• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-10-2018, 08:53

Restoran sahiblərinə sərt xəbərdarlıq

Restoran sahiblərinə sərt xəbərdarlıq

ETSN tədbirləri daha da gücləndirir; əhali bu işdə müvafiq qurumlara yardım edir

Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra əhali, ölkə üçün vacib məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib:

“Axşam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək”.

Restoranların havanı tüstü ilə zəhərləmələri barədə mətbuatda da xeyli sayda yazılar dərc olunub. “Yeni Müsavat” qəzeti olaraq bu barədə restoranların ətrafında yaşayan əhalinin fikirlərini aldğımız zaman onlar durumun xeyli dərəcədə acınacaqlı olduğunu bildiriblər. Sakinlər söyləyirlər ki, restoranlar yay aylarında açıq havada məclis qurub, gecə saatlarına qədər səsgücləndiricilər vasitəsilə onları narahat etmələri ilə yanaşı, havanı da zəhərləyirlər. Onların sözlərinə görə, bununla bağlı müvafiq qurumlara dəfələrlə şikayət etmələrinə baxmayaraq, bəzi restoranlar öz fəaliyyətlərinə davam edirlər.

Məlumat üçün onu da qeyd edək ki, hələ bu ilin may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirdi ki, restoran sahiblərinə tüstünün qarşısını almaq üçün müvafiq qurğuların quraşdırılması ilə bağlı məktub göndərilib. Həmin zaman qeyd olundu ki, qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2 maddəsinin müvafiq tələblərinə uyğun olaraq tədbirlər görüləcək. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi, aparatlardan istifadə edilməməsinə görə fiziki şəxslərin 600 manatdan 25 min manata qədər, hüquqi şəxslərin isə 20-25 min manat cərimələnməsi nəzərdə tutulub.

Öyrəndik ki, restoran sahiblərinin bir qismi bu qaydalara əməl ediblər. Bəziləri isə hələ də məhəl qoymadan, öz işlərini davam etdirirlər.

Məsələ ilə bağlı ETSN-dən “Yeni Müsavat”a bildirilib ki, bu istiqamət üzrə apardıqları işlərin nəticəsində xeyli sayda restoranda müvafiq cihaz quraşdırılıb. Qeyd edilib ki, məsələ ilə bağlı oktyabrın 11-də geniş mətbuat konfransı keçirilərək, ictimaiyyətə məlumat veriləcək. Nazirlikdən deyiblər ki, bu işdə əhali də onlara yaxından kömək edir və görülən tədbirlər də məhz insanların şikayətinə əsaslanır.

Həmçinin öyrəndik ki, hələ avqust ayında nazirlik rəsmiləri Bakının bir sıra rayonlarının icra hakimiyyətlərində restoran sahibləri ilə görüşlər də keçirib. Restoran və şadlıq evlərinin sahiblərinə bildirilib ki, atmosfer havasına atılan zərərli qazların, tüstünün və qoxunun qarşısını almaq üçün restoranların tüstü bacalarında müasir standartlara cavab verən xüsusi filtrlər quraşdırsınlar. Əks halda, restoran və şadlıq evlərinin sahibləri barəsində cərimə tədbirləri görüləcək. Bundan sonra isə daha sərt addımlar atılmaqla həmin ictimai-iaşə müəssisələrinin fəaliyyətlərinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciətlər ediləcək. Həmin zaman qeyd olunub ki, qarşıdakı günlərdə görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara əməl etməyən, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə sərt tədbirlərin görülməsinə başlanılacaq.

Xüsusi olaraq vurğulanıb ki, burada məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. Görüşün nəticəsi olaraq isə ictimai-iaşə obyektlərinin sahiblərinə təmizləyici qurğuların quraşdırılması üçün daha 15 gün əlavə vaxt verilib. Lakin nazirlik sentyabr ayında məlumat yaydı ki, 88 restoran hələ də müvafiq qurğuları quraşdırmayıb. Xüsusilə də Babək prospektində yerləşən restoranlarda vəziyyət daha da acınacaqlıdır...

Məhərrəmlik ayı ilə əlaqədar hazırda Bakıda demək olar ki, toy şənlikləri keçirilmir. Buna görə də restoranlardan qalxan tüstülər də azalıb. Babək prospektində yerləşən bir neçə restoranla da əlaqə saxlayıb, onlardan qeyd edilən qurğunu quraşdırıb-quraşdırmadıqlarını öyrənməyə çalışdıq. Əksər restoran sahibləri bildirdilər ki, ətraf mühitə tüstü buraxmırlar və müvafiq tədbirləri görürlər.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az