• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-10-2018, 00:10

Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov:Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov:Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

İnsanı ailədə, çalışdığı kollektivdə, dostlarına, yaxınlarına, ictimaiyyətə sevdirən, ilk növbədə, onun əxlaqıdır, daşıdığı keyfiyyətlərdir, ətrafına münasibətidir. Gəncə Şəhər təhsil şöbəsinin müdiri Zakir Hüseynov bu baxımdan fenomenal insanlardandır. Xeyirxahlığına, insanpərvərliyinə, alicənablığına, vətəndaş təəssübkeşliyinə, haqq-ədalət tərəfdarı olduğuna, qayğıkeşliyinə, səmimiliyinə, nizam-intizamı çox sevdiyinə və hamıdan çox riayət etdiyinə, sözübütövlüyünə və sair, kimi xarakter xüsusiyyətinə çevrilmiş keyfiyyətlərinə görə o, nəinki çalışdığı kollektivin, həmçinin o işlədiyi AzərbaycanTəhsil Nazirliyinin bütün kollektivi bütövlükdə cəmiyyətimizdə örnək olan, böyük hörmət və nüfuz sahibi insan, dövlət məmuru, ziyalı, rəhbərdir. Zakir Hüseynov rəhbərlik etdiyi bütün dövlət işlərində həmişə xalqına ləyaqətlə xidmət etmişdir.

TƏRCÜMEYİ-HAL

Zakir Nəsib oğlu Hüseynov
1955-ci il iyul ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olmuşdur.

1962-1972-ci illərdə Zod kənd məktəbində orta təhsil alıb. Qəbul imtahanlarında yüksək nəticələr göstərərək H.Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstituna qəbul olunub. İnstitutun riyaziyyat fakultəsini bitirib.

Pedaqoji fəaliyyətə Qərbi Azərbaycanın Basarkeçər rayonunda 1977-ci ildən başlamışdır. Atestasiya komissiyasının qərarı ilə pedaqoji təcrübəsi Azərbaycanda yayılmış, ona baş müəllim adı verilmişdir.

Yüzlərlə digər azərbaycanlı ailələri kimi Zakir Hüseynovun da ailəsi 1988-ci ilin noyabr ayında Dağlıq Qarabağ və onun ətrafında baş verən məlum hadisələrlə bağlı öz ata-baba torpaqlarından qovulmuşlar.

13 yanvar 1989-cu il tarixdən Gəncə şəhər 14 nömrəli tam orta məktəbin rus bölməsində riyaziyyat-informatika müəllimi kimi fəaliyyətini davam etdirmişdir.

1994-cü ildə Respublika Təhsil Nazirliyinin atestasiya komissiyasının qərarı ilə ona “Ali kateqoriyalı müəllim” adı verilmişdir.

06 sentyabr1999-cu il tarixdə Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur.

Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. 03 oktyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.

2011-ci ildə texnika üzrə fəlsəfə doktoru adını almışdır.

YAP-ın fəal üzvlərindən olan Zakir Hüseynov “Heydər Əliyev və məktəb riyazıyyatı”, “Rabitə nəzəriyyəsi” dərs vəsaitlərinin, 20-dən çox elmi məqalənin müəllifidir.

Evlidir, 3 övladı var.

Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri Zakir Hüseynov : Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.


Artıq iyirmi ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.




Qeyd etmək yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən onbeş ilin nəticələri və yekunları bir daha sübut edir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl sürətdə davam etməkdədir. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırıb. Digər tərəfdən, sosial siyasətin əsas komponenti olan iqtisadi inkişafın təmin ediməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olub. Belə ki, valyutaehtiyatlarının və investisiya qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan verib. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin edib.




Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri də budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri bir daha təsdiq edir. Eyni zamanda, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin edib. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr verib. Bir sözlə, siyasi-hüquqi müstəvidə fundamental önəm kəsb edən strateji tədbirlərin görülməsi bu sahənin inkişafına xüsusi töhfələr verməklə yanaşı, ümummilli inkişafın sürətlənməsinə də əhəmiyyətli təkan olub.




Onu da qeyd edək ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir. Eyni zamanda, məhz bu cür layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq heç bir subyektdən asılı olmadığını da təsdiq edir.



Ölkəmizin dayanıqlı inkişaf səviyyəsinin başlıca göstəricilərindən birini də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik enerji siyasəti təşkil edir. Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvektorlu nəqletmə sisteminə üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.



Ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür. Bu tendensiya, eyni zamanda, Prezident İlham Əliyevin böyük xarizmatik şəxsiyyət olmasını, siyasi peşəkarlığını, yüksək idarəetmə məharətini təsdiqləyir.



Prezident İlham Əliyev ən yeni tarixin qarşıya qoyduğu siyasi-sosial sifarişlərin yerinə yetirilməsi üçün kompleks tədbirlər proqramının müəllifi kimi siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə baza yaradıb. Ölkədə hökm sürən sabitliyin möhkəmlənməsini inkişaf üçün başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya məqsəd qoyub. Prezident İlham Əliyev həmişə - həm birinci dəfə prezident olduğu müddətdə, həm də ikinci dəfə prezident seçildikdən sonra bu prinsipi tam yetkin formada möhkəmləndirərək Azərbaycanın regionda ən stabil dövlət olmasını sübut edib. Prezident İlham Əliyev ölkənin iqtisadi inkişafına yeni dinamizm elementləri, respublikamızın hərtərəfli sosial-iqtisadi tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa nail olub. Həmin iqtisadi hədəflər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda öz əksini tapıb. Dövlət başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin bərabər və tarazlı şəkildə inkişaf etməsinə impuls verib və bütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olub. Qeyd olunan sənədin uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə baza yaratmış olub.



Prezident İlham Əliyevin yüksək idarəetmə qabiliyyətinin və iqtisadiyyatda islahatların davamlılığını təmin etmək məharətinin ən bariz nümunəsini dünya iqtisadi böhranı zamanı həyata keçirilən mükəmməl iqtisadi konsepsiyanın uğurlu nəticələrinə diqqət yetirməklə görmək olar. Azərbaycan iqtisadiyyatı böhran meyillərinə demək olar ki, məruz qalmayıb.



Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.



Bu il ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir.



Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Prezident İlham Əliyevin son səkkiz ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməsi, həyata keçirdiyi siyasətin alternativsizliyi beynəlxalq qurumların, dünyanın tanınmış siyasətçilərinin, politoloqlarının, nüfuzlu araşdırmalar mərkəzlərinin açıqlamalarında xüsusi qeyd edilir, ən yüksək mükafatlara layiq görülür.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az