• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
18-10-2018, 09:17

Seçkiöncəsi ABŞ-dan İrəvana sərt Qarabağ mesajı - Paşinyanın başı dərddə...

Seçkiöncəsi ABŞ-dan İrəvana sərt Qarabağ mesajı - Paşinyanın başı dərddə...

Ermənistandakı seçkilərin legitimliyi tanınmaya bilər; Venesiya Komissiyası narazıdır; Ağ Ev isə Ermənistanda hansı liderin iqtidarda olmasından asılı olmayaraq, Azərbaycanla anlaşma və İranla bağlı seçim tələb edir...
Ermənistanın baş naziri Nikol Paşinyan vəd elədiyi kimi, istefaya getdi. Ancaq baş nazir səlahiyyətlərinin icrasına davam edəcək - bir şərtlə ki, parlament onun yerinə digər şəxsi baş nazir seçməsin. O halda konstitusiyaya görə parlament buraxılacaq və uzağı 45 günə erkən seçkilər keçiriləcək.

Hələ ki hər şey Paşinyanın qurduğu ssenari üzrə gedir. Erməni inqilabının rəhbəri nə qədər ki, reytinqi yüksəkdir, növbədənkənar parlament seçkilərinə gedib hakimiyyət çevrilişini rəsmiləşdirməyə tələsir. Necə deyərlər, istefaya gedir ki, daha güclü şəkildə öz postuna qayıda bilsin.

Ancaq bunun bir elə asan olmayacağı barədə dəlillər də az deyil. Söhbət heç də daxildə eks-prezident Robert Köçəryan başda olmaqla, Moskvaya bağlı revanşist qüvvələrdən, pusquda duran zəngin Qarabağ klanından getmir. Paşinyanın ciddiyə almalı olacağı xarici faktorlar da var.

*****

Bunlardan birincisi cəmi ayyarıma reallaşacaq erkən seçkilərin legitimliyinin Paşinyanın bel bağladığı Qərb tərəfindən nə dərəcədə legitim sayıla biləcəyi ilə bağlıdır. Ermənistan demokratik ölkə deyil, onun ayarım ərzində azad və ədalətli seçki təşkil eləmək təcrübəsi də yoxdur. Məhkəmələri müstəqil deyil, üstəgəl, kifayət qədər kriminallaşmış ölkədir. Bu üzdən bir çox yerli və əcnəbi təhlilçilər dekabr seçkilərinin beynəlxalq standartlara uyğun gəlməyə biləcəyi, Paşinyan elektoratının seçki prosesində fərqli düşünənlərə qarşı zorakılıq edəcəyi barədə xəbərdarlıqlar etməyə başlayıblar.

Öz növbəsində Avropa Şurasının Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) dekabrda növbədənkənar parlament seçkiləri keçirməyin əleyhinə olduğunu bəyan edib. “Yeni Müsavat” xəbər verir ki, komissiyada seçki məcəlləsini dəyişdirib cəmi bir aydan sonra seçki təşkil etməyi məqbul saymayıblar. Venesiya Komissiyasının rəhbəri Canni Bukikkio bu qənaətdədir.

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) isə Ermənistandakı bütün siyasi qüvvələri demokratiya və qanunun aliliyi prinsiplərinə tam şəkildə hörmət etməyə, növbədənkənar parlament seçkilərinə hazırlaşarkən tələskənliyə yol verməməyə çağırıb. Bildirilir ki, Ermənistanda Seçki Məcəlləsinə istənilən dəyişiklik Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməlidir.

“Washington Times” qəzeti isə Ermənistandakı anarxiyadan yazıb. “Ermənistan küçələri Paşinyanın əlində alətə çevrilib. Qısa zamanda baş nazir bütün məhkəmə sistemini çökdürüb. Təəssüf ki, Paşinyan quldur taktikasına üstünlük verir, təhlükəsizlik xidmətindən, məhkəmələrdən siyasi qisas üçün istifadə edir. Paşinyanın etdikləri ağlasığmazdır. Dezinteqrasiya Avropa və Qafqaz üçün ağır nəticələrə gətirib çıxara bilər. Hakimiyyəti küçənin əlinə vermək, eyni zamanda dövlət institutlarını məhv etmək Ermənistanda ümumi anarxiyanın əsas reseptidir”, - deyə nüfuzlu nəşr qeyd edib .

*****

Paşinyan və komandası üçün ikinci ciddi əngəl Qarabağ məsələsi ilə bağlı ola bilər. Maraqlıdır ki, erkən seçkilər başlar-başlamaz, ABŞ-ın Ermənistandakı səfiri, “məxməri inqilab”ın memarı saylan Riçard Millz “EVN Report” erməni nəşrinə müsahibəsində Qarabağ probleminin işğal altında olan müəyyən ərazilər qaytarılmadan həllinin mümkün olmadığını söyləyib. Bu da Ermənistanın siyasi elitasında az qala, açıq səmada şimşək şok effekti yaradıb.

Sitat: “Ermənistan münaqişənin həlli üçün Azərbaycanla kompromislərə getməlidir. Ümid edirəm ki, Ermənistanın daxil olduğu keçid dövrü ölkənin hansı variantlarının olduğu və nəyə hazır olduğu barədə müzakirələrə gətirib çıxaracaq”. Diplomat indiyədək eşitdiklərinin narahatlıq doğurduğunu da dilə gətirərək deyib: “Mən ilk dəfə ölkəyə gələndə çox təəccübləndim ki, ermənilərin böyük hissəsi işğal altındakı ərazilərin qaytarılmasına qarşı çıxır. Torpaqların qaytarılması ”Madrid prinsipləri"nin əsas müddəalarındandır və istənilən nizamlama işğal olunmuş ərazilərin ən azı, müəyyən hissəsinin qaytarılmasını zəruri edəcək".

Paşinyanın bu açıqlamaya reaksiyası gecikməyib. O, Millzin Qarabağ bəyanatına “artıq səlahiyyətləri bitməkdə olan səfir”in sözləri kimi yanaşmağı məsləhət görüb. “Biz öz mövqeyimizi bildirmişik və düşünmürəm ki, o, hər hansı dəyişikliyə uğrayıb”, - deyə Paşinyan dünən jurnalistlərə açıqlamasında bildirib.

*****

Lakin Paşinyanın iddia elədiyi kimi, Millz heç də “səlahiyyətləri bitməkdə olan” səfir kimi sırf öz mövqeyini ifadə etməyib. Bu, ABŞ-dan olan həmsədrlərə də xas mövqedir. Ondan cəmi bir neçə gün öncə isə Bakıda və İrəvanda olan ABŞ dövlət katibinin Avrasiya və Avropa məsələləri üzrə köməkçisinin müavini Corc Kent də oxşar mövqe sərgiləmiş, ölkəmizin ərazi bütövlüyünü dəstəkləmişdi.

Yəni bununla, faktiki, Vaşinqton İrəvana aydın mesaj verir ki, seçkilərdən sonra hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq, Ermənistan öz normal inkişafı və Rusiyadan asılılığını azaltmaq naminə işğal siyasətinə son qoymalı və Azərbaycanla anlaşmalı olacaq.

Qarabağ məsələsi isə Rusiya təsirinin regionda qalması üçün ən güc amillərdən biri sayılır - bunu ABŞ da yaxşı bilir. Belə görünür ki, Amerika heç olmasa, özünü demokratik sayan Paşinyan iqtidarının bu məsələdə rasional mövqe tutacağına, nəticə etibarilə regionda Moskvanın hökmranlığını azaldacağına ümid edir.

Ancaq Paşinyanın reaksiyasından görünür ki, buna o, hələ hazır deyil və sələfləri kimi torpaqları qaytarmağı düşünmür. Ola bilsin, seçki ərəfəsində bu mövzuya toxunmaq ondan ötrü təhlükəlidir. Gözləyək, görək seçkilərdən sonra Paşinyan hansı yolu seçəcək...

*****

Bu arada Pasinyan və komandası üçün daha bir ciddi problem yetişməkdədir: xəbər verdiyimiz kimi, bu həftə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton bölgəyə, o cümlədən Ermənistana da səfər edəcək. Artıq onun səfərinin əsas məqsədi bəllidir - region ölkələrini İranla sıx əməkdaşlıqdan çəkindirmək (Qarabağ məsələsi də müzakirə mövzularından olacaq). Bu, işğalçı Ermənistan üçün xüsusilə ağır tələbdir. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistanın İranla bağlı manevr imkanı yoxdur, çünki İrandan və Rusiyaya çox asılıdır. İqtisadi, energetik müstəqilliyi yoxdur.

Beləcə, Paşinyanın başı əməllicə dərddədir. Situasiyanın paradoksallığı həm də ondadır ki, seçkilərdən qalib ayrılacağı təqdirdə onun cavabdehliyi və məsuliyyəti indikindən qat-qat böyük olacaq. Çünki yuxarıda qeyd olunan üç məsələyə (seçkilərin legitimliyi, Qarabağ - işğal məsələsi və İran) məhz o cavabdehlik daşıyacaq.

Bu mənada ABŞ-ın təzyiqlərini müəyyən mənada kompensasiya eləmək üçün dekabrdakı seçkilərin azad, bərabər, ədalətli, keçirilməsi Paşinyan üçün xüsusi önəm kəsb edəcək...

“Yeni Müsavat”ın analitik xidməti

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az