• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
20-10-2018, 10:11

“Saakaşvili həbs təhlükəsindən qorxmadan Gürcüstana qayıda bilər” - politoloq

“Saakaşvili həbs təhlükəsindən qorxmadan Gürcüstana qayıda bilər” - politoloq

Şahin Cəfərli: “Həbs olunsa belə, onu uzun müddət içəridə saxlaya bilməzlər, çünki...”
Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Seçkilərdə iştirak etmək üçün 25 namizəd qeydə alınıb. Gürcüstandakı prezident seçkiləri ilə bağlı ümumilikdə 41 ölkədə 59 seçki məntəqəsi açılacaq, həmçinin Azərbaycanda.

Siyasi ehtirasların qızışdığı, seçki mübarizəsinin getdiyi bir zamanda Gürcüstanın Baş Prokurorluğu sensasion məlumat yayıb. Bildirildiyinə görə, 2007-ci ildə Gürcüstanın Konstitusiya Təhlükəsizliyi Departamentində iş adamı Badri Patarkatsişviliyə qarşı sui-qəsd planı hazırlanıb və ölüm sanksiyasını o zaman prezident olan eks-prezident Mixail Saakaşvili verib. Boris Berezovskinin yaxın dostu və iş adamı Badri Patarkatsişvili o zaman Tbilisidə yaşayıb və prezident Saakaşvilinin istefasını istəyən Gürcüstan müxalifətinə dəstək olub. Axtarış zamanı Konstitusiya Təhlükəsizliyi Departamentinin işçiləri tərəfindən tapılan audioyazılar əsasında üç yüksək vəzifəli şəxsə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, Saakaşvili Gürcüstanı 2013-cü ildə səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalmış tərk edib və ABŞ və Ukraynada yaşayıb. 2014-cü ildə Gürcüstanda Saakaşviliyə qarşı 2007-ci il 7 noyabr mitinqinin iştirakçılarına qarşı tədbirlərin təşkili, “İmedi” televiziya kanalına icazəsiz giriş, iş adamı Badri Patarkatsişvilinin mülkünün qanunsuz müsadirəsi və deputat Valeri Qelaşviliyə hücumun təşkili, bankir Sandro Qirqvlianin öldürülməsi ilə əlaqədar istintaqa maneə törətmək və 2009-2012-ci illərdə dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları irəli sürülüb. 2015-ci ilin may ayında Saakaşvili Ukrayna pasportu alib, lakin 2017-ci il iyulun 26-sı Ukrayna prezidenti Pyotr Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib.

Avropaya qayıtsa da, M.Saakaşvili Tiflisə qayıtmaq üçün fürsət gəzir.

Azərbaycan üçün önəmli ölkələrdən olan qonşu Gürcüstanda keçiriləcək seçkilərə maraq göstərməyimiz təbiidir. Gürcüstan həm bizim Avropaya açılan qapımız, həm də ərazisində yüz minlərlə soydaşımızın yaşaması baxımından önəmli ölkədir.

Seçkiqabağı situasiyanı və gözləntilərini “Yeni Müsavat”la bölüşən politoloq Şahin Cəfərli bildirdi ki, Gürcüstan prezidentliyinə 25 iddiaçı olsa da, onlardan yalnız 3-ü şanslı namizəd sayılır: “Qriqol Vaşadze, David Bakradze və Qriqol Vaşadze. Böyük ehtimalla bu namizədlərdən heç biri ilk turda 50 faizdən çox səs toplaya bilməyəcək və seçki 2-ci tura qalacaq. İlk turda qalibin müəyyənləşməsi mənim üçün sürpriz olar. İkinci tura kimlərin keçə biləcəyini söyləmək çox çətindir. Əslində xanım Zurabişvili Gürcüstanda elə də böyük nüfuz sahibi deyil, kampaniyanın əvvəlində onun reytinqi çox aşağı idi. Xüsusən onun 2008-ci ilin avqustunda Rusiya ilə baş vermiş müharibədə o vaxtkı prezident Mixail Saakaşvilini ittiham etməsi, yəni dolayı da olsa, öz ölkəsini günahlandırması cəmiyyətdə ciddi qınaqla qarşılanmışdı. Lakin Zurabişvili bitərəf kimi namizədliyini versə də, hakim partiya - ”Gürcü Arzusu" tərəfindən dəstəklənir. Bu amil şübhəsiz ki, onun şansını artırır. İqtidar bütün inzibati resursları Zurabişvili üçün səfərbər etsə, onun qələbə şansı da var".

Ekspert qeyd etdi ki, digər iki şanslı namizəd köhnə komandanın nümayəndələridir: “Onlar Saakaşvilinin dövründə yüksək vəzifələr tutublar və Vahid Milli Hərəkat Partiyasının yetirmələridir. Bilirsiniz ki, Vahid Milli Hərəkat parçalandı və oradan böyük bir qrup ayrılaraq ”Avropalı Gürcüstan" adlı partiya yaratdı. David Bakradze bu partiyanın liderlərindən biridir. Qriqol Vaşadze isə Vahid Milli Hərəkat başda olmaqla, 11 siyasi qüvvə tərəfindən dəstəklənir. Rəy sorğularına əsasən Vaşadze öndədir, ikincilik uğrunda isə Bakradze və Zurabişvili mübarizə aparır. Yeri gəlmişkən, Şalva Natelaşvili də sürpriz edə bilər. Hakimiyyət çox istərdi ki, ilk turda qalib müəyyən olunmayacaqsa, ikinci tura Zurabişvili ilə Bakradze keçsin. Vaşadze onlar üçün arzuolunmaz namizəddir, çünki onun qələbəsi bir növ Saakaşvilinin qələbəsi kimi başa düşüləcək. “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili bu kabus ssenarisinə yol verməmək üçün əminəm ki, əlindən gələni edəcək. Bu səbəblə mən ideal seçki gözləmirəm və səsvermə günü, kütləvi olmasa da, pozuntuların, əyintilərin baş verməsini mümkün sayıram".

Ş.Cəfərli bir mühüm məqama da diqqət çəkdi: “Unutmaq lazım deyil ki, Gürcüstanda parlament üsul-idarəsi mövcuddur və prezidentin səlahiyyətləri məhduddur. Ölkəni parlament çoxluğunun seçdiyi hökumət və baş nazir idarə edir. Hökumətə müxalif olan prezidentin nəyə qadir olduğunu biz hazırkı prezident Georgi Marqvelaşvilinin timsalında gördük. O, zaman-zaman hökumətin bəzi təşəbbüslərinə qarşı çıxdı, bəzi qanunlara veto qoydu, amma bunun bir nəticəsi olmadı və sonda hökumət öz iradəsini yeritdi. Əlbəttə, bu, heç də o demək deyil ki, prezident vəzifəsi əhəmiyyətsizdir. Əgər Vaşadze, yaxud Bakradze - baxmayaraq ki, "Gürcü Arzusu" ona daha tolerant yanaşır - qalib gələrsə, bunun mühüm siyasi nəticələri olacaq. Müxalifətin qələbəsi həm xalq, həm də beynəlxalq dairələr üçün o mənaya gələcək ki, Gürcüstanda vəziyyət dəyişir. Bu halda psixoloji üstünlük müxalifətə keçəcək və qarşıdakı parlament seçkilərində onların şansı artacaq".

Politoloq hesab edir ki, əgər Vaşadze prezident seçilərsə, Saakaşvilinin vətənə dönüşü ciddi şəkildə aktuallaşacaq: “Saakaşvilinin xarakterini də nəzərə alaraq düşünürəm ki, o, həbs təhlükəsindən qorxmadan Gürcüstana qayıda bilər. Həbs olunsa belə, onu uzun müddət içəridə saxlaya bilməzlər, çünki həm ölkə daxilində etirazlar olacaq, həm də Qərb sabiq prezidentin həbsindən məmnun qalmayacaq. Təbii ki, bu ssenari Vaşadzenin qalib gələcəyi təqdirdə gerçəkləşə bilər. Məsələnin geosiyasi tərəfinə gəldikdə isə qeyd etmək istərdim ki, Gürcüstan artıq öz yolunu seçib və ölkənin avroatlantik inteqrasiyası dönməz xarakter alıb. Bu mərhələdən sonra heç bir qüvvə Gürcüstanı geriyə qaytara bilməz, belə bir qüvvənin iqtidara gəlmək şansı da yoxdur”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az