
Nyus.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.
Vəkilin sözlərinə görə, cinayət işi ilə bağlı Fədayə Laçının iştirakı ilə istintaq hərəkətləri aparılmayıb: "Hələ ki, Fədayə Laçın iş üzrə saxlanılan şəxslərin heç biri ilə üzləşdirilməyib. Fədayə Laçının bir vəkili var, o da mənəm. Mənim iştirakım olmadan Fədayə xanımla bağlı heç bir istintaq hərəkəti, üzləşmə aparıla bilməz. Vəkili olduğum vaxtlarda Fədayə Laçın heç kimlə üzləşdirilməyib".
Nyus.Az

























