• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
16-08-2018, 09:08

Paşinyanın 100 gününə sürpriz - Ermənistanda çörək bahalaşdı

Paşinyanın 100 gününə sürpriz - Ermənistanda çörək bahalaşdı

Erməni lobbisi də daha baş nazirin islahat potensialına inanmır; Avropa Erməni Assosiasiyaları Forumunun sədri: “Onun hökuməti çox tez yıxılacaq”; Qərbdən böyük para uman Paşinyan isə “Rus NATO-su”nun baş katibi olmaq istəyir – nonsens?

2018-ci il 8 may “məxməri inqilabı” ilə silkələnən işğalçı Ermənistan hələ də özünə gələ bilməyib. Ölkədə siyasi qeyri-müəyyənlik davam etməkdədir. “Qarabağ klanı”nın 20 il davam edən talançı və istibdad rejiminin çökdüyü elan edilsə də, yerində daha yaxşısının qurulması yönündə real iş getdiyi də müşahidə olunmur.

Sabah - avqustun 17-də inqilabçı baş nazir Nikol Paşinyanın yeni postu tutmasının 100 günü tamamlanır. Ancaq onu hakimiyyətə gətirmiş narazı kütlənin əsas gözləntiləri doğrulmamış qalır. Söhbət hər şeydən öncə əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırmaqdan, iş yerləri açmaqdan və ölkədən kütləvi köçü səngitməkdən gedir.

Əksinə, belə görünür ki, vəziyyətin daha betər istiqamətdə inkişaf edəcəyindən yana narahatlıq var. Məsələn, artıq aparıcı erməni mediası bir neçə dəfə yazıb ki, Rusiya Qərbə can atan Paşinyan hökumətini cəzalandırmaq üçün il sonu Ermənistana satdığı təbii qazın qiymətini qaldıracaq. Bu isə avtomatik şəkildə elektrik enerjisinin və zəruri ərzaq məhsullarının da bahalaşmasına gətirəcək.

*****

Sözsüz ki, daxildəki revanşist qüvvələr, ilk növbədə də “Qarabağ klanı” və onlara bağlı oliqarxlar da fürsət gözləyir ki, Paşinyanın ayağı büdrəsin. Gələn məlumatlara görə, qalmaqallı həbslərdən və eks-prezident Robert Köçəryanın azadlığa buraxılmasından sonra bu qüvvələr daha da ruhlanıb. İstisna deyil ki, onlar Kremlin “dirijor çubuğu” ilə tezliklə hökuməti gözdən sala biləcək sabotaj xarakterli addımlar atacaqlar.

Yeri gəlmişkən, Paşinyan baş nazirliyinin 100-cü gününü Azadlıq meydanında mitinqlə qeyd eləməyə hazırlaşarkən məlum olub ki, Ermənistanda un bahalaşıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Qraparak” qəzeti yazıb.

“Çörək sexi olan iş adamlarından biri deyib ki, dünəndən (srağagündən - red.) bir kisə unun (50 kq) qiyməti 1 dollar bahalaşıb. Əgər sahibi deputat Samvel Aleksanyan olan un zavodu bir neçə gün öncə 50 kiloluq un kisəsinin 22 dollara satırdısa, artıq 23 dollara satır. Nəzərə alsaq ki, adıçəkilən zavod bazarda inhisarçı mövqeyə sahibdir, o zaman zəncirvari prinsip üzrə unun qiyməti başqa zavodlarda da artacaq. Bu da o deməkdir ki, tezliklə çörək bişirən yerlər də ya çörəyi bahalaşdıracaq, ya da onun çəkisini azaldacaq”, - deyə nəşr qeyd edib.

Çörək isə 1 nömrəli zəruri ərzaq məhsulu sayılır. Beləcə, inqilab eləmiş ermənilərin dolanışığı yaxşılaşmaq əvəzinə, pisləşməyə, yaşayış minimumu qalxmaq əvəzinə, enməyə üz tutub. Bu, 100 gün üçün Paşinyana ciddi sürprizlərdən sayıla bilər. Çünki baş verənlər onun ictimai reytinqinə zərbədir.

*****

Yaranmış durumun başlıca səbəblərindən biri də ötən 100 gündə Paşinyan hökumətinin Ermənistan üçün ciddi maliyyə qaynaqları və sərmayəçilər tapa bilməməsidir. Bu yöndə həm baş nazirin, həm də prezident Armen Sərkisyanın səyləri nəticə verməyib. Məsələ ondadır ki, Qərbin qərar verən mərkəzləri də, xaricdəki imkanlı erməni lobbisi də maliyyə dəstəyi qarşılığında yeni erməni hökumətindən dərin islahatlar aparmağı, köhnə sistemi kökündən sökməyi və Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağı tələb edir. Bu isə asan məsələ deyil.

Bunun qeyri-mümkünlüyünü artıq Qərblə yanaşı, diasporda da anlamağa başlayıblar.

“Mən bu mitinqin məqsədini anlamıram. Nikol Paşinyan mitinqlər vasitəsilə, Serj Sərkisyana nifrət dalğasında hakimiyyət zirvəsinə qalxıb. İndi də o, eyni yolu gedir - hansı yol ki, mənim fikrimcə, çox pisdir”. “Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am portalına müsahibəsində Avropa Erməni Assosiasiyaları Forumunun sədri, Serj Sərksiyanın qatı əleyhdarlarından olmuş Aşot Qriqoryan Paşinyanın 100 günlə bağlı sabaha təyin etdiyi mitinqi dəyərləndirərkən söyləyib.

Qriqoryan sərt tənqidlərinə davam edərək deyib: “Gəlin səmimi olaq: ölkədə öz həyatında müsbətə doğru iqtisadi dəyişiklik hiss edən varmı? Məncə, yox. Gerçəyi gizlətmək olmaz axı. Ziyalıların 90 faizi artıq tərəddüd içindədir ki, nədir bu baş verənlər, yeni hökumətdən gözləntilərimiz, inqilabdan sonra dərhal baş verməli olan iqtisadi bum nə oldu bəs? Bu xüsusda siz hər yerdə şübhə, inamsızlıq görə bilərsiniz. Təəssüf ki, mən də həmin qrupa aidəm - hansı qrup ki, hesab edir ki, gözləntilər nəinki doğrulmayıb, aydan-aya adamlar bir az da məyus olacaqlar. Və təxminən inqilaba kimi olan vəziyyətə bənzər vəziyyət yaranacaq. Artıq gördüyümüz kimi, bu inqilab yox, hakimiyyət dəyişikliyi olub - dəhşətli, antimilli Serj Sərkisyan rejimi böyük ümidləri olan gənc adamlar tərəfindən devrilib. Ancaq bu adamlar ümidlərdən başqa heç nəyə - nə bacarığa, nə təcrübəyə, nə də peşəkarlığa malik deyillər”.

Diaspor rəhbərinin sözlərinə görə, eyforik vəziyyətdə olan indiki hakimiyyət heç bir iradı qəbul eləmək, öz ünvanına obyektiv tənqidi dinləmək iqtidarında deyil. “Belə şəraitdə bu cür hakimiyyət adətən tez yıxılır və iqtidara gerçəkdən də nələrisə etməyi bacaranlar gəlir”, - deyə o əlavə edib.

*****

Paşinyan isə bu arada Rusiyadan uzaqlaşmaq əvəzinə, “Rus NATO-su”nun - KTMT-nin baş katibi olmaq istəyir. “Yeni Müsavat”ın xəbərinə görə, srağagün keçirilən KTMT-nin Daimi Şurasının son iclasında Ermənistan nümayəndəsi təklif edib ki, qurumun nizamnaməsi dəyişdirilsin və yeni nizamnaməyə əsasən onun baş katibi postunu baş nazir tutsun.

Bu da sizə indi qərbçi Paşinyanın Rusiyadan uzaqlaşmaq əvəzinə, ona daha da yaxınlaşmaq üçün elədiyi növbəti reverans, jest. Bunun üstündən Qərbdən və lobbidən “islahatlar” üçün böyük para istəməyin yeri qalırmı?..

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az