibarən qurulan münasibət deyil. Belə dostluqlar illər sonra bəzən xəyanətlə nəticələnir.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Ailəcanlı və həyat yoldaşını sevən kişilər xanımlarını heç vaxt aldatmır.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Əlbəttə ki, böyük ürəyi olmalıdır.

- Yaş kompleksi...

- Yaşımı gizlətmirəm, yaş kompleksi əsas qadınlarda rast gəlinir.

- Qadına qarşı şiddət...

- Əri tərəfindən döyülən qadınlara və onların uşaqlarına yazığım gəlir.

- Vanqa nənə ilə görüşsəydim...

- Dünyada heç bir fəlakət və ya ölüm hadisəsinin olmayacağı günü soruşardım.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- İncidiyim və ya anlaşılmazlıq yaşadığım anlar olur. Lakin kin saxlamağı xoşlamıram, hər kəsi bağışlayıram. Onsuz da həyat qısadır, niyə ömrümüzü küsərək keçirək, müəyyən müddət sonra barışırsan.

- Unuda bilmədiyim insana demək istərdim ki...

- Zamanla valideyn itkisindən başqa hər şeyi həyat özü sənə unutdurur. Ana-ata yoxluğunu heç kim əvəz etmir, bu yara heç zaman sağalmır. Anamın xəstəliyinin son günləri yadıma düşəndə özümü pis hiss edirəm, ağlamaq istəyirəm.


- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənhalıq insanın özünü aciz və kimsəsiz hiss etməsi deməkdir, depressiyaya düşmək üçün bir pillədir. Heç kəs istəməz ki, bu vəziyyətə düşsün.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Çelentanonun bu barədə gözəl bir replikası var: "Həqiqəti bildiyim halda qarşımdakının yalan danışmağından zövq alıram".

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Bu, Allahın qanunudur, qarışa bilmərik.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Hər kəsin xoşbəxt olacağını xəyal etmək istəyirəm.

- Günahlarım yadıma düşəndə...

- Böyük günah işlətməmişəm, sadəcə ola bilər ki, bilmədən kiminsə xətrinə dəymişəm.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki...

- Siqaret çəkməsin və içki içməsin.

- İlahi ədalətə inancımı o zaman itirdim ki...

- Həyatımda ağır mərhələlər çox olub, buna baxmayaraq, inancımı itirməmişəm.

- Mənə qarşı edilən ən böyük ədalətsizlik...

- Olub keçib, onları yadımda saxlamıram, neqativi həyatımdan uzaq tuturam. Əgər hanısa insandan mənə mənfi mesaj gəldiyini bilirəmsə, onu tez oxuyub yatıram. İcazə vermirəm ki, onun aurası mənə toxunsun.

- Heç vaxt heç kimə icazə vermirəm ki...

- Mənə və ətrafımdakılara hörmətsizlik etsin.

- Yaxşı gündə, pis gündə...

- Yaxşı dostlar bizi tək qoymasın.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

- Minnətdaram.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az