• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
31-08-2018, 08:49

Qlobal taxıl böhranı gözlənilir: Dünya çörəklə imtahana çəkiləcək, bəs biz?

Qlobal taxıl böhranı gözlənilir: Dünya çörəklə imtahana çəkiləcək, bəs biz?

İş adamı Mürvət Həsənli bu böhranın Azərbaycana ciddi sirayət edəcəyini düşünmür
Dünyanın ən böyük taxıl ixracatçılarının buğda ehtiyatları xeyli azalıb. Yay aylarının isti və quraq keçməsi bu ehtiyatların 2007/2008-ci il səviyyələrinə düşməsinə yol açıb.

“Yeni Müsavat” xəbər verir ki, Beynəlxalq Taxıl Şurasının yaydığı statistik məlumatlardan belə aydın olur.

Bildirildiyinə görə, 11 il əvvəl yaşanan taxıl qıtlığı Afrika və Asiyada ərzaq böhranına və genişmiqyaslı üsyanlara yol açmışdı. Analitiklər qiymətlərin o dövrdəki qədər yüksək olmamasını rahatladıcı faktor hesab etsələr də, ehtiyatların azalmasını böhran siqnalı kimi qəbul edirlər.

Beynəlxalq Taxıl Şurasının məlumatlarına görə, 2018-19-cu il biçim mövsümündə buğda istehsalında ötən illə müqayisədə 42 milyon ton azalma müşahidə olunub və ümumi ehtiyatlar 716 milyon tona geriləyib.

Taxıl istehsalı ilə yanaşı, ehtiyatlar da azalıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinə görə isə, əslində dünyanın buğda ehtiyatlarında ciddi bir azalma yoxdur. Problem sadəcə ondadır ki, taxıl ehtiyatının təqribən yarısı Çinin əlində cəmləşib və bu da böyük sıxıntılar yarada bilər. Çünki Çinin öz taxıl ehtiyatlarını bazara çıxarması gözlənilmir.

Hesabatda bildirilir ki, dünyadakı taxılın 16%-ni istehlak edən Çin yeni mövsümə dünya ehtiyatının 46%-i ilə qədəm qoyub. 2018/19-cu il mövsümünün sonunda isə bu payın 50%-i aşacağı proqnozlaşdırılır. Bu isə Çinin taxıl ehtiyatının 5 il əvvələ görə 135 faiz artdığı mənasına gəlir.

Mütəxəssislər mövsümün sonunda ən böyük 8 istehsalçının əlində dünya ehtiyatlarının 20%-i qədər, yəni dünyanın buğda tələbatını yalnız 26 gün qarşılayacaq ehtiyat qalacağını təxmin edirlər. 10 il əvvəl isə həmin ölkələr cəmi ehtiyatın 30 faizinə sahib idilər.

Sual oluna bilər: Gözlənilən qlobal taxıl böhranından Azərbaycan nə qədər təsirlənə bilər?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iş adamı Mürvət Həsənli bu böhranın Azərbaycana ciddi sirayət edəcəyini düşünmür. Onun fikrincə, hər il Azərbaycanda 3 milyon ton cıvarında taxıl istehsal olunur: “Bunun yarısından çoxu isə buğdanın payına düşür. Ölkənin taxıl tələbatının 70-80 faizi daxili istehsal hesabına ödənilir”.

Dövlət Statistika Komitəsinin bu ilki hesabatları da iş adamının fikirlərini təsdiqləyir. Hesabata görə, 2018-ci biçin mövsümündə toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

Mürvət Həsənli taxıl ehtiyatlarımızın tələbatımızı ödəyəcək şəkildə tutulmasını Azərbaycan hakimiyyətinin şüurlu şəkildə yürütdüyü siyasətin nəticəsi kimi qiymətləndirir: “Məlumdur ki, mərhum Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk dövrlər Azərbaycan ciddi taxıl böhranı yaşayırdı. Heydər Əliyevin beynəlxalq nüfuzu sayəsində ölkəmiz bu böhranı rahatlıqla keçdi. O dövrdən etibarən, Azərbaycanın başlıca strateji hədəflərindən biri Qida Təhlükəsizliyi proqramını yerinə yetirmək oldu. Ölkəmizdə uzunmüddətli taxıl ehtiyatımızı saxlayacaq anbarlar inşa edildi və onlar vaxtaşırı taxılla dolduruldu”.

Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən Mürvət Həsənli ölkə başçısının bir neçə il əvvəl iqtisadiyyatın şaxələnməsi istiqamətində atdığı addımları bunun ən bariz nümunəsi adlandırdı:

“Qeyri-neft sektorunun inkişafında əsasən aqrar sahəyə üstünlük verilməsi bu mənada təsadüfi deyil. Ərzaq təhlükəsizliyi strategiyasını düzgün quran dövlətlər həmişə yenilməz olurlar. II dünya müharibəsi dövründə keçmiş SSRİ-nin hərbi texnikaların inkişafı ilə yanaşı ərzaq proqramını axsatmadan həyata keçirməsi bu strategiyanın nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir. Təsadüfi deyil ki, həmin illərdə əkin-biçinlə məşğul olmaq da müharibədə iştirak etmək qədər vacib sayılır, kənd təsərrüfatı sahəsi ”ikinci cəbhə" adlandırılırdı. SSRİ-nin faşizm üzərində qələbəsində bu ərzaq strategiyasının vacib rolu olmuşdur. Dövlətin bu siyasətini bədii formada ifadə edən Səməd Vurğun yazırdı: “Çörək bol olarsa, basılmaz Vətən”.

İş adamının fikrincə, Azərbaycanın indiki hakimiyyəti də məhz bu dövlətçilik şüurunu dərindən dərk edənlərin əlindədir və ölkəmiz gözlənilən çörək qıtlığından əziyyət çəkməyəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az