• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-08-2018, 09:33

Arzu Nağıyev: “Paşinyan Ermənistanın Saakaşvilisi ola bilməyəcək”

Arzu Nağıyev: “Paşinyan Ermənistanın Saakaşvilisi ola bilməyəcək”

“Onun dövləti idarə edə biləcəyi sual altındadır”
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ermənistan baş naziri Paşinyanla bağlı dedikləri işğalçı ölkədə birmənalı qarşılanmayıb. Qeyd edək ki, Saakaşvili Paşinyana bəzi məsləhətlərini verib və onun sözləri Ermənistan mətbuatında qalmaqala və geniş müzakirələrə səbəb olub.

M.Saakaşvili “Exo Moskvı” radiosunda çıxışı zamanı Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib. O, Ermənistan baş nazirinə bunun olmaması üçün ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib. Saakaşvilinin sözlərinə görə, Paşinyanın əmrləri hələ də hüquq-mühafizə orqanlarının köhnə rəhbərləri tərəfindən icra olunur. Və onların baş nazirə qarşı üsyan etməyəcəyinə heç kim zəmanət verə bilməz.

O, öz bəyanatında Rusiya prezidenti Vladimir Putinin Paşinyandan qurtulmaq haqda planlarından da danışıb.

Eks-prezidentin sözlərinə görə, Putin payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu yığacaq və mitinqlər təşkil edəcək. “Mən tamamilə əminəm ki, Rusiya prezidenti yaxın zamanlarda Paşinyanı baş nazir postundan devirməyə hazırlaşır” - Saakaşvili sonda bəyan edib.

Modern.az xəbər verir ki, Saakaşvilinin bəyanatları Ermənistan mətbuatını iki cəbhəyə bölüb. Bir cəbhə bu bəyanatlara ciddi yanaşmağı və ehtiyat tədbirləri görməyi məsləhət verir. Digər cəbhə isə Saakaşvilinin bu bəyanatlarını qınayıb və onu Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda ittiham edib. Onlar eks-prezidentin Putinlə keçmiş haqq-hesablarına diqqət çəkirlər və onu iki ölkə arasındakı münasibətləri anlamadığı halda qeyri-obyektiv fikir yürütməkdə günahlandırıblar. Həmçinin bu qrup bildirir ki, Rusiya Ermənistandakı inqilaba qarşı olsaydı, onun elə “beşikdəcə” boğardı.

Görünən budur ki, Ermənistanın yeni hökuməti həbslər həyata keçirsə də, bəzi korrupsioner-cinayətkar ünsürləri cəzalandırsa da, ümumilikdə sistem dəyişikliyinə nail ola bilmir. Bunun bir səbəbi də sistemin arxasında Rusiya amilinin dayanmasıdır.

Politoloq Arzu Nağıyev qəzetimizə dedi ki, Paşinyanın hakimiyyətə gəlməsindən artıq 3 ay ötür və avqustun 17-də bununla bağlı mitinq-hesabat gözlənilir: “Bu üç ayda Ermənistan vətəndaşı nə əldə etdi? Məlumdur ki, vətəndaşlar onun Sərkisyanı devirdiyinə sevindilər. Lakin söz verdiyi kimi, Ermənistanı Avroasiya İqtisadi Birliyindən çıxarmadı, bazalari ləğv etmədi, sadəcə olaraq, bunlarla bağlı imitasiyalar etdi. Paşinyan hakimiyyətin dəyişilə biləcəyini göstərdi. Ölkə elə bir günə düşmüşdü ki, Sərkisyanla bağlı hər bir proses lənətlənirdi və Paşinyan bundan ancaq təşəkkürlər alırdı. Buna baxmayaraq, ölkədən miqrant axını davam edir, bunun əsasında tək iqtisadi deyil, həm də inamsızlıq durur. Türkiyə ilə münasibətlər gərgin olaraq qalır, xarici diaspora Sərkisyandan aralansa da, Paşinyanla da yaxınlaşmadı. Kilsəyə qarşı olan nifrət daha da artdı. Təbii ki, üç ay az müddətdir, təsəvvür edin ki, parlamentdə çoxluq təşkil edən partiya bu gün müxalifətdədir. Yəni absurd bir vəziyyətdir. Belə bir vəziyyətdə Paşinyanın dövləti idarə edə biləcəyi sual altındadır. Çünki Qarabağ klanı sona qədər məhv edilməyib, Moskva ilə münasibətlər tam aydınlıq gəlməyib. Müəyyən qədər Rusiya ilə əlaqəsi olan korrupsioner məmurlara qarşı aparılan mübarizə, 102 saylı hərbi baza və sərhədçilərlə bağlı baş verənlər Rusiyaya xoş gəlmədi. Ölkədə amnistiya və ya əfv prosesi başlasa da, effekt vermədi. Müəyyən istefalar oldu. Lakin proses tam şəkildə aparılmadı, Robert Köçəryanın və Xaçaturovun həbsi məsələsi Paşinyana qarşı rəğbət və ya nifrət arasında bölündü. Paşinyan Ter-Petrosyanın tapşırıqlarına əsasən 2008-ci ildə baş verən ölüm hadisələrinə yenidən qayıtdı. Bununla yanaşı, ölkədə Qərbə meyllilik artmaqdadır, Qarabağ məsələsinin həll olunmamasının səbəbi Rusiyada görünür, Paşinyan cidd-cəhdlə Trampla görüşə can atır. Bundan başqa, yaranmış vəziyyətdə İranla da əlaqələr vacibdir. Buna görə də hazırda İrana qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalar bu münasibətlərə də mənfi təsir edə, hətta deyərdim ki, Ermənistanın onsuz da çökən iqtisadiyyatını tam şəkildə iflic edə bilər. Bu, ilk növbədə İran - Ermənistan qaz kəməri vasitəsilə alınan qazın kəsilməsi ola bilər. Əgər Ermənistan ABŞ sanksiyalarının əleyhinə olaraq həmin qazı alarsa və əvəzinə müqavilədə olduğu kimi elektrik enerjisi verərsə, bunu ABŞ heç cürə qəbul etməyəcək. Təbii ki, buna görə də Ermənistan bu risklərdən çəkinmək üçün Paşinyanın İran rəhbərliyi ilə görüşməsini təşkil edir. Yəni bütün bunlar göstərir ki, parlament seçkilərinə Paşinyan tək Sərkisyanı devirməklə gedə bilməyəcək, onu ciddi sınaqlar gözləyir”.

Yeri gəlmişkən, N.Paşinyan XİN başçısı Sergey Lavrovun İrəvana xəbərdarlığına, nəhayət, ehtiyatlı reaksiya verib. Lakin onun reaksiyası daha çox qorxunun əlaməti kimi yozula bilər. N.Paşinyan deyib ki, indi Ermənistanda yeni situasiya mövcuddur və biz hamımız buna uyğunlaşmalıyıq, o cümlədən də rusiyalı həmkarlarımız. S.Lavrov İrəvanda həyata keçirilən həbslərə reaksiyasında demişdi: “Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”. Rusiyalı diplomat vəziyyətdən narahatlığını da ifadə etmişdi. N.Paşinyan “hər şey qaydasındadır” deməklə canını qurtarmağa çalışıb. Çünki o, Saakaşvilinin dediklərini ciddiyə almamış deyil və Rusiyanı qəzəbləndirməsinin qarşılığında devriləcəyindən çox ehtiyatlanır. Elə avqustun 10-dan etibarən ölkə ərazisində əhali ilə görüşlərə başlaması da bundan xəbər verir. Paşinyan hakimiyyətinin 90 günlüyündə belə çox narahatdır. Parlament seçkilərinə isə hələ 9 ay qalıb...

PAŞASOY,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az