• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
25-10-2018, 09:29

ABŞ-ın təlaşı, Kremlin tənəsi - Trampın elçisi Bakıdan İrəvana hansı mesajı aparır?

ABŞ-ın təlaşı, Kremlin tənəsi - Trampın elçisi Bakıdan İrəvana hansı mesajı aparır?

Azərbaycan və Ermənistan iki fövqəlgücün çarpaz diqqətində; politoloqlara görə, Ermənistan kritik zolağa daxil olub; “Paşinyanın ən böyük problemi odur ki...”
Bu gün ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Ağ Ev xarici siyasətinin “qırğıları”ndan sayılan Con Bolton Bakıdan İrəvana gələcək. Oradan isə Tiflisə gedəcək (Bakı səfəri haqda ayrıca məlumat verilir).

Amerikalı diplomatın Güney Qafqaza səfərində əsas hədəf təxminən məlumdur: İran mövzusu, təhlükəsizlik məsələləri. Dağlıq Qarabağ, konfliktlər mövzusunun da diqqət mərkəzində olacağı istisna olunmur. Ancaq fikrimizcə, Bolton Ağ Evin yüksək çinli emissarı kimi, ən azından saat əqrəblərini tutuşduracaq, xüsusən də Azərbaycan və Ermənistanın ABŞ-la münasibətlərini irəli aparmağa nə dərəcədə hazır olduğunu dəqiqləşdirəcək, bölgədə hansı ölkəyə nə qədər stavka edilə biləcəyinin mümkünlüyünü öyrənəcək. Yəni nəbz yoxlanışı.

*****

Maraqlıdır ki, Cənubi Qafqaza turne ərəfəsində Con Bolton İranın nüvə silahı yaratmaq yönündə işləri davam etdirdiyini bəyan edib. Bu, o deməkdir ki, Amerikanın Tehrana münasibətinin daha da sərtləşəcəyi gözlənilir. Eyni zamanda bu açıqlama İranla həmsərhəd ölkələrə, xüsusən də Ermənistana xəbərdarlıq mesajı hesab edilə bilər.

Konkret olaraq Ermənistana gəlincə, işğalçı ölkənin hazırkı rəhbərliyinin Trampın adamına nə deyəcəyi maraqlıdır. Axı Paşinyan hökuməti hər addımda özünü qərbyönlü kimi, “demokratiya paytaxtları”nın dostu kimi gözə soxmağa çalışır - hərgah, Rusiyanın qucağından da düşmək istəmir. Hədəf bəlli: “iki stulda oturmaq” siyasəti hesabına həm Rusiyanın, həm də Amerikanın dəstəyinə nail olmaq, birindən hərbi-siyasi, o birindən böyük maliyyə köməyi almaq. Bu isə əksər analitiklərə görə, çox qəliz məsələdir.

Təsadüfi deyil ki, bu günlərdə - Boltonun regiona səfəri ərəfəsində etdiyi çıxışında Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan ABŞ-dan gileylənmiş, Birləşmiş Ştatları Ermənistana yetərli diqqət ayırmamaqda suçlamışdı. Eyni zamanda İrana ünvanlı, ABŞ-ı qıcıqlandıracaq reverans edərək demişdi ki, “Ermənistan İranla Avrasiya Birliyi arasında əməkdaşlığı üçün gözəl platforma ola bilər”. Yəni ikibaşlı siyasət.

Vaşinqton isə müəyyən mənada gözləmə mövqeyindədir. Ən azından erkən parlament seçkiləri bitənədək ABŞ İrəvana qarşı hansısa kəskin gedişlər etməyəcək. Ancaq zəruri mesajlarını verməkdə davam edəcək. Hər necə olmasa, işğalçı ölkədə hakimiyyət dəyişikliyinə gətirən, Rusiyaya bağlı 20 illik “Qarabağ klanı”nın hökmranlığına son qoyan “məxməri inqilab”ım memarı məhz ABŞ sayılır. Lakin inqilab hələ tam olaraq, öz məntiqi sonluğuna çatmayıb. Ona görə ABŞ həm də narahatdır.

*****

“ABŞ qarşıdakı seçkilərdə baş nazir əvəzi Paşinyanın uğursuzluğundan ehtiyatlanır. Çünki Nikol Paşinyan Ermənistanın ictimai həyatının təzədən format edilməsi üzrə Amerika ssenarisinə daxildir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu “RİA-Novosti”yə rusiyalı politoloq Andrey Kuznetsov deyib. Onun sözlərinə görə, hazırda məhz “Ermənistan ictimai həyatının yenidən format edilməsi” baş verir. “Amerikanlar ehtiyat edirlər ki, Paşinyanla bağlı cəmiyyətdə məyusluq yaşana və o, seçkilərdən keçməyə bilər. Bu isə Amerikanın bütün ssenarisini məhv edər”, - deyə politoloq vurğulayıb.

Rusiyalı politoloq o qənaətdədir ki, ABŞ hökuməti həm rəsmi strukturlar, həm də qeyri-hökumət təşkilatları vasitəsi ilə Ermənistanın siyasi sinfi ilə, gəncləri və ictimaiyyəti çoxdan işləyir. “Ermənistanda postsovet məkanı üçün ən böyük, min nəfərlik ABŞ səfirliyi fəaliyyət göstərir. Bu, balaca Ermənistan üçün olduqca böyükdür” - analitik vurğulayıb.

O, xaricdəki Paşinyan və komandasının dəstəklənməsində erməni diasporunun da mühüm rol oynadığını bildirib: “Paşinyanın komandası bütünlüklə erməni diasporunun nümayəndələrindən təşkil olunub. Məhz Qərbdə təhsil alan, Qərblə işi olan bu adamların əksəriyyəti Amerikaya bağlıdır. Vaşinqtondan olan emissarların vaxtaşırı İrəvana gəlişi də faktiki, özününkülər arasında ünsiyyət anlamına gəlir”.

Bununla belə, ekspert İrəvanın Moskvadan hələ ki güclü asılılıqda olmasını da qeyd edir. “Rusiyadan iqtisadi və müdafiə baxımından asılılıq Ermənistana imkan vermir ki, Ukrayna ssenari üzrə hərəkət eləsin, kursu Qərbin xeyrinə dəyişsin. Bu, çox mürəkkəb oyundur: yəni Rusiyanın dəstəyindən və resurslarından istifadə eləmək, amma tamamilə qərbyönlü siyasət yürütmək. Bunun nə qədər sürəcəyini zaman göstərəcək. Bu xüsusda qarşıdakı aylar həlledici ola bilər. Əgər Ermənistan qəfildən ABŞ və NATO-dan təhlükəsizlik qarantı alsa, onda Ermənistanda Rusiya bazası ilə bağlı vəziyyət köklü şəkildə dəyişəcək”, - deyə o əlavə edib.

*****

Öz növbəsində digər rusiyalı politoloq, tarix elmləri doktoru Aleksandr Krılov hesab edir ki, Nikol Paşinyanın əsas problemi islahatlar üçün çox az vaxtın qalmasıdır. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, EADaily portalına müsahibəsində deyib.

“Əgər yaxın perspektivdə ona situasiyanı real şəkildə dəyişdirmək müyəssər olmasa və beləliklə, onunla bağlı ümidlər (həm də şişirdilmiş ümidlər) doğrulmasa, o halda cəmiyyətin məyus olma ehtimalı böyükdür. Öz milli lideri ilə bağlı məyusluq isə müasir Ermənistanın şərtlərində onun dövlətçiliyi üçün böyük təhlükələr vəd edə bilər”, - deyə analitik bildirib.

Rusiyalı ekspertə görə, Paşinyan Mixail Saakaşvili və ya Pyotr Poroşenko yolu getməyə hazırlaşmır. “Mənə indi o, daha çox hazırkı macar lideri Viktor Orbanı xatırladır - hansı Orban ki, onunla bağlı keçmiş xarici sponsorlar və havadarlar dərin məyusluq yaşamışdılar”, - deyə sonda Krılov əlavə edib.

*****

Trampın emissarı Con Boltonun bölgə səfəri beləcə, Ermənistanla bağlı ABŞ-ın təlaşı, Rusiyanın isə aktiv passivliyi və bir az da tənəsi fonunda diqqət çəkir. Bu xüsusda Con Boltonun Qərblə, ABŞ-la daha real əlaqələrə malik Azərbaycanın paytaxtı Bakıdan İrəvana hansı ismarışı aparacağı az önəm daşımır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az