• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-02-2018, 18:09

Əflatun Amaşov “reket”lərdən şikayətləndi - "Mətbuat Şurasının səlahiyyəti artırılsa..."

Əflatun Amaşov “reket”lərdən şikayətləndi - "Mətbuat Şurasının səlahiyyəti artırılsa..."
“Bildiyimiz kimi, Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərir. Qurumun əsas missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. İl ərzində Şuraya təxminən 400-450 şikayət daxil olur. Bununla bağlı qərarlar çıxarılır. Qərarlar ictimai qınağa əsaslanır. Orada heç bir hüquqi məsuliyyət nəzərdə tutulmur”.

Bu fikirləri Milli Məclisin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədrinin sözlərinə görə, bu, bir tərəfdən çox yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır: “Mətbuat Şurası yaranmazdan öncə məhkəmələrdə kütləvi informasiya vasitələrindən çoxsaylı şikayətlərə baxılırdı. Bu, məhkəmələr üzərinə əlavə yük idi. Üstəlik, media orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Mətbuat Şurası bunun qarşısını aldı.

Hörmətli deputatlar, fəxrlə demək olar ki, bu gün Azərbaycan mediası peşəkar mediadır, bizim elə hazırlıqlı jurnalistlərimiz var ki, dünyanın istənilən media qurumunda bərabər səviyyədə çalışa bilərlər. Mediamız həm də vətənpərvərdir, millidir. Ümummilli maraqlar naminə siyasi yönlərindən asılı olmayaraq vahid mövqedə birləşə bilir.

Dövlətimiz mediamızın inkişafı, jurnalistlərimizin sosial problemlərinin həlli üçün hər şey edir. Bir neçə gün əvvəl KİV nümayəndələri üçün tikilmiş ikinci binada yaşayacaq jurnalistlərə mənzillərin açarları təqdim olundu. Üçüncü binanın əsası qoyulub. Fürsətdən istifadə edib Azərbaycan jurnalistlərinin təşəkkürlərini cənab prezidentə çatdırmaq istəyirəm”.

Ə.Amaşov ardınca bildirdi ki, lakin hazırda KİV müstəvisində özünü media kimi təqdim etməyə çalışan, amma heç bir qanunun, peşə davranışı qaydasının tələblərinə məhəl qoymayan, bir sözlə, “reketçiliklə” məşğul olan media vasitələrimiz az deyil: “Onlar internetin verdiyi imkanlardan yararlanaraq saylarını, qazanc yollarını daha da “təkmilləşdirirlər”. Çox təəssüf ki, kimlərdənsə bu və ya digər formada dəstək də alırlar. Açıq deyirəm, onların məqsədi heç bir əsas olmadan ayrı-ayrı vətəndaşlara – ziyalılara, iş adamlarına, məmurlara böhtan atmaq, qorxutmaq, bunların müqabilində maddi baxımdan nələrəsə nail olmaqdır. Bu hal geniş yayılib və təəssüflə bildirirəm ki, hüquq-mühafizə orqanları da baş verənlərdən xəbərsiz deyillər. Ancaq Mətbuat Şurası təşkilati-hüquqi forma baxımından ictimai təşkilatdır. Bir çox hallarda isə ictimai qınaq müstəvisindəki fəaliyyət yetərsiz təsir bağışlayır. Buna görə də Mətbuat Şurasının hüquqi statusuna yenidən nəzər salınmasını təklif edirəm. Belə düşünürəm ki, Şuranın hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, biz həm ictimaiyyətin, həm də medianın maraqlarını daha çox balanslaşdıra, uzlaşdıra bilərik. İctimaiyyət “reket” yönlü mediadan narazıdır və o istəyir ki, media məkanında sui-istifadələr olmasın. Media özü də maraqlıdır ki, onun adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri götürülsün, media nüfuzuna xələl gətirən ünsürlərdən azad olsun”.

MŞ sədri qeyd etdi ki, biz ümumən media azadlığı məsələsini mütləq qaydada nəzərə almalıyıq: “Elə həssas yanaşılmalıdır ki, həm azadlıq məhdudlaşmasın, həm də azadlığın məhdudlaşdırıldığına dair hansısa şübhələr yaranmasın. Bunun yolu isə Mətbuat Şurasının fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir. Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reket yönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az