
ispan klubunun azarkeşlərinə bütün boş yerləri almaq üçün yarım saatdan bir qədər çox vaxt, təqribən 37 dəqiqə lazım gəlib.
İndi biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır və qiymətlər 300 – 24080 avro arasında dəyişir.
Madridlilər dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxış ediblər. Çünki əldən bilet alan fanatların stadiona buraxılacağına zəmanət verilmir.
"Real" və PSJ arasında ilk görüş fevralın 14-də Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-na nəzərdə tutulub.

























