• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-10-2018, 08:35

Azərbaycanın hansı ölkədən aldığı silahlar daha güclüdür?

Azərbaycanın hansı ölkədən aldığı silahlar daha güclüdür?

Rusiya silahları Amerikanınkından geri qalsa da, son 10-12 ildə Moskva hərbi-sənaye kompleksini xeyli inkişaf etdirə bilib

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ötən həftə İrəvanda Ermənistanın baş nazir əvəzi Nikol Paşinyana ABŞ-ın hərbi texnikasını almağı təklif edib. Boltonun sözlərinə görə, Ermənistan belə olan halda, Rusiyanın asılılığından qurtula bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Con Boltonun sözlərinə Ermənistanda Rusiya ilə çox yaxın olan iş adamı Qagik Sarukyanın eyni adlı blokundan (“Sarukyan bloku”) reaksiya gəlib. Blokun nümayəndəsi, deputat Vahe Eficanyan keçirdiyi mətbuat konfransında Rusiyanın Ermənistanın strateji tərəfdaşı olduğunu və bunun dəyişməyəcəyini söyləyib.Deputatın sözlərinə görə, Rusiya və Ermənistan arasında hələ istifadə edilməmiş bir çox potensial sahə mövcuddur. Bütün bunlar isə Qərblə əlaqələrin inkişafını istisna etməməlidir.

Keçmiş prezident Serj Sərkisyanın Ermənistan Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Bağdasaryan isə müharibə vəziyyətində olan tərəflərə silah satışı barədə təklifin sülhə deyil, münaqişənin dərinləşməsinə xidmət etdiyini söyləyib. Onun fikrincə, silah satışı situasiyanı daha da gərginləşdirərək danışıqlar prosesini poza bilər.

Hərbi və siyasi ekspertlər bildirir ki, ABŞ istehsalı olan silahların və hərbi texnikanın daha müasir və keyfiyyətli, güclü olduğu məlumdur. Döyüş maşınlarının keyfiyyəti, gücü, dözümlülüyü, müasir tələblərə cavab verməsi baxımından Amerika silahlarının öndə olduğu bildirilir. Bununla belə, Rusiya silahlarının da zəif olmadığı qeyd edilir. Rusiya silahlarını cəlbedici edən Amerika silahı ilə müqayisədə çox ucuz olmasıdır. Odur ki, əvvəla, Ermənistanın iqtisadi imkanları Amerika silahını almağa keçidə imkan vermir, ikincisi, Rusiya buna imkan verməz. Ermənistan Rusiyanın forpostu olan bir ölkədir və Rusiya silahı almaqdan başaq yolu hazırda yoxdur.

Azərbaycan da Rusiyadan silah alır. Lakin İsrail, Belarus, Ukrayna, Pakistan və digər silah sənayesi inkişaf etmiş dövlətlərdən də kifayət qədər silahlar alır. Azərbaycanın silah arsenalı bu baxımdan zəngindir və təkcə Rusiya istehsalı olan silahlardan ibarət deyil. Ermənistan isə iqtisadiyyatı acınacaqlı forpost dövlət olduğundan bu imkanlardan məhrumdur. Ermənistanda Con Boltonun təklifinə dərhal mənfi reaksiyaların verilməsi də sübut edir ki, bu ölkənin ABŞ-dan silah alması ən azından yaxın dövrlər üçün mümkün deyil.

Deputat Araz Əlizadə isə Amerika silahlarının rus silahından daha üstün olması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu bildirir. Onun fikrincə, Rusiya silahları haqqında Boltonun dedikləri 10-12 il bundan qabaq 100% düz olardı. Lakin ABŞ bir şeyi unudur ki, son 10-12 ildə Rusiya hərbi-sənaye kompleksinin inkişafında çox böyük irəliləyişə nail olub.

Onu da qeyd edək ki, dünyada savaş gücünün sıralamasına görə, ABŞ birinci, Rusiya ikinci yerdədir. ABŞ-da aktiv hərbçi personalının sayı 1.281.900 nəfər, Rusiyada isə 1.013.628 nəfərdir. ABŞ-ın toplam hərbçilərinin sayı 2.083.100 nəfər, Rusiyada isə 3.586.128 nəfərdir. ABŞ-ın hərbi müdafiə büdcəsi 647 milyard dollar, Rusiyanın isə 47 milyard dollardır. ABŞ-ın döyüş təyyarəsinin sayı 1962 , Rusiyanınkı isə 818 ədəddir. ABŞ-ın hücum təyyarəsinin sayı 2830, Rusiyanınkı isə 1416 ədəddir. ABŞ-ın döyüş helikopterinin sayı 973, Rusiyanınkı isə 511 ədəddir. ABŞ-da tankların sayı 5884, Rusiyada isə 20300 ədəddir. ABŞ-ın 20 təyyarədaşıyan gəmisi var, Rusiya isə 1 təyyarədaşıyan gəmiyə sahibdir. ABŞ-ın zirehli döyüş maşınları 38822, Rusiyanınkı isə 27400-dür. ABŞ-ın hərbi donanmasında 55 sualtı qayıq var, Rusiyanın sualtı qayıqlarının sayı 62-dir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az