• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
30-10-2018, 09:16

Bakıda 1094 köhnə yaşayış binası söküləcək

Bakıda 1094 köhnə yaşayış binası söküləcək

Paytaxtda pilot layihə əraziləri genişləndiriləcək; məmur oliqarxiyası bundan da yararlanmağa çalışır
Bakı şəhərində azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi planı üzrə işlər sürətlə davam edir. Qeyd edək ki, “pilot layihə” adlanan layihə beş il ərzində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinin yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur.

2017-ci ilin sonlarında Nazirlər Kabinetinin Bakının 12 inzibati rayonundan 7-sinin - Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının mənzil fondunun inkişafı haqqında sərəncamının icrasına başlanıb. Qəza vəziyyətində olan, normalara cavab verməyən və şəhərin görünüşünü korlayan evlərin sökülməsini nəzərdə tutan proqram 5 il üçün nəzərdə tutulub. Proqram Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 evə şamil edilib.

Vətəndaşlar təhvil verdikləri mənzilə görə təzminat ala və ya yeni mənzilə köçməyə razılaşa bilərlər, amma onun sahəsi vətəndaşların köçdükləri mənzilin sahəsindən ən az 10 faiz çox olmalıdır. Nazirlər Kabinetinin qərarının 1.2-ci bəndində deyilir ki, təzminat ödənilməsi və ya yeni mənzil verilməsi “fiziki və ya hüquqi şəxslərin razılığı ilə, mövcud mülki qanunvericilik əsasında” həyata keçirilməlidir.

Qeyd edək ki, hazırda pilot layihələr çərçivəsində Bakının 50-dək ərazisində tikinti işləri aparılır, köhnə binalar sökülür, yeniləri inşa edilir. Tikinti işlərinin getdikcə daha geniş əraziləri əhatə edəcəyi gözlənilir. Düzdür, bir çox ərazilərdə köhnə binaların sakinləri tikinti şirkətlərinin onlara təklif etdiyi müqavilələrdən narazılıq edirlər. Bundan əlavə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də tikinti şirkətlərinin 16 mərtəbəli binalara olan aşırı həvəsindən narazıdır. Lakin bütün narazılıqlara baxmayaraq, proses sürətlə gedir.

Əldə etdiyimiz məlumata görə, 2019-cu ilin əvvəlindən etibarən Bakı şəhərində pilot layihələrin əhatə dairəsi daha da genişləndiriləcək. Paytaxtın bütün rayonlarında 3-4-5, hətta köhnə 9 mərtəbəli evlərin sökülərək yerində çoxmərtəbəli binaların tikilməsi işlərinə start veriləcək. Bu plan barədə əvvəlcədən məlumatlı olan bir çox məmurlar və onların yaxın çevrəsinin sökülməsi nəzərdə tutulan binalardan çoxsaylı mənzillər almağa başladıqları deyilir. Bildirilir ki, bu prosesin geniş vüsət alması hökuməti də narahat etməyə başlayıb. Buna görə də plana düşəcək binalarda mənzil alqı-satqısına məhdudiyyət qoyulmağa başlanıb. Belə ki, mənzillərin alqı-satqısına dair müqavilələr rəsmiləşdirilmir. Bu işdə yerli icra hakimiyyətlərinin rəhbər işçilərinin də “fəal iştirak” etdikləri qeyd olunur. Onlar öz ərazilərindəki binaları müəyyənləşdirərək onlarda alqı-satqıların aparılmaması üçün sakinlər arasında iş aparırlar. Bu məqsədlə icra hakimiyyətlərinin nümayəndələri gedib sakinlərlə görüşürlər.

Maraqlıdır ki, hətta ehtiyacı olub mənzilini satmaq istəyən şəxslərə də maneçilik yaradılır. Bəzi sakinlərin dediklərinə görə, onlar ehtiyacları olduğuna görə mənzillərini satmaq istəsələr də, əlaqədar qurumlar bəzi hallarda bunu rəsmiləşdirməyə imkan vermirlər. Onlara bir neçə ay gözləmək tövsiyə olunur.

TURQUT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az