• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-10-2018, 09:22

"Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir" - Musa Qasımlı

"Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir" - Musa Qasımlı

2003-cü ildə keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni keyfiyyət mərhələsi başladı. Nyus.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Musa Qasımlı deyib.

M.Qasımlı qeyd edib ki, ötən 15 il Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti bir sıra özünəməxsusluqlarla və tariximizdə yaradılan bir sıra ilklərlə əlamətdar olub: "2003-cü ildən sonrakı illər Azərbaycanın inkişafında varisliyin, böyük dövlət və siyasət adamı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin davam etdirilməsi, ölkəmizin müasirləşməsi, çağdaşlaşması, onun tərkib hissəsi kimi modernləşməsi illəridir. Hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikasının Prezidenti ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu. Məlum olduğu kimi, uzun tarix boyu mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, ona uyğunlaşa bilmədikləri üçün hazırda dünyanın siyasi səhnəsində mövcud deyillər. Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə uymayan və özü yaşayış şərtlərini irəli sürməyən xalqların çoxu hazırda söz sahibi deyillər. Zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqları üçün, həm də xarici güclərin təsiri altında zəifləyiblər, bəziləri isə dağılıblar".

Onun sözlərinə görə, ötən 15 il tarix baxımından qısa olsa da, inkişaf və həyata keçirilən islahatlar baxımından bir sıra ölkələrin keçdikləri yüz illərə bərabərdir: "Bunu dərk etmək üçün hər şeydən əvvəl Azərbaycanın daxili həyatında baş verən əsaslı dəyişikliklərə müqayisəli nəzər yetirmək faydalı olardı. Belə ki, bir zamanlar Azərbaycan qaz təchizatı sarıdan digər ölkələrdən asılı vəziyyətdə idi. Həmin dövlətlər istədikləri vaxt Azərbaycana satdıqları qazı dayandırar və bundan siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışardılar. Ötən müddət ərzində Azərbaycanda yürüdülən siyasət nəticəsində bu vəziyyətə son qoyulub. Ərazisi baxımından kiçik, əhalisinin sayına görə bir çox ölkələrdən az olmasına baxmayaraq, Azərbaycan Respublikasının ölkənin qaz təchizatını nəinki təmin edən, eyni zamanda Avropa ölkələrinin tələbatının ödənilməsində mühüm rol oynayan bir ölkəyə çevrilib".

M.Qasımlı bildirib ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri təkcə iqtisadi deyil, böyük siyasi və strateji əhəmiyyət daşıyan, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayan kəmərlərdir: "Cənub Qaz Dəhlizi Azərbaycanın rolunu artıran böyük bir layihədir. Böyük İpək yolu, Şərq-Qərb və ya Bakı-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolları Azərbaycanı yenidən dünyanın tranzit, nəqliyyat və ticarət mərkəzlərindən biri halına gətirir. Azərbaycan Fars körfəzindən başlayaraq Fin körfəzinə qədər ərazidə dəmir yolu vasitəsilə hərəkət edə bilir, tranzit funksiyasını yerinə yetirir. Azərbaycan artıq nəqliyyat təhlükəsizliyini təmin edən bir ölkədir. Bu yollar ölkənin qüdrətini artırır, beynəlxalq mövqelərini möhkəmləndirir, özü ilə bərabər yeni iş yerlərinin açılmasını və vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını gətirir. Bir zamanlar Azərbaycan qonşu və bəzi uzaq ölkələrin ucuz kənd təsərrüfatı malları üçün əlverişli satış bazarına çevrilmişdi. Heç şübhəsiz, dünya ölkələri ticarətsiz inkişaf edə bilməz. Dövlətin qüdrətini müəyyənləşdirən amillərdən biri xalqın ticarəti bacarıb-bacarmamasıdır. Ötən illər ərzində Azərbaycan uğurlu xarici ticarət siyasəti həyata keçirərək nəinki ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində ciddi addımlar atan bir ölkəyə çevrilib, eyni zamanda xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edir. Azərbaycan ənənəvi bazarlardan başqa yeni bazarlarda da yer tutub".

Millət vəkili vurğulayıb ki, Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizi Azərbaycanın payına düşür: "Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azalmasına yönələn siyasət genişləndirilib. Turizm, kənd təsərrüfatı, yeni texnologiyaların tətbiqi, nəqliyyat və başqa sahələrdə mühüm işlər görülüb. Ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olmasına baxmayaraq, Azərbaycan tikinti-quruculuq meydanına çevrilib. Başqa hər hansı bir ölkə belə vəziyyətdə olsaydı, o, bərbad hala düşərdi. Ölkədə geniş inşaat işləri aparılıb, yeni iş yerləri açılıb, qaçqın və məcburi köçkünlər üçün evlər tikilib, şəhərciklər salınıb. Ötən illər ərzində Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilib. Azərbaycan dövləti ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradıb. Azərbaycan Ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Azərbaycan beynəlxalq silah sərgilərində özünəməxsus yer tutur".

Professor deyib ki, Azərbaycanda ictimai həyatın bütün sahələrində geniş islahatlar həyata keçirilib: "Vətəndaşın daha yaxşı yaşayışını təmin etməyə yönələn qanunlar qəbul edilib və reallaşdırılıb. Sosial dövlətin qurulması üçün qısa müddətdə başlanan islahatlar dərinləşdirilib. Bərabər imkanların yaradılması üçün ciddi tədbirlər həyata keçirilib. Xalqın həyat şəraiti daim yaxşılaşır. Azərbaycan yoxsullar ölkəsindən imkanlılar ölkəsinə çevrilib. Xalqın milli ruhu yüksəlib və özünəinamı artıb. Xalqla dövlət arasında birlik, hakimiyyətin qanadları arasında səmərəli əməkdaşlıq qurulub.Ölkədə təbii sabitlik hökm sürür".

M.Qasımlı bildirib ki, demokratikləşmə, vətəndaş cəmiyyətinin qurulması məqsədilə geniş islahatlar həyata keçirilir: "Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azad mətbuat formalaşıb. Azərbaycan bütün postsovet məkanında islahatların ən geniş və uğurla aparıldığı bir ölkədir. Beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzu və təsiri genişlənib, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostları çoxalıb. Ötən illər göstərdi ki, Azərbaycan sözü ilə işi bir olan, ləyaqətli bir dövlətdir".

Tarixçi qeyd edib ki, ötən illər ərzində cənab İlham Əliyev möcüzə yaradıb, dünyaya yeni bir model verib: "Bu, Azərbaycan modelidir. Sual olunur: bəs bütün bunlara necə nail olunub? Axı Azərbaycanın coğrafiyası, təbii sərvətləri və insanı əvvəlki illərdəki kimi idi. Heç şübhəsiz, bütün bunlar göydəndüşmə, birdən-birə olmayıb. İndiki vəziyyətə gətirən yol asan və rahat olmayıb, ona nail olmaq üçün böyük səylər sərf edilib. Bu səviyyəyə yalnız təbii sərvətlərin hesabına deyil, onların milli sərvətə çevrilməsi və səmərəli istifadə edilməsi nəticəsində nail olunub. Bunlar isə bilavasitə dövlət idarəçiliyi ilə bağlı məsələlərdir. Ölkənin indiki inkişaf səviyyəsinə gəlib çıxması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin, ona məxsus olan yaradıcı iş üslubunun nəticəsidir. İlham Əliyevin fəaliyyəti göstərir ki, o, milli-mənəvi köklərə dayanaraq ölkəsinin müasir dünya ilə ayaqlaşması üçün ən səmərəli və faydalı tədbirləri düşünən və həyata keçirən yenilikçi, dərin islahatçı dövlət xadimidir. Ölkə həyatının inkişafdan geri qalan, onunla ayaqlaşmayan sahələrinin olduğunu təkcə mükəmməl deyil, eyni zamanda onların inkişaf yollarını, problemlərin həlli üsullarını dəqiqliklə bilən İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanı rəqabətə davamlı bir ölkəyə çevrilib".

Deputatın sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, daxili siyasət sahəsində Azərbaycan Prezidentinin başlıca məqsədlərindən biri xalqının daha yaxşı yaşaması üçün bərabər imkanlar yaratmaqdır: "Dövlət başçısının verdiyi göstərişlərin və apardığı islahatların başlıca məqsədi xalqın daha yaxşı yaşaması, dövlətin güclü olması niyyətlərini güdür. Tələbkarlıq, ciddiyyət və qayğıkeşlik Azərbaycan Prezidentinin iş üslübunun tərkib hissələrindən biridir. Dövlət rəhbəri məmurlara qarşı nə qədər tələbkar və ciddidirsə, sadə xalqa münasibətdə bir o qədər sadə və təvazökardır. O, əsl xalq adamıdır. Qurucu Prezident olan İlham Əliyevin başlıca məqsədlərindən biri böyük Azərbaycanı inkişaf etmiş ölkələr cərgəsinə çıxarmaqdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti kosmos klubunun üzvü olub. Prezidentin siyasəti nəticəsində Azərbaycan dövləti özündən böyük olan qonşu dövlətlərə təsir edən bir güc halına gəlib. Bir çox dövlətlər məhz Azərbaycanla yaxınlaşaraq özlərinin bir sıra problemlərini həll etməkdə maraqlıdırlar".

AMEA-nın müxbir üzvü əlavə edib ki, Prezident İlham Əliyevin hakimiyyətinin ilk 15 ilində qədim və zəngin Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gəlib: "Azərbaycan maddi və qeyri-maddi irsinin bəzi nümunələri YUNESKO-nun irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti xalqının dünya mədəniyyəti yaradan bir xalq olduğunu bir daha sübut edərək ona böyük imkanlar yaradıb. Bu illər Azərbaycan mədəni irsinin qorunması və mədəniyyətinin çiçəklənməsi illəridir".

Azərbaycan Prezidentinin mövqeyi açıq və siyasəti çevik olan bir dövlət xadimi olduğunu bildirən M.Qasımlı qeyd edib ki, o, ölkəsini digər dövlətlər üçün qarşıdurmalar, intriqalar deyil, əməkdaşlıq meydanına çevirib, bununla da bir-biri ilə əsrlər boyu didişən ölkələri yenidən bir araya gətirib: "Azərbaycan rəhbəri ölkəsinin müttəfiqləri üçün problem yaratmayaraq, onları başqaları ilə üzbəüz qoymayaraq digər qonşu ölkələrə bir nümunə verib. Yorulmazlıq Azərbaycanın dövlət rəhbərinə xas olan başlıca keyfiyyətlərdən biridir. Azərbaycan Prezidentinin dəfələrlə Bakıda beynəlxalq tədbirdə iştirak etdikdən və nitq söylədikdən sonra rayonlara səfər etməsinin, yeni sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrini açmasının, xalqla görüşlərinin şahidi olmuşuq. Ana dilinə qayğı Azərbaycan Prezidentinin fəaliyyət sahələrindən biri kimi əhəmiyyətlidir. Azərbaycan Prezidenti ölkəmizin və millətimizin birliyinin rəmzi olan dinimizə xüsusi qayğı göstərməsi rəğbətlə qarşılanır. Dinimizə və dini adət-ənənələrimizə qayğı dövlət rəhbərinin fəaliyyətinin mühüm sahələrindən biridir. Din və dövlət işlərini qarışdırmadan onlar arasında qızıl ortanı müəyyənləşdirərək hər ikisini inkişaf etdirmək Azərbaycan Prezidentinin böyük uğurlarından biridir".

Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətinə yeni siyasi mədəniyyət və nəfəs gətirdiyini deyən deputat bildirib ki, məhz onun hakimiyyətinin ilk 15 ilində keçmiş prezidentlər haqqında qanun qəbul olunub: "Azərbaycan Prezidentinin iş üslubundakı özünəməxsusluqlar özünü xarici siyasət fəaliyyətində də aydın şəkildə özünü göstərir. Onun hakimiyyətinin ilk 15 ilində ölkənin xarici siyasəti daha da mükəmməl olub. Azərbaycan Prezidentinin dünya işlərini həm tarixi, həm nəzəri, həm də praktik baxımdan mükəmməl bilməsi ölkənin xarici siyasətinə uğurlar gətirib. Azərbaycan dövləti bloklara qoşulmayan ölkələr hərəkatına üzv olub. Məhz bu uğurlu addımların nəticəsində 2011-ci ildə Azərbaycan Respublikası BMT-nin 193 üzvündən 155-nin səsini alaraq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasının göstəricilərindən biri olub. Ötən 15 ilin təcrübəsi göstərir ki, Azərbaycanda xalqın maraqlarına cavab verən bu davamlı sabit inkişaf yolunun alternativi yoxdur. Ölkə və xalq xaos, anarxiya, sarsıntılar, inqilablar deyil, islahatlar, təkamül yolu ilə inkişaf etməlidir".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az