• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
31-08-2018, 07:49

Ceyhun Mirzəyevə sui-qəsd hazırlamaq, Şahmar Ələkbərovun son anda ölümdən xilası, Qazan xanın "goplaması", aktyorun döyülməsi...

Ceyhun Mirzəyevə sui-qəsd hazırlamaq, Şahmar Ələkbərovun son anda ölümdən xilası, Qazan xanın "goplaması", aktyorun döyülməsi...

Bəzi aktyorlar deyirlər ki, filmlərin kadrarxası filmin özündən daha maraqlı olur. Əslində, bu fikirdə yetərincə böyük həqiqət var.

Nyus.Az "ölkə.az"-a istinadən Azərbaycan filmlərinin kadrarxasında baş verən hadisələrlə bağlı yazının ikinci hissəsini təqdim edir.

1970-ci ildə Həsən Seyidbəylinin lentə aldığı "O qızı tapın" filmində Ramiz Məlik gözündən xəsarət alıbmış. Sənətkar 48 il öncə baş verənləri belə xatırlayır:

"Ziyanın döyülməsi səhnəsində mənə vurulan zərbə həqiqi idi. Zərbədən sonra gözümün altı qızardı. Rəhmətlik Həsən Seyidbəyli də düşdü zərbəni vuran adamın üstünə. Dedi ki, ay heyvan, sən bir səhnədə çəkilirsən, Ramizin səhnələri hələ qabaqdadır. Əminənin paltarlarını götürəndə üç nəfər mənim üstümə gəlmişdi. Həmin epizodda onun başına elə bir yumruq vurdum ki, yerə sərildi. O da mənə yaxınlaşıb deyir ki, qalsın qulluğunda. Tutulub zirzəmiyə salındığım epizodda məni vuran AzTV-nin mərhum rejissoru Arif Mədətov idi. Allah ona rəhmət eləsin".

1974-cü ildə çəkilən "Qatır Məmməd" filmində isə Kamil adlı inzibatçı gözünün birini itirir. Əfsanəvi kinoaktyor, xalq artisti Rasim Balayev 44 il öncə baş vermiş hadisəni ilk dəfə danışır:

"Restoranda atışma səhnəmiz üçün kinostudiyada pavilyon qurulmuşdu. Orada gilizləri barıtla doldururlar, bəzən barıtı çox qoyanda silahın lüləsindən od da çıxır, sonra giliz də parçalanır. İndi danışacağım hadisədən sonra silahla çəkildiyim epizodlarda çox diqqətli olurdum. Atışma səhnəsi başladı, inzibatçı da kənarda dayanıb. Kiminsə atdığından gilizdən bir dənə tilişkə çıxıb düz Kamilin bəbəyinə sancıldı. Kamil qışqırdı ki, ay gözüm çıxdı. Tez onu göz institutuna apardılar. Məlum oldu ki, bəbəyi ciddi zədələnib. Həkimlər qərara gəldilər ki, göz çıxarılsın. Çıxarılmasa digər gözü də zədələnə bilərdi. Sonra Kamilin bir gözünü çıxarıb yerinə şüşə "göz" qoydular. Bəlkə də o hadisə bu gün olsaydı, müalicə etmək olardı. Otuz il əvvəl adamın ürəyi tuturdu, öldürdü. İndi aparıb ürəyə stend qoyurlar, damarları dəyişirlər, adam yaşayır.

"Dədə qorqud" filmində Qaraca çobanla Qıpçaq Məlikin adamlarının döyüş səhnəsi zamanı isə bir neçə qoyun tələf olubmuş:

"Orada Elçin Məmmədovun atdığı daşlar butafordu. Amma bəzən atdığı qoyunlar yerə uğursuz şəkildə düşürdü, boyunları qırılırdı, yaralanırdı. Elə olanda tez başını kəsirdilər ki, haram olmasın".

Rasim Balayev Qazan xan rolunu oynayan tacik aktyor Həşim Qadoyevin paxırının üstünü də yarızarafat açır:

"Filmdə Qazan xanı oynayan tacik aktyor Həşim Qadoyev gop eləmişdi ki, guya öküzü özü yerə yıxıb. Amma o öküzün başından yapışırdı, arxadan 4-5 beş nəfər öküzü dartıb yerə yıxırdı. Sadəcə, kadrı elə götürürdülər ki, hiss olunmasın".

Elə həmin filmin çəkilişi zamanı R.Balayevin ehtiyatlı davranışı onun üzündən ağır xəsarət almasını əngəlləyir. Amma əvəzində rekvizit sexinə rəhbərlik edən şəxs ağır zədələnir:

"Beyrək Banuçiçəyə ceyran gətirir ha. Mən ceyranı hər tutanda gözündən yaş gəlirdi, elə bilirdi ki, kəsəcəklər. Ceyranın buynuzu təzə çıxıb, təxminən 10-15 santimetr olar. Hər dəfə ceyranı tutub yerə yıxanda tullanır. Görürdüm ki, bu elə gəlir ki, buynuzu gözümə girə bilər. Sanki üzümə tullanırdı. Rejissor da hiss edir ki, ehtiyatlanıram, kənardan qışqırır ki, ala, qorxma. Rekvizit işinə baxan cuhud kişi vardı. Dedi ki, ay Rasim müəllim, ceyrandan da qorxarlar? Guya mənə ceyranı tutmağı öyrədirdi. Ceyran necə tullandısa, kişinin burnu iki yerə ayrıldı, təcili tibbi yardım maşınıyla birtəhər xəstəxanaya çatdırdılar. Sonra yanımdakılara, məni qınayanlara dedim ki, gördünüz? Yazıq ceyran elə bilir ki, onu öldürmək istəyirlər. Ona görə də özünü hara gəldi çırpır, xilas olmaq istəyir. Bu hadisəni də heç yerdə, heç kimə danışmamışam".

Mərhum aktyor-rejissor Ceyhun Mirzəyevə isə "Fəryad" filminin çəkilişi üçün nəzərdə tutulmuş ərazidə sui-qəsd hazırlanıbmış. Çəkiliş prosesində iştirak etmiş şəxslərin dediyinə görə, bir gün öncədən Ceyhun Mirzəyevin (İsmayılın) meşəylə qaçacağı əraziyə baxış keçirilir, mizanlar qurulur. Hətta kameraların harada quraşdırılacağı və digər texniki məsələlər həll edilir. Çəkiliş başlamazdan öncə Ceyhun Mirzəyev bir daha əraziyə baxır ki, çəkiliş zamanı başqa problem yaranmasın. Məlum olur ki, kimsə meşə zolağının Mirzəyevin qaçmalı olduğu hissəsində bu ağacdan digər ağaca poladdan olan nazik məftil bağlayıb. Ən dəhşətlisi budur ki, məftil bağlanarkən aktyorun boy ölçüsü də nəzərə alınıb. Kinoşünas Aydın Kazımzadənin dedikləri:

"Həmin məftil Ceyhun Mirzəyevin boğazını kəsməyə hesablanaraq bağlanmışdı. Bu, açıq-aşkar-sui qəsd idi. Əgər əraziyə baxış keçirilməsəydi, çox güman ki, Ceyhun Mirzəyev çəkiliş meydançasında həyatını itirəcəkdi".

Şahmar Ələkbərov isə "Babək" filminin lap əvvəlində, özü də məhz Rasim Balayevin əliylə həyatını itirə bilərmiş:

""Babək" filminin əvvəlində Babəklə Cavidan Cavidanın evində məşq edə-edə söhbətləşirlər. Həmin səhnədə necə qılınc oynatmalı olduğumuzu bizə əməkdar məşqçi (sonradan Qılıncoynatma Federasiyasının vitse-prezidenti oldu-red.) Yaşar Məmmədov öyrədirdi. Həmin məşqdə az qaldı ki, qılıncı Şahmar Ələkbərovun başına vurum. Müdafiə olunmaq yadından çıxdı, qılıncı gətirdim başına bir-iki santimetr qalmış zorla saxladım. Özü də həmin qılıncın çəkisi dörd kiloqram yarımdır. Əgər qılınc başına dəysəydi, çətin ki sağ qalardı. Həmin qılınc indi mənim evimdədir. Təsəvvür edin ki, məşq prosesində əlim qabar olmuşdu. İndi düşünürəm ki, onda mən bu qılıncı necə oynatmışam".

Ənvər Əblucun 1984-cü ildə çəkdiyi "Qara gölün cəngavərləri" filmində isə Ramiz Məliki aldadaraq, düz 11 dubl artıq çəkdiriblər:

"Filmdə inqilabdan əvvəlki rus zabitini oynayıram. Gəlib qəhrəmanın evində axtarşı aparıram ki, göürm gizli bolşevik qəztləri varmı. Mənə bir qəzet verir və onu arvadının üstünə çırpıram. Bu götürür məni sandığın üstünə çırpır. Orada sandığın içinə girirəm və sonra çıxıb tapançanı çıxarıram ki, səni öldürürəm. Bu epizodu on üç dubl çəkdilər. Axırda gördüm ki, kamera işləmir, bunlar dubl çəkirlər. Dayandım, dedim çəkilmirəm. Bunlar başladılar gülməyə. Dedilər ki, onsuz da ikinci dublu götürmüşük. Dedim, siz adamsız? Baxın görün mənim əllərim, qollarım qan içindədir. Çünki əlimə nə qədər mismar, dəmir batmışdı".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az