• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-10-2018, 09:20

Badamdar sürüşməsini yaponiyalı mütəxəssislər araşdırır

Badamdar sürüşməsini yaponiyalı mütəxəssislər araşdırır

Ekspert: “Xaricdən mütəxəssis gətirincə, bizim vaxtilə hazırladığımız layihələrə baxsınlar”

Badamdarda sürüşnmə zonasında gərginlik davam edir. Bu barədə oktyabrın 15-də “Yeni Müsavat”a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məlumat verilib. Bildirilib ki, nazirlik tərəfindən yaradılan qərargahın nümayəndələri ərazınin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə etməyiblər. Lakin ümumi vəziyyət gərgin olaraq qalır.

Qəribə hal odur ki, sürüşmə zonasında məskunlaşan əhali bu məsələdə hazırkı baş nazirin müavini Hacıbala Abutalıbovu günahkar bilirlər. Qeyd edirlər ki, məhz onun Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olduğu dövrdə ərazidə torpaqlar satıldı, kanalizasiya xətləri çəkilmədi. Hacıbala Abutalıbov isə bildirir ki, sürüşməyə səbəb qanunsuz tikililərdir. Jurnalistlərə açıqlamasında Abutalıbov aşağıdakıları söyləyib: “Hazırda ərazidə gərginlik davam edir. 11 evin divarlarında çatlar əmələ gəlib. Gərginlik azaldıqdan sonra həmin ərazidə olan 11 ev söküləcək. Artıq ”ETSN", “FHN” və “Azərsu”ya göstərişlər verilib. Sabaha qədər həmin qurumlar analiz edib nəticələri bizə təqdim edəcəklər. Nəticələr həmçinin yapon mütəxəssislərə təqdim olunacaq".

“Yeni Müsavat”a danışan Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, Badamdarda bu kimi sürüşmə hadisələri hələ bundan sonra da davam edəcək. Məlumat üçün öncə qeyd edək ki, Əzim Məsimov hələ ötən ilin qış aylarında, Bayılda sürüşmə aktivləşən ərəfədə bildirmişdi ki, növbəti sürüşmə Badamdarda olacaq. Mütəxəssis söyləmişdi ki, Badamdarda kanalizasiya sistemi qurulmasa, daha böyük faciələr yaşanacaq. Lakin bir ilə yaxın zaman keçsə də kanalizasiya xətlərinin çəkilişinə hələ də başlanılmayıb və nəticə də göz önündədir.

Baş verən son hadisələrlə bağlı isə Əzim Məsimov aşağıdakıları söylədi: “Ötən il biz bu haqda danışmışdıq. Artıq bir ilə yaxın zaman keçib və bu müddət ərzində Badamdara kanalizasiya çəkmək mümkün idi. Çünki hazırkı texnikamız buna imkan verir. Ancaq ötən il ərzində müvafiq qurumlar bu işlə məşğul olmaq bir yana, heç bu istiqamətdə xırda addım belə atmadılar. Abutalıbov dedi ki, biz Yaponiyadan mütəxəssis çağırmışıq. Bu məsələnin özü çox acınacaqlıdır. Necə olur ki, sən öz kanalizasiyana görə Yaponiyadan mütəxəssis çağırırsan və ən azı 1 milyon dollar pul xərcləyəcəksən. Bu işləri nə üçün özümüz etmirik? Hazırda Badamdar ərazisinə xeyli miqdarda su çöküb. Həmin ərazi kökündən sürüşür. Bu, şəhər üçün böyük fəlakətdir. Lakin müvafiq qurumların rəhbərləri bunun qarşısını ala bilmirlər. Nəticədə dövlət və vətəndaş mövcud vəziyyətdən xeyli əziyyət çəkir. Mən bu cür halların baş verəcəyini hələ ötən il demişəm. Bu 1 il ərzində zəng edib soruşmayıblar ki, sürüşmənin qarşısını almaq üçün hansı işləri görək. Yəni nə bilirlər, nə öyrənmək istəyirlər”.

Mütəxəssis bildirib ki, sürüşməyə aparılan tikintinin də təsiri var: “Oranın altı boşdur və aparılan hər bir tikinti torpaqda silkələnməyə səbəb olur. Nəticədə də sürüşmə baş verir. Əlbəttə ki, orada tikinti aparmaq olmazdı. Sovet dövründə Badamdarın baş planı hazırlanmışdı. O dövrdə böyük mənzil sahəsi yaradılmalı idi. Lakin Bakının rəhbərləri həmin layihələri kənara qoyub, torpaqları da satdılar. İndi də bu vəziyyət yaranıb. Təcrübə belədir ki, mənzil tikintisi üçün nəzərdə tutulan 100 faizlik vəsaitin 40 faizi kommunikasiyaya sərf olunur. Bu vəsait cəmlənməlidir icra hakimiyyətində. İcra hakimiyyəti də bütün kommunikasiyanı çəkməlidir. Ev tikənə də deməlidir ki, filan nöqtədə kommunikasiya xətlərini mərkəzi xəttə birləşdirə bilərsən. Lakin bunlar yaradılmayıb və kim necə istəyibsə, elə də hərəkət edib. Bakının kanalizasiya problemi çox ciddidir. Vaxtilə sovet hökumətinin, daha sonra isə Azərbaycan hökumətinin qərarına görə, Hövsanda sutkada 1 milyon 200 min kubmetr kanalizasiya təmizləmə stansiyası yaradılmalı idi. Ondan sonra isə Lökbatanda 400 min kubmetrlik stansiya qurulmalı idi. Bütün bunların layihəsi, çertyojları, ümumilikdə hər bir şeyi hazır idi. Hətta plana da salınmışdı. Ancaq bu işlərə baxılmadı və indi də deyirlər ki, xaricdən mütəxəssis gətirəcəyik ki, Lökbatanda təmizləyici stansiya tiksinlər. Axı bunun layihəsi var də. Niyə həmin layihəni işləmirlər?”

Mütəxəssis bildirib ki, Bayılda yenə də sürüşmə baş verəcək: “Bayıl ərazisi sürüşəcək və orada vəziyyət yenə də gərginləşəcək. Bununla yanaşı, Zığ ərazisində də sürüşmə olacaq. Yaxın günlərdə Zığ ərazisində müşahidə etdim ki, yamacların hamısında tikintilər aparıblar. Elə məhz buna görə də ora sürüşür. Çünki həmin ərazidə də kanalizasiya sistemi yoxdur. Bu torpaqlarda ev tikməyə nə üçün icazə verilib? Bütün bunlar cinayətdir. Çünki həm vətəndaş, həm də dövlət ziyan çəkir. Bayıl yamacında da vəziyyət eynidir. Hər iki tərəfi tikilidir. Kanalizasiya xətti olmadığı üçün biz Abşerona su vermirdik. Bildirirdik ki, kanalizasiya çəkilməsə, sürüşmə olacaq. O zaman da bunun üçün pul ayrılmırdı. İndi isə pul da var, texnika da. Ancaq işləyən yoxdur. İndiki məqamda suyun həcmi də artıb, verilmə əhatəsi də. Bütün bunların hamısı böyük miqdarda kanalizasiya suyunun toplanmasına səbəb olur. Vaxtilə Bakıda tikinti işlərinə, layihələrin hazırlanmasına mən rəhbərlik etmişəm. Rəhbərim olduğum dövrdə bütün bu işlər layihələnmişdi. Ancaq sonradan icra edən olmadı. Çünki neçə illərdir ki, Bakıda tikinti mütəxəssisi olmayıb. Sovet dövründə isə bu işlərə bilavasitə inşaat işçiləri rəhbərlik edirdi”.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az