• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
26-08-2018, 09:08

Alicənablıq və səxavətlilik. Bu gün Mehriban Əliyevanın ad günüdür

Alicənablıq və səxavətlilik. Bu gün Mehriban Əliyevanın ad günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ad günüdür.

Mehriban Əliyeva Azərbaycan xalqının səmimi sevgisini və hörmətini qazanmış nüfuzlu dövlət və ictimai xadimdir. Humanizm, mehribanlıq, eyni zamanda iradə, qətiyyət - bu cizgilərin xüsusi birləşməsi rütbəsindən və vəzifəsindən asılı olmayaraq hər kəsin heyranlıq duyduğu, inandığı və sözünü dinlədiyi Birinci vitse-prezidentin şəxsiyyətinin təkrarolunmaz obrazını yaradır.

Güclü xarakter, dəqiq prinsiplər, yüksək nüfuz - bütün bunlar Mehriban Əliyevaya Azərbaycanın Birinci vitse-prezidenti kimi vəzifələrini ən yüksək səviyyədə icra etməyə kömək edir. Mehriban Əliyeva dövlətçiliyimizin möhkəmlənməsi və ölkəmizin çiçəklənməsi naminə çox böyük işlər görür. Onun fəaliyyəti sahəsinə irimiqyaslı sosial layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan reallıqlarının dünyada təbliği, Azərbaycan mədəniyyətinin inkişafı üzrə tədbirlər, ölkə daxilində və xaricində çoxsaylı humanitar aksiyalar və bir çox digər məsələlər daxildir. Birinci vitse-prezident vəzifəsində çalışdığı ilyarım ərzində Mehriban Əliyeva yüksək intellekt və mürəkkəb tapşırıqları həll etmək bacarığı tələb edən nəhəng işlər görüb.

Mehriban Əliyevanın təşkilatçılıq bacarığı həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda tanınıb. Buna nümunə kimi Bakıda "Eurovision" mahnı müsabiqəsinin təşkilini göstərmək olar. Bu, həmin beynəlxalq festivalın tarixində ən yaxşı müsabiqələrdən biri oldu. Eyni uğurla Azərbaycanda tarixdə ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları keçirildi.

Mehriban Əliyeva Azərbaycana qarşı erməni təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verir. Burada Heydər Əliyev Fondunun miqyasına görə misilsiz "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya ictimaiyyətinin erməni işğalçılarının azərbaycanlı dinc sakinlərə qarşı dəhşətli cinayəti barədə məlumatlandırılmasına yönəlmiş və bir çox ölkələrdə keçirilən aksiyalar, sərgilər və digər tədbirləri xüsusilə qeyd etmək lazımdır. Bu kampaniya və onun çərçivəsində keçirilən aksiyalar sayəsində bir çox ölkələr Xocalı soyqırımına hüquqi qiymət verib: 12 ölkə, ABŞ-ın 21 ştatı və bir çox nüfuzlu beynəlxalq təşkilatlar müvafiq sənədlər qəbul edib.

Mehriban Əliyevanın ölkədə sosial sahənin inkişafına töhfəsi və xidmətləri də hüdudsuzdur. Birinci vitse-prezidentin diqqət mərkəzində hər zaman şəhid və Milli Qəhrəman ailələri, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıqlarını itirmiş şəxslərə qayğı dayanır. Xatırladaq ki, Mehriban Əliyevanın tapşırığı ilə 2016-cı il aprel döyüşlərinin qəhrəman hərbçiləri onlara tam olaraq həyata bağlanmağa imkan verən yüksək texnologiyalı protezlərlə təmin olunublar.

Bu ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün əsası bir il əvvəl Birinci vitse-prezidentin iştirakı ilə qoyulmuş "Qobu Park" yaşayış kompleksinin açılışında iştirak ediblər. Avqustun 1-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlilləri və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi mərasimində iştirak etdilər. Son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilib. İlin sonuna qədər isə 4 min məcburi köçkün ailəsi - təqribən 20 min nəfər yeni mənzillərlə təmin olunacaq. Təkcə bu rəqəmlər ölkəmizdə aparılan sosial siyasətin geniş miqyasını çox gözəl təsvir edir.

Mehriban Əliyeva öz şəxsi nümunəsi ilə insanları daha çox yaxşılıq etməyə çağırır. Onun fəaliyyəti əsl bağışlamaq qabiliyyətini, humanizmi və insanlara məhəbbəti təcəssüm etdirir. Təsadüfi deyil ki, məhz Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda dörd dəfə genişmiqyaslı amnistiya elan edilib.

Mehriban Əliyev valideyn himayəsindən məhrum olan uşaqların təlim-tərbiyəsini, onların təhsilini daim diqqətdə saxlayır. Bütün görülən işlər və qayğı nəticəsində artıq Heydər Əliyev Fondu bu uşaqlar, yeniyetmələr üçün bir ailəyə çevrilib.

Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsində fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Mehriban xanım 2002-ci ildə Federasiyaya rəhbərlik etdikdən sonra məhz onun şəxsi töhfəsi və böyük işi sayəsində Azərbaycanda gimnastika öz miqyasına görə inanılmaz inkişaf yolu keçdi. Milli gimnastika məktəbi, demək olar, sıfırdan yaradıldı və bu gün idmançılarımız bu idman növündə böyük uğurlar əldə edirlər.

Mehriban Əliyeva dünyada yeganə insandır ki, eyni vaxtda iki ən iri beynəlxalq humanitar təşkilatın - YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Bu da onun yüksək beynəlxalq nüfuzunun daha bir təsdiqidir. Bu, həmçinin Mehriban Əliyevanın mədəniyyət, təhsil, elmin dəstəklənməsi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı sahəsində fəaliyyətinin əyani şəkildə qiymətləndirilməsidir. Məhz Mehriban Əliyevanın səyləri sayəsində YUNESKO-nun dünya irsi siyahısı Azərbaycan mədəniyyətinin şedevrləri ilə zənginləşdirilib.

Mehriban Əliyevanın sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşması və dünya irsinin qorunması sahəsində səyləri həm ölkədə, həm də xaricdə böyük dəstək görür. Dünyanın bir çox ölkələrində Azərbaycanın tarixi və mədəniyyətini təbliğ edən sərgilər təşkil edilir.

Mehriban Əliyeva görkəmli şəxsiyyət və Prezident İlham Əliyevin etibarlı silahdaşı olaraq ölkəmizin möhkəmlənməsi və çiçəklənməsi işinə öz dəyərli töhfəsini verir, həm Azərbaycanda, həm də ölkədən kənarda böyük nüfuza malikdir.

Emin Əliyev,
Day.az-ın baş redaktoru

Nyus.Az internet saytının kollektivi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir və onun ünvanına daxil olan çoxsaylı arzu və minnətdarlıqlara qoşulur.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az