• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
29-08-2018, 08:53

Qubad İbadoğlu: “Hökumətin manatın məzənnəsində dəyişiklik edəcəyini gözləmirəm”

Qubad İbadoğlu: “Hökumətin manatın məzənnəsində dəyişiklik edəcəyini gözləmirəm”

“Rusiyada gedən proseslər Neft Fondunun sərmayələrini ciddi təhlükə qarşısında qoyur”
Azərbaycanın beynəlxalq səviyyədə tanınan, nüfuzlu ABŞ universitetlərində tədrislə məşğul olan iqtisadçı-alimi Qubad İbadoğlu ölkə və region iqtisadiyyatında baş verən proseslərə özünəməxsus yanaşması ilə seçilir. Bu səbəbdən onunla söhbətimizdə dünya iqtisadiyyatında baş verən proseslərdən tutmuş, Azərbaycan əhalisinin diqqətində olan iqtisadi hadisələrədək çoxsaylı məsələlərdən bəhs etdik.

- Qubad bəy, ABŞ-ın iqtisadi sahədə son addımlarını, xüsusilə də bütün tərəflərlə, hətta müttəfiqləri ilə də iqtisadi savaşa başlamasını necə qiymətləndirirsiniz? Bu prosesin hansı tərəf üçün mənfi nəticələnə bilər?

- Beynəlxalq Valyuta Fondu ötən ay dünya iqtisadiyyatının inkişaf prespektivlərinə dair növbəti hesabatını açıqlayıb. Proqnoz xarakterli sənəddə göstərilirdi ki, 2018-2019-cu illərdə qlobal iqtisadi artım 3,9 faiz olacaq. ABŞ-da iqtisadi artım 2018-ci ildə 2,9 faiz, 2019-cu ildə isə 2,7 faiz proqnozlaşdırılır. Bu ölkədə işsizlik səviyyəsi son 50 ilin ən aşağı həddinə düşüb. Bu, hesab edirəm ki, Trampın həyata keçirdiyi vergi-tarif siyasətinin nəticəsində əldə olunan göstəricidir. Qeyd etmək lazımdır ki, bütövlükdə digər zonalarda, o cümlədən Avrozonada iqtisadi artım tempi bu il də, gələn il də ABŞ-dan aşağı gözlənilir. Bu baxımdan, ABŞ iqtisadiyyatı son 2 ildə daha sürətlə böyüməyə başlayıb.

ABŞ-ın yeni hakimiyyəti bu şəraitdə dünya iqtisadiyyatı üçün maliyyə şərtlərini ağırlaşdırır və ticarət gərginliyini artıran siyasətə üstünlük verir. Bu da ondan irəli gəlir ki, ABŞ-da iqtisadi artım, işsizliyin aşağı səviyyəsi son nəticədə onun dünya iqtisadiyyatındakı hökmran mövqeyini daha da gücləndirib. Sadəcə olaraq, son vaxtlar bu hökmran mövqedən siyasi təzyiq, təsir vasitəsi kimi daha çox istifadə olunur. Bu, əvvəllər də olub. Lakin əvvəllər bu siyasət bu qədər açıq şəkildə həyata keçirilməyib. ABŞ özünün iqtisadi hökmranlığından istifadə edərək həm Rusiyaya, həm Çinə, həm də İrana qarşı ticari müharibə başladıb, iqtisadi sanksiyalar tətbiq edir. Eyni zamanda, digər ölkələrlə də ticari münasibətlərini yenidən dəyərləndirir. Rusiya iqtisadiyyatı neftdən əldə etdiyi gəlirlər hesabına bu ili artımla başa vuracaq - təxminən 1,7 faiz iqtisadi artım gözlənilir. Gələn il üçün artım tempinin zəifləyəcəyi gözlənilir. Burada Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar da əhəmiyyətli rol oynayır.

Ticari müharibənin təsirlərinə gəlincə, bundan ilk növbədə Çin iqtisadiyyatı daha çox zərər çəkir. Bu ölkədə də iqtisadi artım tempi aşağı düşür. Ötən ili 6,9 faizlik artımla başa vuran Çində bu il 6,6 faiz, gələn il isə 6,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Ticari müharibə Çinin sürətlə böyüməsinin qarşısının alınması üçün həyata keçirilən ssenarinin tərkib hissəsidir. Çinin iqtisadi artım tempini təsəvvür etmək üçün bir müqayisəyə diqqət yetirək: 1992-ci ildə Rusiyanın ÜDM-i Çinin ÜDM-dən 11 faiz çox idi. Hazırda isə Çinin ÜDM-i Rusiyanın ÜDM-dən 35 dəfə çoxdur. Çinin belə sürətlə böyüməsi ABŞ-ı narahat edən əsas tendensiyalardan biridir.

Rusiya və İrana gəlincə, burada siyasi faktorlar daha çox önə çıxır, nəinki iqtisadi faktorlar.

Düşünürəm ki, qısamüddətli dövrdə baş verənlərdən qazanan hələ ki, ABŞ-dır. Orta və uzunmüddətli dövrdə, düşünmürəm ki, proses olduğu kimi qalacaq. Xüsusilə ABŞ üçün itkilər olacaq. Bu ölkədə inflyasiya prosesləri sürətlənir. Qiymətlərin artım tempi sosial problemlərin artmasına, ailə büdcəsinin xərclərinin çoxalmasına gətirib çıxaracaq. Artıq bu fəsadlar ABŞ iqtisadiyyatında özünü büruzə verməkdədir: işsizlik aşağı olsa da, inflyasiya tempi artır.

- Azərbaycanın 3 böyük qonşusunda ABŞ sanksiyaları üzündən ciddi iqtisadi problemlər yaranıb, milli valyutaları dəyərdən düşüb. Bunun Azərbaycana təsirləri olacaqmı? Xüsusilə manata.

- Təbii ki, qonşu ölkələrdə baş verənlər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Çünki qonşu dövlətlər, xüsusilə Rusiya və Türkiyə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarıdır. Bu tərəfdaşlıq xüsusilə idxalda özünü daha çox göstərir. Bu ilin yeddi ayında idxalın 31 faizi Rusiya və Türkiyənin payına düşüb - 16 faiz Rusiya, 15 faiz isə Türkiyə. İdxalın artmasına həmin ölkələrdəki iqtisadi proseslər təkan verir. Belə ki, həmin ölkələrdə qiymətlər valyuta ilə nisbətən aşağıdır. Bu isə ixracatı stimullaşdırır. 2018-ci ilin yanvar-iyun ayları ərzində idxalımız ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz artıb. Bu isə o deməkdir ki, daxildə qazanılan kapital, əlavə dəyər ölkədə qalmır, xarici ölkələrə qaçır. Onun əvəzinə idxal məhsulları əldə edirik.

Son 6 ayda ixracatımızda neft-qaz və neft məhsullarının birlikdə payı 90 faizə çatıb. Əvvəlki dövrlə müqayisədə bu, yüksəkdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatında xarici şoklara həssaslıq getdikcə çoxalır. Xüsusilə İranda, Rusiyada, Türkiyədə milli valyutaların sürətlə dəyərsizləşməsi manata olan təzyiqləri artırıb, idxalı stimullaşdırıb, qeyri-neft məhsullarının ixracat qabiliyyətini aşağı salıb. Yəni ölkəmiz idxaldan, xarici faktorlardan daha çox asılı vəziyyətə düşüb. Bunun da əsas səbəbi bundadır ki, Azərbaycan manatının yalnız və yalnız ödəniş vasitəsi funksiyasından istifadə olunur. Tənzimləmə vasitəsi funksiyasından demək olar ki, istifadə olunmur. Azərbaycan manatının bütün bu təzyiqlərə baxmayaraq sabit saxlanılması, gedən proseslərə adekvat reaksiya verməməsi manatın bir iqtisadi alət olaraq tənzimləmə funksiyasından istifadə olunmamasının nəticəsidir. Manatın məzənnəsinin formalaşması Azərbaycanda mahiyyətini tamamilə itirib. Ona görə də nə dünyada, nə regionda gedən proseslərə reaksiya verilmir. Bu isə manatın nə vaxtsa devalvasiya olunması qorxusunu yaradır. Ən pisi də odur ki, qonşu ölkələrin valyutalarının ayda, yaxud ildə itirdiyini biz bir gündə itirə bilərik.

- Payıza doğru Azərbaycanda dollara tələbatın artacağı deyilir. Sizcə, hökumət manatın bir qədər ucuzlaşmasına gedərmi?

- Avqust ayı üzrə göstəricilər hələ məlum deyil, lakin Dövlət Neft Fondunun açıqladığı məlumatdan aydın olur ki, iyulda daxili bazarda valyuta satışı iyuna nisbətən 22 faiz artıb. Bu artımın avqust-sentyabrda və ondan sonrakı aylarda da davam edəcəyini düşünürəm. İlin sonunadək dollara tələbat daha da artacaq və ilin sonunda - dekabrda pik həddinə çatacaq. Çünki ilin sonunda valyutada olan xarici öhdəliklərin qarşılanması gərəkir. Eyni zamanda idxalın artması da valyutaya tələbatı stimullaşdırır. Amma buna baxmayaraq, hökumətin manatın məzənnəsində dəyişiklik edəcəyini gözləmirəm. Çox təəssüflər olsun ki, artıq biz digər ölkələrdəki kimi iqtisadi amillərlə milli valyutanın dəyərinin dəyişməsi praktikasına malik deyilik. Yəni dünya bazarında, ölkənin daxilində, iqtisadiyyatda baş verənlərə adekvat olaraq milli valyuta dəyərdən düşür, ucuzlaşır, yaxud bahalaşır - bu prosesi biz Azərbaycanda görmürük. Hökumət Azərbaycan manatını belə təsirlərdən qorumaq üçün demək olar ki, fiksə edilmiş sabit kursda saxlayır. Düşünürəm ki, bu, yanlış bir yanaşmçadır, sadəcə olaraq, bir avantüradır. Son nəticədə bu təzyiqlər arta-arta ilin sonunda pik həddə çatacaq. Bayaq qeyd etdiyim kimi, başqa ölkələrin bir ildə itirdiyini Azərbaycan manatı devalvasiya nəticəsində bir gündə itirə bilər. Biz artıq bunun iki dəfə şahidi olmuşuq.

Hesab edirəm ki, ən azı ilin sonunadək hökumət manatın sabit kursunu saxlamağa çalışacaq.

- Azərbaycanda Aİ 95 və 98 benzinləri bahalaşdı. Bu markaları hamı varlıların benzini adlandırır. Amma onların bahalaşmasından sonra kütləvi istifadədə olan Aİ92-nin də bahalaşacağına dair ehtimallar gücləndi. Sizcə, bu benzin də bahalaşa bilərmi?

- 95 və 98 markalı benzinlərin bahalaşması Aİ 92 markalı benzinin, dizel yanacağı və yanacaq-sürtkü materiallarının da bahalaşmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bunun üçün iqtisadi əsaslar da çoxdur. Bunlar arasında 95 və 98 markalı benzinlə 92 marka arasında, 92 marka benzinlə dizel yanacağı arasındakı qiymət fərqi var. Yəqin ki, hökumət də bundan istifadə edərək növbəti qiymət artımlarını əsaslandırmağa çalışacaq. Amma bu, qiymət artımı üçün yeganə əsas olmayacaq. Böyük ehtimalla, oktyabr ayında Bakı Neft Emalı Zavodunun irimiqyaslı təmirə dayandırılması da burada əsas rol oynayacaq. Çünki bunun nəticəsində Aİ 92 markalı benzinin xaricdən idxalına başlanması istisna olunmur. Bu, baş verərsə, qeyd olunan benzinin daxili satış qiymətinin idxal qiymətinə uyğunlaşdırılması lazım gələcək. Bundan əlavə, ölkəyə avtomobil idxalı da sürətlə artır. Belə ki, bu ilin yeddi ayında ödən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gətirilən avtomobillərin sayında 2,6 dəfə artım olub - 4468 avtomobilə qarşı 11700 avtomobil. Hökumət həmçinin digər postsovet ölkələrində qiymətin bizdən yüksək olması arqumentindən də yararlana bilər ki, mən bunu yanlış hesab edirəm. Qiymət ucuz görünə bilər. Amma orta aylıq əmək haqqı ilə alınan benzin miqdarına baxanda Azərbaycan geridə qalır. Məsələn, Almaniyada orta aylıq əmək haqqı ilə 3 min litr, İranda 1840, Rusiyada 1003, Qazaxıstanda 920, Belarusda 679, Gürcüstanda 495, Türkiyədə 485, Azərbaycanda isə 350 litr 98 markalı benzin almaq mümkündür. Bu müqayisə göstərir ki, qiymət səviyyəsi müqayisə üçün əsas olmamalıdır.

- Neft Fondunun 2017-ci il üzrə hesabatından aydın olur ki, qurum keçən il Türkiyə banklarına investisiyasını artırıb. Bunu nə qədər uğurlu investisiya hesab etmək olar?

- Yalnız Neft Fondu deyil, ötən il Dövlət Neft Şirkəti də Türkiyə iqtisadiyyatına qoyuluşlarını artırıb. Bundan ən çox təsirlənən SOCAR olacaq. Çünki bu şirkətin əsas sərmayələri Türkiyədədir - son məlumatlara görə, söhbət 17 milyard dollardan gedir. Hazırda lirənin məzənnəsi tam sabitləşməyib.

Neft Fondunun cəmi investisiya portfelinin 1 faizi Türkiyə lirəsindədir. Hazırda Fondun portfelindəki əsas valyutalardan avro(cəmi vəsaitlərin 35,7 faizi), ingilis funt sterlinqi(5,1 faiz) məzənnəsini itirir. Yeganə dəyərini artıran ABŞ dollarıdır ki, Fondun vəsaitlərinin 47,1 faizi onunla saxlanılır. Rusiyada gedən proseslər də Neft Fondunun investisiya portfelinə təsir göstərir. Fondun Rusiyanın VTB bankında 500 milyon dollar payı var. Eyni zamanda Moskvada 133 milyon dollara ticarət mərkəzi alıb. Rusiyada gedən proseslər Fondun bu sərmayələrini də ciddi təhlükə qarşısında qoyur.

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az