• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
25-09-2018, 09:09

Putin bu gün Bakıya gəlir - danışıqlarda 3 kritik mövzu

Putin bu gün Bakıya gəlir - danışıqlarda 3 kritik mövzu

Kreml başçısı Azərbaycana “hədiyyə” ilə gəlir? Moskvanın İrəvana Bakıdan verəcəyi əsas Qarabağ mesajı; “Putinlə birlikdə Azərbaycana Rusiya biznesi də gəlir...”
Bu gün - sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük səfəri başlayır. Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. Xatırladaq ki, sonuncu dəfə iki lider bu ilin sentyabrında Soçidə görüşüb.

V.Putinin Bakıdan İrəvana gedəcəyi barədə məlumatlar yayılsa da, hələ ki xəbər rəsmi təsdiqini tapmayıb. Həftə ortası isə liderlər Düşənbədə MDB-nin növbəti sammiti çərçivəsində yenidən bir araya gələcəklər. Ermənistanın baş naziri Nikol Paşinyanın da Düşənbə sammitinə qatılacağı gözlənilir.

Bu xüsusda Kreml başçısının Düşənbədə Azərbaycan və Ermənistan rəhbərlərinin ilk görüşünün reallaşması üçün moderatorluq edib-etməyəcəyi hələlik məlum deyil. Belə bir görüşün təşkili şübhəsiz ki, konfliktin həllində Moskvanın ciddi irəliləyişin əldə edilməsinə nə dərəcədə maraq göstərməsindən asılı olacaq.

Gerçək belədir ki, Ermənistanda hakimiyyətin inqilabi yolla dəyişməsindən sonra konflikt zonasında müharibə riski xeyli artıb. Bu, Moskvanı narahat etməyə bilməz. Çünki atəşkəsin genişmiqyaslı pozuntusu Kremlin regiondakı orta və uzunmüddətli maraqlarına, o sırada təhlükəsizlik maraqlarına ziddir. Yeni müharibə Türkiyə ilə dinamik inkişafda olan əlaqələrə də ciddi təhlükə yarada bilər. Bu və digər səbəbdən Moskvanın artıq həlli yetişən Qarabağ ixtilafı ilə bağlı diplomatik həmləsi üçün vaxtın çatdığını söyləmək mümkündür.

*****

Müşahidəçilərə görə, İlham Əliyevlə Vladimir Putin arasında Bakı danışıqlarında əsas mövzulardan biri məhz Dağlıq Qarabağla bağlı olacaq - bir növ, saat əqrəbləri bu dəfə Bakıda tutuşdurulacaq. Yada salaq ki, Soçidə İlham Əliyevlə görüşdən bir həftə sonra - sentyabrın 8-də Putin Paşinyanla da bir araya da gəlib. Həmin görüşdə də Qarabağ mövzusunun diqqət mərkəzində olduğu sirr deyil.

Doğrudur, Soçi görüşündən sonra Ermənistanın baş naziri sülh prosesinə zərbə vuran, müharibə ehtimalını artıran təxribatçı bəyanatlarını davam etdirib. Üstəlik, aqressiv bəyanatları o, işğal altındakı Qarabağdan səsləndirib. Bu isə sülh danışıqlarının aqibətinin bir az da qəlizə salınması deməkdir.

Bütövlükdə ekspert cameəsi Nikol Paşinyanın hərəkətlərini proqnozlaşdırmağın çətin olduğu qənaətindədirlər. Belə ki, Paşinyan sözdə Rusiya ilə müttəfiq olduğunu desə də, daim Qərbə sarı boylanır, Qərbdə dəstək axtarır. Yəni onun Moskvaya qarşı səmimi olmadığı rəyi yaranır. Ermənistanla belə anlaşılmaz münasibətlər fonunda isə Rusiya-Azərbaycan əlaqələri dərinləşməkdədir. Bunun bir təzahürü də Soçidə Putinin düz bir saat İlham Əliyevlə protokoldankənar söhbət eləməsi sayıla bilər.

Bir çox analitiklər hesab edirlər ki, Putin həmin görüşdə Əliyevə mühüm təklif edib. Söhbət Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara mümkün üzvlüyündən gedə bilərdi. Lakin rəsmi Bakının konkret olaraq, “Rus NATO-su” sayılan KTMT-yə üzvlüyü əvəzində əsas şərti bəllidir - öncə Qarabağ, torpaqlar.

Söhbət ən azından, Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qeyd-şərtsiz işğaldan azad edilməsindən gedir. Əks halda, təcavüzkar Ermənistanla, təcavüzə məruz qalan Azərbaycanın heç nə olmayıbmış kimi eyni hərbi blokda təmsilçiliyi qeyri-mümkündür. Bunu Putin də yaxşı bilir. Gözlənilir ki, Bakı görüşü və liderlərin bu görüş çərçivəsində verəcəkləri bəyanatlar məsələyə müəyyən dərəcədə aydınlıq gətirəcək.

*****

Putinin cavab xarakteri daşıyan Azərbaycan səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası Forumun keçirildiyi günlərə təsadüf edəcək ki, bu da iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq. Virtualaz.org-un xəbərinə görə, rusiyalı jurnalist Andrey Şapoşnikov “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetdə bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb: “Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib.

İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əlaqədədir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. İndi isə Xəzərdə əməkdaşlıq iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biridir. Bakıya Putinlə birlikdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini gətirir. Azərbaycanda artıq ”KamAZ", “QAZ”, “LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir".

Maksim Oreşkin

Bundan əlavə, sirr deyil ki, son illər ərzində Azərbaycan Rusiyadan xeyli həcmdə müasir silahlar alıb və bununla da Moskvanın mühüm hərbi tərəfdaşına çevrilib. Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda nümayiş etdirilən silah və hərbi texnikanın böyük hissəsi Rusiya istehsallı idi. Maraqlıdır ki, Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş “ADEX-2018" sərgisi keçiriləcək. Burada da Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək. Böyük ehtimalla, Bakı danışıqları zamanı üçüncü kritik mövzu kimi hərb-texniki sahədə ikitərəfli əməkdaşlığı dərinləşdirmək yönündə də müzakirələr aparılacaq.

Bir sözlə, iki dövlət arasında istifadə olunmamış qalan əməkdaşlıq sferaları getdikcə azalır. Bəzi məlumatlara görə, az öncə Rusiyada saxlanılan separatçı Fəxrəddin Abbaszadənin səfər ərəfəsi və ya səfər günlərində Bakıya təhvil verilməsi bunun növbəti bariz təsdiqi ola bilər. Yəni Moskva Bakıya belə bir “hədiyyə” də edə bilər.

Ermənistan-Rusiya münasibətlərində isə əksinə, gərginlik artmaqdadır. Putinin budəfəki Azərbaycan səfərinin bir mühüm özəlliyi də onun İrəvan-Moskva əlaqələrinin ən aşağı səviyyəyə düşdüyü dövrə təsadüf eləməsidir. Başqa sözlə, onun Bakı ziyarəti hər şeydən öncə gizli qərbyönlü Paşinyan hökumətinə veriləcək açıq mesaj, siyasi güc nümayişi olacaq - özü də Bakıdan...

“Yeni Müsavat”ın analitik xidməti

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az