• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
1-10-2018, 15:16

Orqanizmin endotoksinlərdən təmizlənməsinin daha bir yolu

Orqanizmin endotoksinlərdən təmizlənməsinin daha bir yolu


Əvvala bildiririk ki, toksinlər iki növdür: endotoksin (daxil) və ekzotoksin- xaricdən daxil olanlar. Endotoksinə praktiki olaraq bütün qram-mənfi bakteriyalarda təsadüf edilir Son illərdə molekulyar biologiyanın, elektron mikroskopiyanın inkişafı nəticəsində ən son məlumatlarda hətta bəzi qram müsbət mikroorqanizmlərdə də təsadüf edildiyi bildirilir göstərilir. Həmin bakteriyalar isə əsasən yoğun bağırsaqlarda kolonizasiya olunurlar (toplaşırlar). Normal həyat fəaliyyəti zamanı onlar toksiki deyildir. Hətta müəyyən edilmişdir ki, hələ uşaq ana bətnində olarkən endotoksin onun ümumi qan dövranına daxil olaraq bütün ömrü boyu orqanizmin immun sisteminin nizamlanmasında iştirak edir.

Subut edilmişdir ki, insan orqanizmi, atlar, iri buynuzlu heyvanlar, siçanlar və ağ siçovullar endotoksinə qarşı yüksək həssaslığa malik olduğu halda, cənubi afrika meymunları zəif reaksiya göstərir, amfiblər və balıqlar tamamilə qeyri-həssasdırlar. İnsanlar daimi olaraq endotoksin ilə təmasdadırlar. Fizioloji halda insan orqanizminə kiçik dozalarda daxil olan endotoksin immun sistemin möhkəmlənməsinə və makroorqanizmin adaptasiyasına xidmət etdiyi halda, stress vəziyyətlərində və yaxud müxtəlif patoloji hallar zamanı onun qana daxil olan miqdarının artması nəticəsində ”endotoksin aqressiyası”, daha doğrusu onun patoloji təsiri yaranır. Nəticədə antiendotoksin immunitetin zəifləməsi və bəzən itməsi səbəbindən sepsis, eklamsiya, kəskin respirator infeksiyalar, hepatitlər, ateroskleroz, miokard infarktı və s. kimi xəstəliklətin törənməsində əsas rol oynayır.Yaranmış kəskin endotoksemiya çox hallarda poliorqan çatışmazlığı ilə fəsadlaşır. Endotoksin təsirindən baş verən bu dəyişikliklərin təsir mexanizmi tam aydınlaşdırılmadığından, deməkolar ki, bütün dünyada onun dərindən öyrənilməsinə olan maraq getdikcə daha da artmaqdadır. Bunu 1984-cü ildə uyğum endotoksinə həsr edilmiş 4 cildlik əsərin nəşr edilməsi, 1999-cu ildə 64 bölməni əhatə edən “Endotoxin in Health and Disease” toplusu işıq üzü görməsi, 1988-ci ildə yaradılmış Beynəlxalq Endotoksin Cəmiyyəti 1994-cu ildən “Journal of Endotoxin Research” jurnalının nəşrinə başlaması və artıq indiyə qədər

endotoksinologiyanın nailiyyətlərinə dair 6 beynəlxalq elmi konfrans keçirilməsi bir daha subut edir. Bütün bunlara baxmayaraq yenədə endotoksinə olan maraq günü-gündən artmaqdadır. Çoxlu miqdarda elmi məqalələr çap edilir, müasir tələblərə cavab verəcək səviyyədə ekperimental və klinik elmi işlərin yerinə yetirilməsi davam etdirilir.

Son illərdə apardığımız elmi-tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, kəskin endotoksemiyalar zamanı patoloji hallar törədən ilk əlamət hüceyrə və toxmalara toplanmış ödem mayesidir. Yaranma səbəbindən asılı olmayaraq ilk tədbir endtoksemiya nəticəsində yaranmış ödem mayesinin müxtəlif vasitələrlə orqanizmdən təmizlənməsinə yönəldilməlidir.

Bu halda dərman vasitələri ilə yanaşı orqanizmin təbii vasitələrlə təmizlənməsi də ön plana çəkilməlidir.

Belə vasitələrdən biri də kimyəvi tərkibi, minerallaşma dərəcəsi və s. uyğun olan mineral sulardan istifadədir. Hələ1000-1020- ci illərdə Əbu-Əli-İbn-Sina özünün “Tibb Elminin Qanunları” əsərində minerallarla zəngin xüsusi ilə tərkibində qızıl və gümüş olan suyun insan orqanizminə faydasını qeyd etmişdir. Əsrlər boyu bu sulardan gen-bol istifadə edilməsinə baxmayaraq yeraltı mineral suların klasifikasiyası yalnız 1994-cü ildə V.V.İvanov tərəfindən verilmişdir. Ümumiyyətlə sular 3 qrupa bölünürlər: müalicəvi, sənaye əhəmiyyətli və termik (istilik enerşisi mənbəyi olan) sular. Tərkibindən asılı olaraq insan orqanizminə müsbət təsir göstərən sular müalicəvi mineral sular adlandırılmışdır. Müalicəvi suların fiziki və kimyəvi tərkibindən asılı olaraq insan orqanizminə müsbət təsir göstərə biləcək meyarları (ümumi minerallaşma dərəcəsi, həll olunmuş CO 2-nin, mərgümüşün, bromun, yodun, silisumun, radonun miqdarları) elmi araşdırmalardan sonra R.İ.Əliquliyev tərəfindən (2005) müəyyənləşdirilərək ətraflı izahı ilə birlikdə aydın başa düşülən şəkildə cədvəllərdə müqayisəli verilmişdir.

Minerallaşma dərəcəsindən asılı olaraq sular aşağıdakı qruplara bölünürlər: az minerallaşmış (2-5q/l), orta minerallaşmış (5-15 q/l), yüksək minerallaşmış (15-35 q/l). Birdə vardır minerallaşma dərəcəsi 35q/l-dən yüksək olan sular.

Ümumiyyətlə elmi cəhətdən sübut olunmuşdur ki, dərinlik artdıqca suların minerallaşma dərəcəsidə artır.

Göstərdiyimiz endotoksemiyalar zamanı orqanizmin toksinlərdən təmizlənməsi məqsədi ilə az minerallaşmış dərəcəsinə malik olan mineral sulardan (Yessentuki-4., Sirab 10-saylı quyusu, Vayxır 12 saylı quyusu və s.) istifadə edilməlidir. Çünki, az minerallaşmış suların osmotik təzyiqi qanın osmotik təzyiqindən 2-2,5 dəfə az olduğundan bu suyun daxilə qəbul edilməsi yolu ilə diuretik təsirin (sidik ifrazının) artması və nəticədə orqanizmin müəyyən qədər toksinlərdən təmizlənməsi baş verir.

Orta minerallaşma dərəcəli mineral suların osmotik konsentrasiyasının təqribən qanın plazmasına yaxın olduğundan bu növ sulardan geniş şəkildə süfrə suları kimi və eləcədə sanator-kurortlarda istifadə etmək olar.

Yüksək minerallaşma dərəcəsinə malik olan suların osmotik təzyiqi 2-3 dəfə toxmaların osmotik təzyiqindən artıq olduğu üçun onların daxilə qəbulundan sonra su orqanizmidən təbii yolla deyil bir növ dəri vasitəsilə “çıxır”. Odur ki, orqanizmin toksinlərdən təmizlənməsi məqsədi ilə belə suları daxilə qəbul etmək yox, əsasən bağırsaqların yuyulmasında istifadə etmək daha məqsədə müvafiqdir.

Minerallaşma dərəcəsi 35q\l –dən çox olan mineral suların daxilə qəbul edilməsi isə əks göstərişdir.

Beləliklə tövsiyə edilir ki, mineral sulardan istifadə edərkən onların minerallaşma dərəcəsinə mütləq fikir verilməlidir.
Nigar Quliyeva,
Azərbaycan Tibb Universitetinin
histologiya kafedrasının assistenti,
tibb üzrə fəlsəfə doktoru .

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az