• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
7-11-2018, 09:54

Elmar Məmmədyarov Ukrayna səfirliyimizdəki qalmaqalla bağlı hərəkətə keçdi

Elmar Məmmədyarov Ukrayna səfirliyimizdəki qalmaqalla bağlı hərəkətə keçdi

Xarici İşlər Nazirliyi 2,4 milyon dollar vəsaitin mənimsənilməsi iddiası ilə bağlı araşdırmaya başlayıb; deputatdan nazirə sərt suallar: “Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq?”
Son günlər Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyəti yenidən gündəm mövzularından birinə çevrilib. Buna əsas səbəb Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyevin sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsidir.

Xudiyev T. Əliyevin səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib. Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib. T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub.

Xuduyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi hətta parlament səviyyəsində müzakirə edilib, bəzi deputatlar bunu E.Məmmədyarovu nazirlikdə işini yaxşı qurmamaqda qınayıb. Yada salaq ki, 2015-ci ilin mayında da Xarici İşlər Nazirliyində ziddiyyətli proseslər baş qaldırmışdı. Belə ki, o zaman İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov nazirliyi və hakimiyyəti sərt tənqid edərək müxalifət düşərgəsinə keçmişdi.

İyul ayında o, 2013-cü ildən işlədiyi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı səfiri vəzifəsindən geri çağırıldı. Bundan dərhal sonra Hesablama Palatasının kollegiyasının iclasında A.Məmmədovun 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin (Strasburq) rəhbəri işlədiyi dövrdə büdcə vəsaitlərindən qanunsuz istifadə və dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq toplanmış materialların Baş Prokurorluğa göndərilməsinə qərar verildi. Toplanmış faktlar əsasında A.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verildi. Bu qalmaqal E.Məmmədyarovu ciddi tənqid hədəfinə çevirdi. Bundan sonra da zaman-zaman səfirliklərdə yeyinti faktları ilə bağlı xəbərlər yayılıb. Ukraynadakı səfirliklə bağlı baş verənlər isə indiyədək olanları “kölgədə qoydu”.

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.

Bunu BakuPost-a açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, XİN-in araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: “Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.

Deputat Fazil Mustafa noyabrın 6-da bu mövzuda E.Məmmədyarovu sərt tənqid edən yazı ilə çıxış edib. O, nazirin dilimizdə sosial şəbəkələrdə yayılmış məlum çıxışını xatırladaraq yazır: “Əslində Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi. Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib?

Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?"

Deputat daha sonra da sərt suallarını davam etdirib: “Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər Nazirliyimizin səfirlikiçi münaqişəni, mübahisəni Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır”.

Deputat sonda yazır: “Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?”

Sonda onu da qeyd edək ki, Azərbaycanın haqq səsini dünyada duyuran E.Məmmədyarov zaman-zaman bu kimi qalmaqallarda tənqid edilsə də, onun təcrübəli diplomat olduğuna heç bir şübhə yoxdur. Amma bəzi ekspertlər belə iddia edir ki, E.Məmmədyarov dinc dövrə uyğun diplomatdır. Məsələn, “Azərbaycan Naminə” İctimai Mərkəzin prezidenti Eldar Namazov müsahibələrinin birində E.Məmmədyarov haqda belə deyib: “Mən xarici işlər naziri cənab Elmar Məmmədyarovu uzun illərdir tanıyıram. O, kifayət qədər təcrübəli, savadlı diplomatdır. Onun nazir olmazdan öncəki dövrlərdə çalışdığı vəzifələr ona imkan verib ki, dünya siyasətini, regionda gedən prosesləri yaxından izləsin və dəqiqliklə təhlil etsin. Ancaq məşhur bir anlayış var ki, müharibə şəraitinə uyğun diplomatlar, siyasətçilər və dinc şəraitə uyğun diplomatlar, siyasətçilər var. Bunu indi xarici işlər nazirinə də şamil edə bilərik. Elmar Məmmədyarov başda olmaqla, XİN-dəki bir çox diplomatlar dinc dövrə uyğun yaxşı diplomatlardır. Bizim diplomatiyamız faktiki olaraq müharibə aparan bir dövlətin diplomatiyası olmalıdır”.

XİN-lə bağlı bu məsələdə tənqidlər haqlı olsa da, hər halda, E.Məmmədyarovla bağlı mövzu həssaslıq tələb edir, xüsusilə sosial şəbəklərdə tənqidi fikirlər əndazəni aşmamalıdır.

ORXAN,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az