• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-02-2018, 17:10

"Hüseyn Cavid – 135" şeir müsabiqəsi ilə bağlı antologiya təqdim edildi

"Hüseyn Cavid – 135" şeir müsabiqəsi ilə bağlı antologiya təqdim edildi
Bu gün böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə "Kaspi" təhsil şirkəti, "Kaspi" qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi "Hüseyn Cavid - 135" şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.

Nyus.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media rəhbərləri, şairlər və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasnın sədri Əflatun Amaşov Azərbaycanın böyük şairi Hüseyn Cavid haqqında məlumat verib. O bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir.

Görkəmli şairin Naxçıvanın Şaxtaxtı kəndində anadan olduğunu deyən Ə.Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Təbrizdə mədrəsədə, daha sonra isə İstanbulda təhsil alıb:

"Təhsil aldıqdan sonra böyük şair Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olub. Lakin o dövrün amansız sürgün həyatı ondan da yan keçməyib. Böyük şairimiz Sibirə sürgün olunub. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib".

Ə.Amaşov bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan sənətkardır:

"Hüseyn Cavid elə sənəktardır ki, onun əsərləri əbədi olaraq tariximzə həkk olunmalıdır".

Daha sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, Hüseyn Cavid çox xoşbəxt sənətkarlardandır.

Onun sözlərinə görə, sənətkarına böyük qiymət verə biləcək xalqa sahib olmaq xoşbəxtlikdir: "Şəxsiyyətləri mühit yetişdirir. Bu, birmənalıdır. Cavidin taleyi elə yazılmışdır ki, onun atası mütləq Şaxtaxtdan köçməli idi. Böyük dramaturq atasının qoyduğu molla məktəbindən qaçmalı, Sidqinin məktəbinə gəlib dünyəvi elmlərlə məşğul olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkürənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Hüseyn Cavidin taleyində türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkürənin nədən başlandığını və digər prinsipləri öyrənməli idi".

S.Vəliyeva bildirib ki, Hüseyn Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkürə hakimliyi var: "O nə yazıbsa, orada iki xətt var. Biri tanrıya, biri də milli məfkürəyə bağlılıq".

"Kaspi" qəzetinin təsisçisi qeyd edib ki, Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: "Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O nə yazdısa, xalq onunla qürür duydu. Ümumiyyətlə, Caviddən danışanda onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O sonuna qədər öz əqidəsinə, məsləyinə, arxalandığı məfkürəyə sadiq qaldı. Bu gün biz Cavidə qayıtmaqla özümüzə qayıdırıq".

Ümummilli liderin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər ailəni böyük məqbərə altına topladı: "Ümummilli lider Hüseyn Cavid ideologiyasını dəstəkləməklə bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir".

Müsabiqə haqqında məlumat verən "Kaspi" qəzetinin təsisçisi vurğulayıb ki, müsabiqəyə 108-ə qədər müəllif şeir göndərib: "Qaliblərin müəyyənləşdirilməsi üçün çox görkəmli söz adamlarında ibarət münsiflər heyəti təşkil olunub. Bildiyiniz kimi Cavidin əsas pinsipi ədalət idi ki, qaliblərin seçilməsində bu prinsipə əməl olunub. Qaliblər üçün diplom və pul mükafatı ayrılıb. Mən bütün qalibləri təbrik edirəm. Bu səpkidə tədbirlərimiz davamlı olacaq".

Müsabiqənin münsiflər heyətinin üzvü, şair Sabir Rüstəmxanlı bildirib ki, Cavidin Azərbaycana qayıdışı, tarixi bayram idi.

Tədbirdə çıxış edən digər natiqlər bu cür müsabiqələrin keçirilməsinin mühüm və əhəmiyyətli olduğunu dilə gətiriblər.

Sonda müsabiqə qalibləri mükafatlandırılıb.
Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az