İraqda PKK terrorçularının hücumu nəticəsində iki türk hərbçisi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Nyus.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.
Qeyd edək ki, bu gün Türkiyə Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində 49 PKK terrorçusu məhv edilib. Nyus.Az