
Nyus.Az "Report"a istinadən bildirir ki, bu, hərracların nəticələrində məlum olub.
Bakı vaxtı ilə 23.37-yə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi əvvəlki 1,2403 dollar səviyyəsindən 1,2400 dollara düşüb.
Dolların Yaponiya yenasına qarşı məzənnəsi əvvəlki 108,78 səviyyəsindən 109,29 yenaya qədər artıb. Dolların indeksi (Dolların ABŞ-ın əsas tərəfdaşı olan altı ölkənin valyuta səbətinə qarşı olan məzənnəsi) 0,04% artaraq 89,2 bəndə çatıb.

























