• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
2-02-2018, 00:27

Rüstəm İnayətov daha Milli Təhlükəsizlik Xidmətinin başçısı deyil

Rüstəm İnayətov daha Milli Təhlükəsizlik Xidmətinin başçısı deyil
Ötən gün yanvarın 31-də Özbəkistan prezidenti Şövkət Mirziyoyev Milli Təhlükəsizlik Xidmətinin binasına gedib və orada müşavirə keçirib. Virtualaz.org xəbər verir ki, prezidentin uzun illər Özbəkistanda İslam Kərimov rejiminin ən qorxunc strukturunun binasına getməsinin özü dərhal bu Orta Asiya respublikasında nəsə olduqca ciddi hadisənin baş verəcəyinə dəlalət edirdi.

Və çox keçmədən sensasion məlumat məlumat yayılıb ki, Şövkət Mirziyoyev Milli Təhlükəsizlik Xidmətinin fəaliyyətini kəskin tənqid edib. Özbəkistan prezidenti 24 ilə yaxındır bu xidmətə rəhbərlik edən qorxunc Rüstəm İnayətovun vəzifədən azad edilməsinə dair sərəncam verib. Prezidentin digər sərəncamı ilə İxtiyor Abdullayev Özbəkistanın Baş prokuroru vəzifəsindən azad olunub və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib.

Prezident Mirziyoyev Milli Təhlükəsizlik Xidmətinin binasında 2 saatdan çox çəkən müşavirədə nə deyib, keçmiş sovet respublikalarında ən qorxunc xüsusi xidmət strukturunun fəaliyyətini nəyə görə kəskin tənqid edib, bu haqda heç nə məlum deyil. Mirziyoyevin həmin müşavirədəki çıxışına dair heç bir mənbədə yazılı, görüntülü və ya audio informasiya yer almır. Təkcə o məlumdur ki, Mirziyoyev Rüstəm İnayətovu işdən azad edərək ev dustaqlığına və ya həbsxana dəmir barmaqlıqları arxasına göndərməyib. Onu fəxri vəzifəyə-prezidentin hüquq siyasəti üzrə müşaviri və parlamentin yuxarı palatasının üzvü, yəni senator təyin edib.

Rüstəm İnayətovun Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi bütün MDB miqyasında sensasion hadisə kimi qarşılanıb. Axı o, adi xüsusi xidmət rəhbəri deyildi və uzun illər Özbəkistanda dünyanın ən qəddar rejimlərindən birinin banisi sayılırdı. Bu həmin İnayətov idi ki, mərhum eks-prezident İslam Kərimovun ən sadiq adamı, onun sağ əli və Özbəkistan hakimiyyətinin az qala bir nömrəli fiquru sayılırdı.

1995-ci ildə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilən İnayətov Özbəkistanda müxalifətin məhv ediməsinin, rejimdən fərqli düşünənlərin kökünün kəsilməsinin, işgəncələrin, özbaşınalığın, korrupsiyanın, təkhakimiyyətliliyin simvolu hesab edilirdi. Onun hüdudsuz imkanları və səlahiyyətləri hətta İslam Kərimovun qızına və bir vaxtlar siyasi varisi hesab olunan Gülnarə Kərimovaya divan tutulmasına da imkan vermişdi. Məlumdur ki, Gülnarə Kərimova məhz Rüstəm İnayətovun sayəsində hazırda həbsxana divarları arasındadır.

İslam Kərimov İnayəova o qədər inanır və etibar edirdi ki, doğma qızının belə onun əliylə məhv edilməsinə razılıq vermşdi. İnayətov o qədər mifik, qorxunc fiqur idi ki, onun barəsində əfsanələr dolaşırdı. Bu adamın internetdə cəmi iki-üç şəklinə rast gəlmək olur, onlar da boz-bulanıq.

Azərbaycanlı orta statistik oxucuda Rüstəm İnayətovun barəsində təəsürat yaratmaq üçün onu bədnam MTN-nin başçısı olmuş Eldar Mahmdovla müqayisə etmək bəs edər. Doğrudur, Mahmudov bir çox göstəricilərinə görə Rüstəm İnayətovun heç əlinə su tökməyə yaramazdı, amma özünün on illik fəaliyyəti boyu iş üslubu ilə xeyli dərəcədə “Rüstəm əkəni” xatırlatmağa başlamışdı.

Məsələn, sahibkarlara divan tutulmasında. Özbəkistanda da eynən Azərbaycanda Mahmudov dövründə olduğu kimi xüsusi xidmət orqanlarına haqq verməyən biznesmen gözlərini açıb özünü Milli Təhlükəsizlik Xidmətinin zirzəmisində görə bilərdi. Və orada onu ən ağır cinayətlərdə ittiham edə, işgəncələrlə bütün bu “cinayət əməllərini” onun boynuna qoya bilərdilər. Bu baxımdan Özbəkistanda İslam Kərimovun dövründə əsl “mahmudovşina” hökm sürürdü. Zahiri görkəmcə Rüstəm İnayətova bir xeyli bənzəyən Eldar Mahmudovun onun təcrübəsini əxz elədiyini görməmək mümkün deyildi.

Belə təəsürat yaranmışdı ki, İnayətov sanki əbəbdir-nə qədər Özbəkistan var, İnayətovun irsi də olacaq. Axı Özbəkistanda İslam Kərimovun vəfatından sonra hakimiyyətin dinc yolla o vaxtkı baş nazir Şövkət Mirziyoyevə ötürülməsi də məhz İnayətov tərəfindən həyata keçirilmişdi. Nəticədə bu qənaət yaranmışdı ki, Mirziyoyev kimi istəsə işdən çıxara bilər, nəyi istəsə dəyişə bilər, İnayətovdan başqa.

Lakin hakimiyyət başına gəldiyi il yarım ərzində Özbəkistanda müsbətə doğru bir sıra dəyişikliklər etməyə nail olmuş Mirziyoyev nəhayət bu bədheybətin “mağarasında” da dəyişikliyə qərar verdi. Doğrudur, İnayətov hələ “Eldar əkə”nin aqibətini yaşamayıb, ona fəxri postlar verilib və formal olaraq hakimiyyətdə qalır. Yəni hələlik onu Özbəkistanda törətdiyi əməllərə görə istintaqa çağırıb dindirmirlər və qurbanları İnayətovun qarşısını küçədə kəsib onun üzünə tüpürmür.Bununla belə daha bir keçmiş sovet respublikasında “mahmudovşina” sona çatıb və indi Mirziyoyevin qarşısında Milli Təhlükəsizlik Xidmətində İnayətovun irsinə son qoymaq vəzifəsi dayanır.

Orta Asiya üzrə ekspertlər belə hesab edirlər ki, Baş prokuror İxtiyor Abdullayev bu islahatları aparmağa qadir adamdır. O, Mirziyoyevin kadrıdır və peşəkar hüquqşünasdır. Korrupsiyaya bulaşmayıb və hakimiyyətdaxili intriqalarda adı çəkilməyib, ən əsası İnayətovun məktəbinin yetirməsi deyil və deməli bu sistemi yenidən qura bilər. Bəzi analitiklərə görə Mirziyoyev növbəti addım kimi Azərbaycanın təcrübəsindən bəhrələnərək qorxunc obraza malik Milli Təhlükəsizlik Xidmətini ləğv edəcək. Onun yerində xarici kəşfiyyat və əks kəşfiyyat strukturları yaradacaq.

Şövkət Mirziyoyev hakimiyyt başına gələndən sonra tədricən Kərimov rejimini sökməyə başlayıb, regionların rəhbərliyinə vəmərkəzi postlara öz adamlarını təyin edib. Özbəkistandakı siyasi rejim nəzərəçarpacaq dərəcədə yumşalıb, hətta BMT konstatasiya edir ki, Mirziyoyev uzun illər bu Orta Asiya respublikasında hökm sürən “qul əməyini” aradan qaldırıb-məktəblilərin, tələbələrin, büdcə təşkilatları işçilərinin zorla pambıq yığımına aparılmasına son qoyub. Xarici investorlar üçün əlverişli şərtlər yaratmağa başlayıb. Lakin İnayətovun işdən azad edilməsi Mirziyoyevin həyata keçirdiyi ən mühüm kadr dəyişikliyidir və bununla da Özbəkistandakı əvvəlki rejimin son qalası yıxılmış hesab oluna bilər...(virtualaz.org)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az