• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
26-09-2018, 08:01

Birinci vitse-prezident Mehriban Əliyeva Romada AXC-nin 100 illik yubileyi münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Romada AXC-nin 100 illik yubileyi münasibətilə verilən rəsmi ziyafətdə iştirak edib - FOTO

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

Əvvəlcə İtaliyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış etdi.

Birinci vitse-prezident qonaqları salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər saldı. Diqqətə çatdırdı ki, həmin dövrdə ölkəmiz üçün çox vacib addımlar atıldı: Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, azad seçkilər nəticəsində çoxmilli və çoxpartiyalı parlament yaradıldı, ölkəmiz üçün bir sıra vacib qanunlar qəbul edildi, milli ordumuz yarandı. "Biz ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşırıq. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycanda və tərəfdaş ölkələrdə geniş şəkildə qeyd olunur", - deyən Birinci vitse-prezident belə bir gecənin Azərbaycana dost olan İtaliyada, bu ölkənin gözəl paytaxtında - Romada keçirilməsindən məmnunluğunu ifadə etdi.

Bu gün Azərbaycanın zəngin, qədim tarixə və mədəniyyətə malik olduğunu, Şərqlə Qərb arasında - qədim İpək Yolu üzərində yerləşdiyini deyən Mehriban Əliyeva əsrlər boyu burada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını vurğuladı. "Biz fəxr edirik ki, bu ənənələr bu gün də qorunub saxlanılır. Azərbaycanda multikulturalizm, dözümlülük, qarşılıqlı hörmət artıq həyat tərzidir", - deyən Birinci vitse-prezident bu gün ölkəmizin dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınmasının təsadüfi olmadığını, Azərbaycanda millətlərarası dialoqun qurulmasına həsr olunan bir sıra beynəlxalq tədbirlərin keçirildiyini və belə tədbirlərin BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini vurğuladı.

Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışan Mehriban Əliyeva müxtəlif sahələrdə əldə edilən uğurları qeyd etdi. Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artdığını deyən Birinci vitse-prezident 2011-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, Azərbaycanın həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olduğunu, 2008-ci ildə Bakı şəhərində Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünün təşkil olunduğunu, bu təşəbbüsə "Bakı Prosesi" adının verildiyini bildirdi. Vurğuladı ki, "Bakı Prosesi" xalqlar və millətlər arasında səmərəli dialoq qurmağa xidmət edir.

İtaliya-Azərbaycan münasibətlərindən danışan Mehriban Əliyeva bildirdi ki, əlaqələrimiz strateji tərəfdaşlıq əsasında inkişaf edir, həm siyasi, həm də iqtisadi sahədə uğurlu əməkdaşlıq qurulub. Bu gün Azərbaycanda çox sağlam investisiya mühitinin mövcudluğunu bildirən Birinci vitse-prezident İtaliyanın iş adamlarını ölkəmizə dəvət etdi.

Humanitar sahədəki əlaqələrə xüsusi toxunan Birinci vitse-prezident son illər Azərbaycandan İtaliyaya təhsil almaq üçün gedən tələbələrin sayının artdığını xoş hal kimi dəyərləndirdi. Həm Azərbaycanda, həm də İtaliyada qarşılıqlı mədəniyyət günlərinin keçirildiyini, müxtəlif sərgilərin, konsertlərin, görüşlərin baş tutduğunu söylədi. "Mən qeyd etmək istəyirəm ki, Romanın məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan abidə Azərbaycan xalqı tərəfindən çox böyük hörmətlə qarşılanır və çox yüksək qiymətləndirilir", - deyən Mehriban Əliyeva bu sahədə gələcəkdə də əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanın Birinci vitse-prezidenti "Milan Ekspo" sərgisində Azərbaycan pavilyonunun ən çox ziyarət edilən pavilyonlardan biri olduğunu qeyd edərək bildirdi ki, ölkəmiz "Ekspo-2025" Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakı şəhərinin namizədliyini irəli sürüb. "Bizim bu sahədə böyük təcrübəmiz var. Bakıda, paytaxtımızda dəfələrlə böyük beynəlxalq tədbirlər keçirilib və ümidvaram ki, əgər bizim namizədliyimiz qalib gəlsə, biz gözəl bir beynəlxalq tədbir keçirməyə nail olacağıq", - deyən Mehriban Əliyeva İtaliyanın bu sahədəki təcrübəsinin əhəmiyyətini də vurğuladı.

İtaliyanın iqtisadiyyat və maliyyə naziri Covanni TRİAN ziyafətdə çıxışında maddi və mədəni zənginliyə malik Odlar Yurdu Azərbaycanın böyük təbii ehtiyatlarının olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan bu təbii ehtiyatlardan səmərəli istifadə edərək ölkənin sürətli inkişafına nail ola bilib və dünya iqtisadiyyatında mühüm rol oynayır.

Bu gün Azərbaycanda təhsilə, elmə böyük diqqətin ayrıldığını bildirən nazir cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin əhəmiyyətinə toxundu. O, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bu uğurların əsasında Azərbaycan rəhbərliyinin insan kapitalına böyük diqqət yetirdiyinin durduğunu dedi. Nazir "Ekspo-2025"ə Bakının namizədlik üçün seçdiyi mövzunun "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" olduğunu xatırladaraq onun əhəmiyyətini vurğuladı.

Azərbaycan-İtaliya əlaqələrindən bəhs edən Covanni Trian 2017-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu bildirdi və bu gün ölkələrimiz arasında əlaqələrin genişləndiyini məmnunluqla vurğuladı. O qeyd etdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda çox mühüm ölkədir. Asiya ilə Avropa arasında körpü rolunu oynayan Azərbaycan sabitlik məkanıdır, qədim İpək Yolunun mərkəzindədir.

Nazir bildirdi ki, bu gün Azərbaycan zəngin mədəniyyətinə, qədim adət-ənənələrinə əsaslanaraq yeni təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər mədəniyyətlər və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edir.

Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışan nazir bunlara görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi. O, Azərbaycan ilə İtaliya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın genişləndirildiyini bildirdi, Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğuladı. "Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm addımlar atır. Bizim strateji tərəfdaşlığımız ticari əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Biz sənaye sahələrinə qarşılıqlı sərmayələr yatırırıq, biz birgə çalışırıq", - deyə nazir Covanni Trian vurğuladı.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirildi.

Ziyafət Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı ilə davam etdirildi.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi maraqla qarşılandı.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilir. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunur.

Sərgidə Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də nümayiş etdirilir.

Nyus.Az













Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az