• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-08-2018, 11:52

Bayıl yamacında son durum: əhali qazın bərpasının istəyir

Bayıl yamacında son durum: əhali qazın bərpasının istəyir

Sakin: “Bu qədər camaata artıq 3 aydır ki, kirayə pulu ödənilmir”

Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakinlər yenidən çətin durumda qalıblar. Onlar bildiriblər ki, hazırda əksər sakinlərin kirayə pulu verilmir, evlərində isə kommunal xətlər olmadığı üçün yaşamaqda çətinlik çəkirlər.

Məlumat üçün öncə xatırladaq ki, bu ilin qış aylarında Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında aktivlik müşahidə olunmuşdu. Nəticədə orada da 4 ev dağılıb, 2-si isə zərər görmüşdü. Ona görə də müvafiq qurumların iştirakı ilə bu ərazidə bütün kommunal xidmətlərin verilişi dayandırılıb, əhali isə 11 aylıq müddətə kirayə pulu verilməklə, köçürülmüşdü. Onların bir qismi verilən kirayə pulu ilə razılaşmadığı üçün evlərində yaşamaqda davam edirdilər.

“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda əhalinin böyük əksəriyyəti öz mənzillərinə qayıdıb. Sürüşmə sahəsində heç bir aktivlik müşahidə olunmasa da, əhalinin taleyi ilə bağlı konkret qərar verilmir və vəziyyət günbəgün ağırlaşır.

Sakin Elməddin Muradlı qəzetimizə bildirdi ki, hazırda yalnız 3-4 ailə kirayə mənzildə yaşayır: “Digər ailələrin hamısı qayıdıb, öz evlərində yaşamağa davam edirlər. Çünki bir qədər qeyri-ciddi münasibətlər ortaya çıxdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər dəfə rəy verir ki, ərazidə heç bir təhlükə yoxdur və vəziyyət stabildir. Ona görə də insanlar da haqlı olaraq bildirirlər ki, vəziyyət bu cürdürsə bizim qazımızı, suyumuzu verin. İnsanlar nə zaman səslərini qaldırırsa, müxtəlif qurumların adından 3 nəfər nümayəndə gəlib, metrəni əllərinə alıb, ölçü işinə başlayırlar. Bizə də deyirlər ki, sentyabr ayında köçəcəksiniz. Beləcə, camaatı sakitləşdirirlər, bir müddət sonra yenə əhali ayağa qalxanda, gəlib başqa bir söz deyirlər. Bu günlərdə gəlib, məhəllənin bir hissəsinin qaz xətlərini qoşublar. Təsəvvür edin ki, gəlib, sürüşmə zonasına yaxın olan məhəllədə qaz xətlərini qoşduqları halda, aşağı məhəllələr qazsız qalıb. Camaat da deyir ki, bizim evlər sürüşmə zonasından daha uzaqdadır. Qazın verilişini bərpa edirsinizsə, bizi niyə kənarda saxlamısız?

Biz demirik ki, gedib kiminsə qazını kəsin. Deməyimiz odur ki, əgər qazın verilişi bütün məhəllələrdə bərpa olunsun. Bu günlərdə də məlumat yayıblar ki, köçürülmə işi Səbayel Rayon İcra Hakimiyyətinin bir ideyası idi və baş tutmadı, qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Camaat da bunu eşidir, narahat olur və gedib icra hakimiyyətinə etiraz edirlər ki, köçürmə yoxdursa, imkan verin öz evlərimizə qayıdaq. İndi yay ayları olduğu üçün camaat birtəhər yaşayır. Qışda vəziyyət necə olacaq? Yeməyi qaz balonu vasitəsilə bişiririk. O da hər 20 gündən bir boşalır, 20 manat verib, doldururuq. Yaxşı, bunun hamamı, başqa istilik sistemi olmalıdır. Onu necə edəcəyik? Kirayə pullarının da 70 faizini kəsiblər. İcra hakimiyyətinin, MİS-in adamları qapı-qapı gəzib, baxırlar ki, kim öz evində yaşayır. Sıyahı hazırlayırlar və icra hakimiyyətinin qərarı ilə kirayə pulunu kəsirlər. İnsanlar da deyirlər ki, qazımızı, suyumuzu kəsmisiniz. Hamısını pulla alırıq. Bəs bunların pulu necə olsun? İkincisi də əhalini köçürən zaman əksəriyyətin mebelləri sınıb, yararsız hala düşüb. İnsanlar xeyli maddi zərər görüblər. Bu pulları kim ödəyəcək? İndi 200-250 manat kirayə pulu verirdilər, onu da MİS-lə Səbayel Rayon İcra Hakimiyyəti birləşib, kəsiblər. Hazırda 10-dan artıq ailə kirayə pulu ala bilir. Baş nazirin imzaladığı qərarı icra hakimiyyəti və yaxud da MİS necə dayandıra bilər? Bu pulu ilin axırına kimi verməlidirlər. Bununla bağlı baş nazirin imzalı sərəncamı var. Ancaq bu sərəncamı heçə sayırlar və bu boyda camaata artıq 3 aydır ki, kirayə pulu ödənilmir. Bizə heç kirayə pulu da lazım deyil. Kommunal xətlərimizi bərpa etsinlər, öz evimizdə normal şəkildə yaşayaq”.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az