• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-11-2018, 09:30

Azərbaycanda kimlərin kredit borcu silinə bilər?

Azərbaycanda kimlərin kredit borcu silinə bilər?

Gürcüstan hökumətinin aztəminatlı əhalinin kredit borclarının ləğvinə dair qərarı Azərbaycan cəmiyyətində analoji problemin müzakirələrinin yenidən canlanmasına səbəb oldu. Həcmi 2 milyard manata yaxınlaşan problemli kreditlərin banklara, əhaliyə yaratdığı çətinliklər bir daha gündəmə gətirildi.

Nyus.Az "Yeni Müsavat"a istinadən xəbər verir, eyni zamanda, məlum oldu ki, nəinki aldığı 2-3 min dollar (yaxud manat) krediti qaytarmaq imkanında olmayan aztəminatlı insanlarla yanaşı, yüz minlərlə dollar/manat kreditləri götürərək təyinatından yayındırıb mənimsəyən şəxslər də dövlətin hesabına borclarının bağlanmasını gözləyirlər. Məlum olduğu kimi, bu gün bankların əksəriyyəti üzrə yaranan problemli kreditlərin böyük hissəsi məhz bank inzibatçıları, müxtəlif məmurların yaxınları olan ikinci qrup şəxslərdədir.

Qeyd edək ki, Gürcüstanda adları kredit borcuna görə qara siyahıya salınmış 600 minədək aztəminatlı vətəndaşın 2 min lariyə qədər olan borcları silinir. Bəs Azərbaycanda hökumət problemli kreditlər məsələsinə əl qoyarsa, kimlərin borcları silinə bilər?

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, hökumət belə bir qərar qəbul edərsə, çox ciddi araşdırmalar aparılmalıdır: "Bu qərar olacaqsa, ilk növbədə, kimin kreditlərinin silinəcəyi sualının real cavabı tapılmalıdır. Elə mexanizm seçilməlidir ki, vətəndaşların bərabərliyinə dair konstitusion hüququ pozulmamalı, eyni zamanda dövlət vəsaitləri hansısa formada kimlərinsə maraqlarına xidmət etməməlidir. Yəni çox ciddi və hərtərəfli dərinləşmiş təhlillərin, araşdırmaların aparılmasına ehtiyac var. İlk növbədə, problemlilər siyahısına düşmüş müştərilər üzrə müəyyən qiymətləndirmələrin aparılmasına başlamaq olar. Çünki artıq bu siyahıya düşmək həmin müştərilərin borclarını qaytara bilmədiklərini göstərir. Lakin burada da ciddi araşdırmaların aparılması zərurəti yaranır. Belə ki, mövcud vəziyyət göstərir ki, bir çoxları imkanları olsa da, ümumi mənzərə fonunda borclarını ödəməkdən imtina edirlər".


R.Həsənov bildirir ki, elə insanlar var ki, böyük çətinliklə, hətta bir çox hallarda digər mənbələrdən borclanmaya gedərək kreditlərini ödəyirlər: "Bu, həmin vətəndaşların məsuliyyət hissinin daha yüksək olduğunu göstərir. Adamlar da var ki, çox rahat yaşayırlar, gəlirləri də yetərincədir, amma ödənişlərini etmirlər. Seçim edərkən bu məqamı da nəzərə almaq lazımdır. Yəni genişmiqyaslı araşdırma aparılmalıdır. Daha yaxşı olar ki, məsələyə bu kontekstdən yanaşılsın: birinci, 2015-ci ilin fevalından etibarən nə baş verib? Devalvasiyalar barədə qərarı kim verib? Bu qərardan zərər çəkən subyektlər hansılardır? Həmin subyektlər üzrə zərər müəyyənləşdirilməli və dövlət tərəfindən qarşılanmalıdır. Bu zaman güzəştlər kredit məbləğinə hesablanmış faizlər üzrə edilə bilər. Yaxud tutalım ki, 3 minə qədər olan kreditlər silinir, 3-20 min arası kreditlərdə faizlər dövlət tərəfindən kompensasiya olunur, 20 mindən yuxarı olan kreditlərdə isə məzənnə fərqinə kompensasiya tətbiq edilir. Bunun dəqiq mexanizmini fiskal siyasəti həyata keçirən qurumlar və Nazirlər Kabineti birgə müəyyənləşdirə bilər".

Ekspert hesab edir ki, dövlət dəstəyi tətbiq olunarkən istehlak kreditləri ilə biznes kreditləri fərqləndirilməlidir:"İstehlak kreditləri əlavə dəyər yaratmayan vəsaitlərdir. Real sektora verilən biznes kreditləri isə əlavə dəyər yaratmağa yönəldilir. Düzdür, Azərbaycanda kreditlərin düzgün rəsmiləşdirilməsi kimi bir problem də mövcuddur. Kreditlərin böyük hissəsi istehlak krediti kimi rəsmiləşdirilir. Yaxud biznes adı ilə götürülən kreditlər tamam başqa istiqamətlərə yönəldilir. Buna görə də bu məsələlərdə çox diqqətli olmağa ehtiyac var. Valyutada kreditləri olan vətəndaşlar ikinci dərəcəli risk qrupu olaraq seçimə daxil edilə bilər. Biznes kreditləri üçüncü, istehlak kreditləri isə dördüncü dərəcəli risk qrupu kimi seçilə bilər".

Onun fikrincə, Azərbaycanın hazırkı maliyyə imkanları problemli kreditlər məsələsini həll etmək üçün kifayət qədər yetərli səviyyədədir: "Bu imkan böyükdür. Nəzərə almaq lazımdır ki, problemli kreditlər ölkənin maliyyə-bank sektorunu iflic vəziyyətinə salıb. Bu gün ümumi kredit portfelinin 14 faizdən yuxarısı problemli kreditlərdir. Hansı ki, 6 faizdən yuxarı artıq SOS hesab olunur. Belə bir şəraitdə banklar işləyə bilmir, onlar kreditləşməyə meyl göstərmirlər. Gələcəkdə dövlətin bankların arxasında hansısa formada dayanacağına təminat yoxdur. Buna görə də kredit portfeli genişlənmir. Hökumət də deyir ki, real sektor inkişaf etsin. Əgər real maliyyə qaynaqlarına çıxış yoxdursa, bu sektor necə inkişaf etsin? Dövlət problemli kreditlər məsələsini həll etməklə eyni vaxtda bir neçə məqsədə nail ola bilər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az