• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-10-2018, 08:34

Paşinyanın 5 ayı - hələ də küçələrdədir

Paşinyanın 5 ayı - hələ də küçələrdədir

Qabil Hüseynli: “Yeni parlament formalaşdıra bilməsə, hakimiyyəti uzun sürməyəcək”
Bu gün Ermənistanda Nikol Paşinyanın baş nazir seçilməsindən 5 ay keçir. Bir aya yaxın küçə və meydanlarda davam edən mitinqlər nəticəsində Serj Sərkisyanın istefasına nail olan Nikol Paşinyan artıq beş aydır işğalçı ölkənin rəhbəridir. Bəs bu beş ayda əsas nəticə nə oldu? Bölgəyə, Ermənistana nə gətirdi? Ermənistanda inqilabın başa çatdığını söyləmək olarmı?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, hakimiyyət dəyişikliyi Ermənistana heç də rahat həyat, sabitlik gətirməyib: “Keçən aylar göstərdi ki, bu ölkədə hadisələr heç də sabitlik istiqamətində inkişaf etmir. Küçə təzyiqləri ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan kütlələrə bir sıra vədlər versə də onları yerinə yetirmək istiqamətində işləri qura bilmədi. Bu gün Ermənistan ciddi siyasi böhranla üzləşib. Bunu hətta Paşinyan özü də etiraf edir. O, hakimiyyətə kütlənin çiynində gəlib, gücünün azlıqda olduğu parlamenti özünün hökumət başçısı təyin edilməyinə səs verməyə vadar edib. İkihakimiyyətlilik belə formalaşıb: meydanda qeyri-formal hakimiyyət mərkəzi və çoxluğun respublikaçılarda olduğu parlament. Bununla da siyasi böhranın növbəti mərhələsi aşkarlanıb. Aydın idi ki, yeni hakimiyyət modeli müvəqqəti xarakterə malikdir, amma durumun tam iflasına yol verməmək üçün bütün siyasi proseslər Ermənistanın qüvvədə olan Konstitusiyası çərçivəsində hərəkətlənib və davam etməkdədir. Ölkədə idarəçilik sistemində ciddi bir vakuum var. Elə bir vəziyyət yaranıb ki, Paşinyan baş nazir vəzifəsindən istefa verməlidir. Bu zaman isə mövcud parlamentdə ona qarşı müxalifətdə olan Sej Sərkisyanın Respublika Partiyası, ”Çiçəklənən Ermənistan" partiyası, Daşnaksütyun Partiyası səs çoxluğundan istifadə edərək öz namizədlərini baş nazir seçə bilərlər. Belə bir addım atılsa çox ciddi qarşıdurma, hətta vətəndaş müharibəsi səviyyəsində qarşıdurma meydana çıxa bilər. Ordunun daxilində də iki yerə bölünmə baş verə bilər. Tərəflərdən biri siyasi prosesə müdaxilə etdiyi zaman digər tərəf də buna qarşı çıxacaq ki, bu vəziyyət silahların işə düşməsi demək olacaq. Ermənistanda mayın 8-də baş vermiş hakimiyyət dəyişikliyinin bu beş ayda ortaya çıxardığı nəticə bax, belə bir mənzərənin hər an yaranması ehtimalının reallığa çevrilmək üzrə olmasıdır".

Q.Hüseynli dedi ki, İrəvan meri seçkiləri Paşinyanın xalq arasında dəstəyinin hələ ki böyük olduğunu ortaya çıxarıb: “82 faiz məhz Paşinyanın namizədinə səs verməklə baş nazirə etimadını göstərmişdi. Lakin son bir neçə həftədir bu səslərin azalması prosesinin getdiyi bildirilir. Çünki Paşinyan beş ay müddətində hər hansı ciddi, xalqın rifahına ciddi təsir göstərən işin başlanğıcını qoymayıb. Doğrudur, bəzi oliqarxlardan, korrupsiyalaşmış elementlərdən dövlətdən oğurladıqları vəsaitlərin bir qismi alınıb qaytarılıb dövlət büdcəsinə, amma bütövlükdə onun vəd etdiyi yeni iş yerləri açmaq, struktur islahatları həyata keçirmək, xaricdən böyük investisiyalar cəlb etmək kimi məsələlərdə heç bir dönüşə nail ola bilməyib. Üstəlik, beş ayda Paşinyanın hakimiyyət idarəetməsində diletantlığı ortaya çıxdı. Xüsusilə, o bəyanatları ilə Azərbaycanla münasibətlərdə çox böyük gərginliyə səbəb olan vəziyyət yaratdı. Gərginlik az qala geniş miqyaslı hərbi əməliyyatların başlanması həddinə çatmaq üzrə idi”.

Politoloq qeyd etdi ki, Ermənistanda proseslərin gedişi inqilabın hələ bu ölkədə baş çatmadığını açıq nümayiş etdirir: “Paşinyanın hakimiyyətə gəlişinin beş ayında ona qarşı düşmən mövqeyində olan qüvvələrin xeyli aktivləşdiyi, revanş götürməyə hazır olduqları da ortadakı nəticələrdən biridir. Beş ay öncə müxalifətdə olduğu dövrdə küçə və meydanlarda mübarizə aparan Paşinyan, beş aydır hakimiyyətdədir, lakin yenə də küçə və meydanlardadır. O, rəqiblərinə qarşı yenə də küçə təzyiqindən istifadə edir. Rəqibləri çox böyük kapitala malik keçmiş komanda, oliqarxlardır. Onlar get-gedə birləşirlər və yeni baş nazirə qarşı vahid cəbhə formalaşdırmaqdadırlar. Bir sözlə, Paşinyanı baş nazir edən inqilab hələ k, öz hədəflərinə doğru gedə bilmir. O, çox böyük maneələrlə üz-üzə qalıb. Problemləri həll etmək əvəzinə yeni problemlər yaranıb və hər gün yeni problemlər yaranır”.

Q.Hüseynli onu da vurğuladı ki, Paşinyan yeni parlament formalaşdırmağa nail ola bilməsə, onun hakimiyyətinin ayaq üstə uzun müddət qala bilməsi çətin ki, mümkün olsun.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az