• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-10-2018, 09:26

Azərbaycana qarşı de-marş, Gürcüstana arxadan zərbə - növbəti erməni xəyanəti

Azərbaycana qarşı de-marş, Gürcüstana arxadan zərbə - növbəti erməni xəyanəti

Qonşu ölkə vasitəsilə özünə Rusiyadan “dəhliz” açmağa can atan ermənilərin Tiflisə qarşı daha bir nankorluğu; erməni separatizmi bölgəyə, Azərbaycana əsas təhlükə mənbəyi olaraq qalır...
Gürcüstanla Ermənistan arasında münasibətlər ilk baxışda normal görünsə də, əslində belə deyil. Məsələ ondadır ki, dini yaxınlığa rəğmən, bu iki qonşu ölkə SSRİ dağılandan fərqli xarici siyasət oriyentasiyası seçib, fərqli ideoloji kurs götürüb. Bundan başqa, Ermənistan işğalçı, Gürcüstan isə işğala məruz qalan ölkədir. Özü də onun ərazilərinin bir hissəsini - Abxaziya və Cənubi Osetiyanı Ermənistanın 1 nömrəli müttəfiqi - Rusiya işğal edib. Ermənistan isə Moskvanın bölgədə əsas hərbi qalası olaraq qalır.

Üstəgəl, Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan qoparılmasında yerli ermənilər də öz layiqli “töhfə”lərini veriblər. Ermənilərin bədnam “Baqration batalyonu”nun Suxumi uğrunda döyüşlərdə gürcülərə qarşı vuruşduğu və dinc gürcülərə qarşı xüsusi qəddarlıqla fərqləndiyini də bilməyən yoxdur.

Nəhayət, Gürcüstanın ermənilərin kompakt yaşadıqları bölgə - Cavaxetiya bu gün də potensial separatizm ocağı olaraq qalır. Şəkk-şübhəsiz, ermənilər İrəvandan təlimat və fürsət gözləyirlər ki, gürcülərə daha bir zərbəni məhz buradan - Cavaxetiyadan vursunlar. Çörəyini yediyi xalqa xəyanət isə bədnam qonşular üçün çoxdan adiləşib.

*****

Erməni xəyanətindən söz düşmüşkən, bu da növbəti fakt. Sentyabrın 27-də gürcü xalqı öz müasir tarixinin ən qanlı və kədərli hadisələrindən birini - Suxuminin işğalının 25 illiyini qeyd edib. Bəs Suxuminin işğalının 25 illiyi və Abxazıyanın yaradılmasının ildönümü münasibətilə Abxaziya rəhbəri Raul Xadjimbaya ilk təbrik göndərən kim olsa yaxşıdır? Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin rəhbəri Bako Saakyan!

Qarabağ separatçılarının başçısı “Azadlıq günü və böyük vətən müharibəsində qələbə” adlı təbrik məktubunda qeyd edir: “25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçib. Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzbəüz gəlir, öz dövlətlərini gücləndirirlər”.

“Kremlin tulası” ayaması daşıyan Saakyan aydın məsələdir ki, belə məsələlərdə özbaşına deyil. Yəni İrəvandan rüsxət olmasa, bu addıma getməz. Nəzərə alsaq ki, işğal olunmuş ərazilərimizdə qurulmuş saxta rejimin bütün yazışmaları, həmçinin viza məsələləri Ermənistan XİN tərəfindən aparılır, o zaman qənaət hasil olar ki, Bako Saakyanın dili ilə Ermənistan nəinki Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmədiyini nümayiş etdirir, daha betəri, onu pozmağa çalışır.

Ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyllərini dəstəkləməsi şəksiz ki, “Böyük Ermənistan” xülyasının tərkib hissəsi olmaqla yanaşı, Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının da daim aktual və gündəmdə olduğunu ortaya qoyur.

*****

Tbilisi Georgia ile ilgili görsel sonucu

Ümumiyyətlə, Sovetlər İttifaqı dağılan kimi (hətta dağılanadək - 1988) köklü azərbaycanlı əhalinin sonuncu nəfərini də öz ərazisindən qovub monoetnik ölkəyə çevrilən Ermənistan üçüncü on illikdir ki, regionda Rusiya ilə birgə aqressiv separatçılığın əsas dayağı olaraq qalır. Guya Moskva ilə hərbi-siyasi ittifaq ona öz ərazilərini Azərbaycan və Gürcüstan hesabına genişləndirmək imkanı verəcək. Qonşu ölkələrə qarşı əsassız ərazi iddiası üzərində qurulan bu avantürist siyasət ilk növbədə erməni xalqına böyük fəlakətlər və məhrumiyyətlər gətirsə də, Ermənistanı blokada vəziyyətinə salsa da, əfsus ki, erməni başbilənləri bu gün də həmin siyasətdən əl çəkmək niyyətində deyillər.

Gürcülərə qarşı xəyanətə gəlincə, o da faktdır ki, BMT-də Abxaziya və Cənubi Osetiya ilə bağlı hətta adi humanitar xarakterli sənədlərə dair səsvermələrdə belə, Ermənistan daima Rusiyanın yanında qərar tutub, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyib. Bu yaxınlarda eyni hal növbəti dəfə təkrarlanmış, rəsmi Tiflisin narazılığına səbəb olmuşdu. Hətta gürcü hökuməti İrəvandan izahat istəmişdi.

Bütövlükdə bir neçə dəfə Tiflislə İrəvan arasında bu qəbildən diplomatik gərginliklər yaşanıb. Onlardan biri də “demokrat” N.Paşinyanın baş nazirliyi dövrünə təsadüf edir. Ötən ilin payızında isə Tiflis Gürcüstana yeni təyin olunan erməni səfir Sergey Minasyana aqreman verməkdən imtina etmiş, səbəb kimi onun Rusiyanın adamı olması və Cavaxetiyada etnik separatizmi dəstəkləməsini əsas gətirmişdi. İrəvan səfiri dəyişməli olmuşdu.

*****

Budəfəki xəyanət də yəqin ki, izsiz ötüşməyəcək. Ən azından, Ermənistanı Rusiya ilə birləşdirən Abxaziya dəmir yolunun açılışının bir az da qəlizə düşəcəyini söyləmək olar. Bunu da yada salaq ki, ötən ay Gürcüstan quru yolla Ermənistana taxıl daşınmasını qadağan edən qərar vermiş, bu da dərhal Ermənistanda unun bahalaşmasına gətirmişdi. Lakin az sonra Tiflis humanizm prinsipini əsas götürüb, qərarını bir il ertələdi.

Bu da ermənilərin adekvat cavabı. Erməni ki, erməni... Əsl əqrəb xislətidir. Ona yaxşılıq eləsən də, eləməsən də, sancacaq. Çünki vərdiş pis şeydir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az