• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
1-11-2018, 00:33

Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib

Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Nyus.Az Trend-ə istinadən bildirir ki, tədbir çərçivəsində Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabı, həmçinin Mir Cəlal Paşayev və Firidun Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.

Sönməyən işıqlar

Xatirə gecəsində Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında mövqeyindən söz açıb. Qeyd edib ki, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, eləcə də Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Heydər Hüseynov kimi ədəbiyyatşünas alimlər Azərbaycanın gələcəyi üçün öz zəkası və qələmləri ilə işıq yandırmış insanlardır. Onların yandırdığı bu işıq Azərbaycan xalqının yolunu daim aydınlaşdıracaq.

Altmış il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdirdiyi "Füzuli sənətkarlığı" kitabını ölkəmizdə müasir füzulişünaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonralar bu əsəri təkmilləşdirərək "Füzuli sənətkarlığı" adı ilə nəşr etdirib. Kitab "Ədibin Evi" tərəfindən Mir Cəlalın 110 illik yubileyi münasibətilə yenidən çap olunub. Muzeyin direktoru bu kitabın nəşrini işığın qayıtması kimi dəyərləndirib.

Hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər

Mir Cəlalın tələbəsi olmuş Xeyrulla Əliyev müəllimi ilə bağlı xatirələrini bölüşüb. "İndi qəribə görünsə də, o dövrdə ali məktəblərdə dərsə davamiyyət jurnalları rus dilində yazılırdı. Bu səbəbdən də "Əliyev" familiyası "Aliyev" olurdu. Sanki buna etiraz əlaməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxumaz, tələbələrdən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal müəllim elə sadə danışırdı ki, mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda, elə fikirlər söyləyirdi ki, mən onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər", - deyən Xeyrulla Əliyev müəlliminin tələbələri yaradıcılığa ruhlandırdığını, yüksək insani keyfiyyətlərini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu böyük şəxsiyyət təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb. Akademik Akif Əlizadə özünün də bir şəxsiyyət kimi formalaşmasında Mir Cəlal Paşayevin nümunəvi həyatının böyük rolu olduğunu, bu böyük yazıçının Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etdiyini diqqətə çatdırıb. Gənclik dövründə Mir Cəlalla görüşləri barədə xatirələrini bölüşən akademik Akif Əlizadə bu ailənin üzvlərinin bu gün də Azərbaycana işıq gətirdiklərini, ədibin övladlarının və nəvələrinin ölkəmizi dünyada təbliğ etdiklərini vurğulayıb.

Xoşbəxt yazıçı və pedaqoq, xoşbəxt ata

Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin deyib ki, Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi. Mir Cəlal həm də xoşbəxt bir atadır; onun sovet dövründə yetişdirdiyi övladları bu gün müstəqil Azərbaycana layiqincə xidmət edirlər.

Akademik Vasim Məmmədəliyev diqqətə çatdırıb ki, Mir Cəlal böyük şəxsiyyət olduğu qədər də böyük sənətkardır. Onun xalq tərəfindən sevilməsinin səbəbi şəxsiyyətində bu iki keyfiyyətin bir-birini tamamlamasıdır. "Füzulinin sənətkarlığı" kitabı bu gün də hər kəsə lazımdır. Mir Cəlal Paşayev ədəbiyyatın bir çox sahələrində yeni söz demiş alimdir. Təkcə "Füzulinin sənətkarlığı" onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edər.

Gözəl insanların gözəl əməlləri xatirələrdə yaşayır

Tədbirdə Feyzulla Qasımzadənin qızı Nigar Qasımzadə, Həmid Araslının qızı Nüşabə Araslı Mir Cəlalla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, onun şəxsiyyəti özlüyündə bir məktəb idi. O, özü də bilmədən ətrafındakı gənclərə bir cəsarət verirdi. Mülayim xasiyyəti vardı, lakin prinsipial idi, mövqeyindən dönməzdi, yersiz güzəştə getməzdi. Bütün bu keyfiyyətləri ilə o, həm yazıçı kimi, həm də şəxsi nümunəsində insanların formalaşmasına müsbət təsir göstərirdi.

Mir Cəlalın tələbəsi olmuş Təhsin Mütəllimov deyib ki, Mir Cəlal müəllimin vəfatından 40 il ötür. Lakin gözəl insanların gözəl əməlləri onlar haqqında xatirələrdə yaşayır. Gərək elə mənalı ömür sürəsən ki, özündən sonra bu qədər xatirə qoyub gedəsən. Mir Cəlal müəllim məhz bu cür mənalı ömür sürüb. Təhsin Mütəllimov Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabında dahi Füzuli eşqinin mahiyyətini açdığını vurğulayaraq, kitabın yenidən nəşrini yüksək qiymətləndirib.

Tədbirdə Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin qocaman əməkdaşı Cümşüd Muradov, habelə professor Abdulla Abbasov da Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.

Sonda Mir Cəlalın oğlu Hafiz Paşayev tədbirin təşkilinə görə təşəkkürünü bildirərək deyib: "Siz böyük iş gördünüz. Əslində belə məclislər tez-tez olmalıdır. Ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur və onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir".

Hafiz Paşayev, həmçinin məktəb illərində atasının ona muğam üstündə oxunan qəzəllərin sözlərini izah etməsi ilə bağlı xatirələrini bölüşüb.

Ədibin oğlu qeyd edib ki, Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabı 1958-ci ildən sonra bir neçə dəfə nəşr edilib. Lakin o nəşrlər Mir Cəlalın özünün nəşr etdiyi kitabdan çox fərqlidir. Belə ki, həmin nəşrlərdə müasirləşdirmə aparılıb, dinlə, sovet ideologiyası ilə bağlı yerlər çıxarılıb. Lakin təqdimatı keçirilən kitab 1958-ci il nəşrinin mətninə əsaslanır.

Tədbirdə Aqil Məlikov və Hüseyn Məlikovun ifa etdikləri muğamlarda Füzuli qəzəlləri səsləndirilib.

Qeyd edək ki, "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qiymətli mənbələrindəndir. Mir Cəlal Paşayevin təkcə elmi irsi ilə deyil, həm də xeyirxahlığı, böyük müəllimliyi, sadəliyi ilə qəlblərdə özünə abidə ucaldır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az