• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
20-10-2018, 10:05

Azərbaycanlılar qürbətdə bir-birinə dayaq olmaqdansa...

Azərbaycanlılar qürbətdə bir-birinə dayaq olmaqdansa...

Tənzilə Rüstəmxanlı: “Türkiyədə baş verən bu cür qətllər təsadüfdür”

Xarici ölkələrdə yaşayan azərbaycanlıların bir-birinə qənim kəsilmələri, bir-birini qətlə yetirmələri hər zaman müzakirə mövzusudur. Son zamanlar belə qətllərin sayı artıb.

Diqqətçəkən məqam odur ki, əvvəllər Rusiyada belə cinayət hadisələri tez-tez yaşanırdı. Amma son illərdə bu cür xoşagəlməyən cinayətlər qardaş Türkiyədə daha çox baş verməyə başlayıb. Bir ay öncə qardaş ölkədə iş adamı Etimad İsmayılovun başqa bir azərbaycanlı iş adamı Gözəl Dəmirov tərəfindən güllələnməsi və həyatını itirməsi dediklərimizin əyani sübutu oldu.

Belə versiyalar var ki, bu cür qətl hadisələrinin Türkiyədə tez-tez təkrarlanması Azərbaycanla olan münasibətlərə xələlə gətirmək üçün də edilə bilər.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, hansı ölkədə bunların baş verməsindən asılı olmayaraq xoşagəlməyən haldır: “Türkiyədə baş verən bu cür qətllər təsadüfdür. Orada olmasaydı, Rusiya və ya başqa ölkələrdə olası idi. Hesab etmirəm ki, belə hadisələr həmin ölkələrin qayda, qanunlarının insan öldürməyə meylli olduğunu göstərir. Azərbaycanlılarda bu bir üzücü haldır ki, hansı ölkədə olurlarsa- olsunlar bir-biriləri ilə yola getmirlər. Bir-birinə qarşı çox aqressivdirlər. Hətta başqa xalqların bizə olan münasibətlərindən belə qəddardırlar. Bir-birini qısqanırlar, paxıllıqlarını çəkirlər. Bu diqqətəçarpacaq dərəcədə hiss olunur. Türkiyədə son zamanlar baş verən belə qətllər düşünmürəm ki, kütləvi hala çevriləcək. Bilirsiniz ki, qardaş ölkədə belə məsələlərə çox ciddi şəkildə yanaşılır. Etimad İsmayılovun qətlinə iki azərbaycanlının arasında olan alış-verişdən dolayı baş verən münaqişə kimi baxmaq lazımdır. Burada daha çox sualı o cür qoymaq olar ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq azərbaycanlılar bir-birinə qarşı münasibətdə niyə bu qədər qəddar, aqressivdirlər. Siyasi, ictimai fəaliyyətdə də ancaq bir-birinə qarşı mübarizə aparmaqla məşğuldurlar. Bu olduqca üzücü haldır. Azərbaycan daxilində də vəziyyət bu cürdür. Sanki bu bizə bir bəla kimi göndərilib ki, bir-birimizi məhv edək. Bu, ölkəmizin imici üçün də çox pis bir haldır. Belə bir təsəvvür yaranır ki, bu ölkədə kriminal hadisələr tez-tez baş verir, ölkənin vətəndaşları buna meyllidirlər.

Azərbaycan adına bu bir nöqsandır. Biz çox qəribə bir millətik. Olduqca maraqlı bir xalqıq. Böyük amallar, milli məsələlərlə bağlı mübarizə aparan xalqıq. Bu günlərdə 27 illiyini qeyd etdiyimiz müstəqilliyimizi necə qazanmağımız buna misaldır. O müstəqilliyə doğru gedən yolda millət olaraq hansı mübarizələrdən keçdiyimizi yaxşı bilirik. Azadlığımız uğrunda meydanı bir milyonla dolduran millətik. Amallarımız uğrunda qısa zamanda birləşə bilirik. Amma nə yazıq ki, son illərdə Qarabağ və digər milli məsələlərlə bağlı birləşib mübarizə aparmağı bir kənara qoymuşuq. Ancaq bir-birimizi öldürməklə məşğuluq. Bu millətimizdə xəstəlik halına çevrilib. Bunlar bildiyimiz hadisələrdir, bilmədiyimiz bu cür cinayətlər o qədər baş verir ki... Rövşən Lənkəranskinin Türkiyədəki qətli iki ölkə arasında münasibətlərə zərbə vurmaq üçün də planlaşdırıla bilərdi. Rəhmətlik Rövşənin qətlinə siyasi yöndən don geyindirmək cəhdləri də ola bilərdi. Unutmaq olmaz ki, belə qətllər Rusiyada da tez-tez baş verir. Siyasi motivdə belə hadisələr baş verirsə, bu ehtimalları vermək olar ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün də edilə bilər. Amma düşünmürəm ki, belə hadisələr iki qardaş ölkənin əlaqələrinə zərbə vursun. Buna çalışanların, cəhd edənlərin olduğu istisna deyil. Amma nə olursa-olsun belə hadisələr Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmamalıdır. Bizi bir-birimizə bağlayan tellər çox möhkəmdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az