• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-09-2018, 07:52

Bu hamilə qadınlar ölümlə ÜZ-ÜZƏDİR - Baş mama-ginekoloqdan VACİB XƏBƏRDARLIQ

Bu hamilə qadınlar ölümlə ÜZ-ÜZƏDİR - Baş mama-ginekoloqdan VACİB XƏBƏRDARLIQ

Bu ilin 8 ayı ərzində 76020 hamilə qadın qeydiyyata götürülüb. Onlardan, 39701 (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27834 (37 %) təşkil edib. Qadın məsləhətxalardan alınan məlumata əsasən, Respublikada ümumi doğuşların sayı 71477 olub. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 8 ayı üzrə ümumi doğuşların sayı 89202 olub. Doğuşların sayında olan uyğunsuzluq 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.

Səhiyyə Nazirliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmlərindəki uyğunsuzluq ilk dəfədir açıqlanır. Çünki bu ilin yanvar ayından ilk dəfə olaraq hamiləliyin registri tam fəaliyyət göstərir. Çünki əvvəllər Səhiyyə Nazirliyi tərəfindən yalnız doğuşların statistikası aparılırdı, indi isə həmin hamilələrin hansı mərhələlərdə mürciət etməsi ilə bağlı registr aparılır. Bu baxımdan hamilə qadınların həkimə müraciəti ilə bağlı əvvəlki illərlə müqayisə aparmaq imkanımız yoxdur. Lakin 18 min hamilə qadın arasında hələ də, hamiləliyini sona çatdırmayanaların olması da bir gerçəklikdir. Nyus.Az bildirir ki, bu baxımdan hazırda hamilə olan və bir dəfə də olsun həkimə müraciət etməyən qadınları hansı təhlükələrin gözləməsi ilə bağlı publika.az-a Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova danışıb.

Baş mama-ginekoloq bildirib ki, bu il 18 min qadın nəinki məsləhətxanalara müraciət etməyib, hamiləlik müddətində bir dəfə də olsun həkim-ginekoloq müayinəsində olmayıblar. Onun sözlərinə görə, həmin qadınların 50 faizi risk qrupuna daxildir.

S.Məmmədova vurğulayıb ki, hamiləlik müddətində qadınların müayinədən kənarda qalması onların və övladlarının həyatını risk altına atır:

"Qadın hamilə vaxtı həkimə müraciət etmirsə, demək onun bədənində olan və hamiləlik müddəti baş verən dəyişikliklər-preeklampsiya, eklampsiya, təzyiq, qanın laxtalanması və s. kimi vəziyyətlər barədə məlumat olmur. Bu hallar isə ana və uşaq ölümlərinin sayının artması ilə nəticələnir. Hamilə qadın vaxtında qeydiyyata düşürsə, ginekoloq onun həm əvvəlki, həm də hamiləlik vaxtı yaranan problemlərini bilir, aidiyyəti üzrə həkimə yönləndirir. Qadın son anda, doğuş prosesi başlayanda həkimə müraciət edirsə, bu zaman həkim ilk növbədə doğuşu başa çatdırmağa çalışır. Bu zaman qadının əlavə xəstəlikləri varsa və hamiləlik vaxtı onlar yoxlanmayıbsa, həkimin işi çətinləşir. Həkim bilmir qadını müayinə etsin, yoxsa doğuşu başa çatdırsın. Qadının ürəyində qüsur varsa, ona doğuşa icazə verilməməlidir. Bundan başqa, hamilik vaxtı daim təzyiq yüksək olubsa, doğuş vaxtı bir az da yüksəlir nəticədə kəllədaxili qansızma, gözdibinə qansızma baş verə, insult, infarkt keçirə, komaya düşə bilər. Bu zaman isə xəstə yaxınları həkimləri ittiham edir. Builki ana ölümlərində qarşılaşdığımız problemlərdən biri qanın laxtalanmasını təmin edən trombositlərin normadan aşağı olmasıdır. Anadangəlmə bu problemi olan qadının doğuşuna qarşı əvvəldən hazırlıq görülməli, qan təminatı aparılmalıdır. Bu zaman əvvəldən trombositar kütlə sifariş edilir. Bir kütlənin hazırlanması üçün 3-4 kişinin qanı lazımdır və kütlə azı bir günə hazır olur. Bu kütlə isə yalnız B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda hazırlanır. Həkim bu xəstəlikdən xəbərsiz olanda ona qarşı tədbir görə bilmir, nəticədə qadın qanaxmadan dünyasını dəyişir. Bundan başqa bəzi qadınlarda hamiləliyin 21-ci həftəsində preeklampsiya yaranır. Bu zaman bədən bütün gücü ilə hamiləliyi sonlandırmağa çalışır. Gah təzyiq yüksəlir, gah böyrəklərin funksiyası pozulur, əl-ayaq şişir, gah da zülalı sidiklə kənara atır. Bu fəsadları aradan qaldırmağın yeganə yolu hamiləliyi sonlandırmaqdır. Preeklampsiya vaxtı təzyiq yüksələndə trombositlər partlayır və səviyyəsi aşağı düşür, qadınlar qanitirmədən ölür. Əminliklə deyirəm ki, bu il ərzində hamiləlik vaxtı həkimə müraciət etməyən qadınların 50 faizi risk qrupuna daxildir. Yəni 9 min qadın belə fəsadlaşmalarla üzləşə bilər ki, bu da ölümlə nəticələnər. Ona görə də qadınlara səslənirik ki, həkimə müraciət edin".

S.Məmmədova bildirib ki, çox zaman qadınlar yalnız ilk 3 ay ərzində müraciət edir. Bu müayinələrlə uşağın inkişafını, daun riskini və cinsiyyətini öyrənir, bir də doğuş vaxtı həkim yanına gəlir.

"Lakin onlar bilməlidir ki, preeklampsiya 20-21-ci həftədən başlayır. Bəzən həkim preeklampsiya ilə bağlı xəbərdarlıq etsə də, xəstə yaxınları buna əhəmiyyət vermir. Onlar yaxınlarının həyatını riskə atır, bir də həkim qəbuluna getmirlər".

S.Məmmədova hesab edir ki, hamilik vaxtı həkimə müraciət edilməməsi həkimlərə olan inamsızlıq yox, məhz maariflənmənin aşağı olması ilə bağlıdır.

"Bu il 90 min doğuş olub, onlardan 14 nəfəri ölüb. Doğuşların 30 mindən çoxu risk qrupuna daxil olan hamilələrdir. Bu il uşaq dünyaya gətirən 480 hamilə qadın isə ölümə məhkum olunmuşdu. Onlardan 191-i Respublika Klinik Xəstəxanasında, 232-si Respublika Perinatal Mərkəzdə, 57-si Ginekologiya İnstitutunda sözün həqiqi mənasında ölümdən xilas etmişik. Amma onların heç biri mətbuata çıxaraq bu barədə danışmayıb, təəssüf ki, ancaq neqativ məlumatlar yayılır", - deyə o, qeyd edib.

Baş mama ginekoloq səhiyyə naziri Oqtay Şirəliyevin hamilələrin həkim müayinəsindən kənarda qalması hallarının aradan qaldırılması ilə bağlı xəstəxanalara 4 ay müddət verdiyini bildirib:

"Həkim müayinəsində kənarda qalan qadınların regionlar üzrə nəticələri hazırdır. Lakin biz həmin nəticələri açıqlamırıq. Cənab nazir həmin regionlara ilin sonuna qədər çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verib. Onlar bu vaxtdan yararlanıb, işlərini qaydaya salacaqlar. Artıq sonuncu kollegiyadan sonra bütün regionların baş mama-ginekoloqları bu problemin aradan qaldırılması istiqamətində gərgin işləyir. Düzdür, nazir fəaliyyətimizi qənaətbəxş hesab etdi. Lakin ilin sonunda rəqəmlərin daha yaxşı olması üçün çalışırıq".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az