• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-08-2018, 09:25

ABŞ-ın “dollar ssenarisi” işə düşüb - üç nəhəng ölkəni çökdürmək planı

ABŞ-ın “dollar ssenarisi” işə düşüb - üç nəhəng ölkəni çökdürmək planı

Birləşmiş Ştatların Rusiya və İrandan sonra Türkiyəyə qarşı iqtisadi sanksiyalara start verməsi türk lirəsini kəskin ucuzlaşdırıb; Vaşinqton ən təsirli silahını işə salıb; iqtisadi böhran sosial-siyasi kataklizmlərə gətirib çıxara bilər
ABŞ-ın tətbiq etdiyi, yaxud etməyə hazırlaşdığı sanksiyalar Azərbaycanın 3 böyük qonşusunda ciddi iqtisadi təlatümlərə səbəb olub.

Belə ki, Moskva valyuta birjasında dünən ABŞ dollarının məzənnəsi 2016-cı ilin avqustundan sonra ilk dəfə 67 rubl səviyyəsini keçib. “Yeni Müsavat” xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi 41 qəpik yüksələrək 67,06 rubla çatıb.

Türkiyədə isə dollar ilk dəfə olaraq 6 lirəni keçib.

Rusiya Bankı (Mərkəzi Bank) ölkənin valyuta bazarının vəziyyəti ilə bağlı açıqlama verib. Qurumun bəyanatında bildirilir ki, son günlərdə rublun məzənnəsində volatilliyin müşahidə olunması qlobal maliyyə bazarlarında dəyişiklik fonunda yeni potensial sanksiyalarla bağlı xəbərlərə maliyyə bazarının təbii reaksiya verməsi ilə bağlıdır: “Rusiya Bankı maliyyə sabitliyinə yaranacaq təhlükənin aradan qaldırılması üçün kifayət qədər resursa malikdir” (report).

Bu açıqlamaya rəğmən, yerli analitiklər Rusiya Mərkəzi Bankı qədər optimist deyillər. Belə ki, payızda başlanacağı gözlənilən daha sərt ABŞ sanksiyaları barədə məlumat açıqlanandan dərhal sonra əhali banklardakı dollar əmanətlərini geri çəkməyə başlayıb. Eyni zamanda apreldən bəri getdikcə sürətlənən Rusiyadan kənara valyuta axını daha geniş xarakter alıb. Analitiklərin fikrincə, əlavə sanksiyaları reallaşarsa, Mərkəzi Bankın valyuta bazarında vəziyyəti sabitləşdirməyə gücü çatmayacaq.

Türkiyə də təxminən eyni problemlərlə üzləşməkdədir. Fərq bir ondadır ki, Türkiyə Mərkəzi Bankı valyuta bazarını nəzarətdə saxlamaq üçün demək olar ki, heç bir rıçağa malik deyil. Ölkədə ticarət kəsiri sürətlə artır, dövlət borcları da həmçinin. ABŞ-ın təzyiqi ilə xarici qurumlardan kredit almaq imkanlarının da məhdudlaşması qardaş ölkə iqtisadiyyatını çox çətin imtahan qarşısında qoya bilər.

İrana gəlincə, bu ölkədə ABŞ sanksiyaları üzündən iqtisadi problemlər sosial etirazlar səviyyəsinədək kəskinləşib.

Qeyd edək ki, Rusiya və Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük ticarət tərəfdaşlarıdır. Ölkəmizin idxalında bu iki ölkə mühüm yer tutur. İranla da əlaqələr son illərdə xeyli gücləndirilib. Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondu vasitəsilə Rusiyanın VTB bankına 500 milyon dollar yatırıb, Beynəlxalq Bank vasitəsilə İranda dəmiryol tikintisinə 500 milyon dollar kredit ayırıb. SOCAR vasitəsilə Türkiyənin neft-kimya sənayesinə qoyulan sərmayələrin həcmi isə iyirmi milyard dollara yaxındır.

Qonşularda baş verən sosial-iqtisadi problemlərin Azərbaycana hansı təsirləri mümkündür?

Millət vəkili, Milli Məclisin İqtisadi və sosial siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, qeyri-neft sektorunda böyük ticarət tərəfdaşlarımız olan qonşu ölkələrdə baş verənlərin Azərbaycana təsiri qaçılmazdır: “Bu hadisələr bizi narahat etməyə bilməz. Çünki bunlar bizim yaxın və qonşu dövlətlərdir. Rusiya və Türkiyə ilə qarşılıqlı ticarət əlaqələrimiz hər biri üzrə 2 milyard dollara yaxındır. İranla da əlaqələrimiz var. Bu hadisələrin səbəbi aydındır - ABŞ sanksiyaları. Hesab edirəm ki, bu hadisələr davam etdiyi müddətdə Azərbaycana da təsirləri davam edəcək. Yəni bu ölkələrin ABŞ-la münasibətləri normallaşanadək”.

Millət vəkili hesab edir ki, qonşu ölkələrdə baş verənlər ilk növbədə manatın məzənnəsinə təzyiqləri artırır: “Onlarda milli valyutaların dəyərdən düşməsi bizdə də manatın məzənnəsinə təsir edir. Lakin düşünürəm ki, hələlik Azərbaycanda manatın məzənnəsini qoruyub saxlamaq üçün real şərtlər var. Bu şərtlərdən birincisi, neftin qiymətidir - bizim üçün əlverişli olan 70 dollar civarındadır. İkincisi, idxal-ixrac əməliyyatlarında müsbət saldonun olmasıdır - ixracımız idxalımızı üstələyir. Üçüncü şərt isə fiskal siyasətdə nəzarət mexanizmini gücləndirmək, şəffaflığı artırmaqdır”.

V.Əhmədovun fikrincə, Türkiyə və Rusiyada milli valyutaların dəyərdən düşməsi Azərbaycandan bu ölkələrə xarici valyuta axınını gücləndirə bilər: “Bu ölkələrdə əmlak sürətlə ucuzlaşır. Bizim insanlar oradan əmlak almaq üçün buradan dollar aparmaq istəyəcəklər. Eyni zamanda bu ölkələrdən idxal arta bilər. Bu isə müəyyən qədər daxildə dollara tələbatı artıra bilər. Hesab edirəm ki, Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının bunun qarşısını almaq üçün kifayət qədər təcrübəsi var. Fikrimcə, hadisələr uzun müddət belə davam etsə, Azərbaycanın müəyyən qədər özünü təsirlərdən qorumaq imkanları var. Lakin yaxınmüddətli dövrdə - iki aydan, üç aydan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil”.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu isə diqqəti Rusiya və Türkiyəyə yatırılan investisiyalar cəlb edir: “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir. Lakin son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması fondun valyuta səbətinin gəlirliliyini azaldır. Son günlər hər iki valyutanın ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, bu günə olan məlumata görə artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır”.

Q.İbadoğlunun sözlərinə görə, ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu VTB Bankın da olması diqqətdən kənarda qala bilməz: “Məsələ burasındadır ki, ARDNF-nin bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə, ARDNF Moskva şəhərinin biznes mərkəzi ”Tverskaya 16" ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır.

Onu da xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkətinin əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub. Bununla yanaşı, hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır".

İqtisadçı-alimin fikrincə, gec olsa da Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir: “Əks təqdirdə, bizim itkilərimiz daha çox olacaq və manatı da qoruya bilməyəcəyik”.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı Türkiyə və Rusiyanın milli valyutalarının dəyərdən düşməsi, bəzi yerli bankların ABŞ dollarının satış məzənnəsini artırması fonunda manatın məzənnəsinin gələcək perspektivi ilə bağlı “Report”a açıqlama verib.

Qurumun sözçüsü Namiq Əliyev sorğuya cavab olaraq bildirib ki, Azərbaycanın valyuta bazarındakı vəziyyətə - manatın məzənnəsinə təsir edən başlıca fundamental amil tədiyyə balansının durumudur: “Faiz dəhlizinin parametrlərinə dair avqustun 1-də açıqladığımız məlumatda da qeyd olunub ki, ölkənin tədiyyə balansının göstəricilərinin yaxşılaşması cari ildə də davam etməkdədir. Ticarət balansındakı irihəcmli müsbət saldo hesabına cari əməliyyatlar balansı profisitlidir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin bahalaşması cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da müsbət proseslər davam edir. Turizm xidmətləri üzrə müsbət saldo qorunur. Bundan başqa, ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə edilir. Xarici valyuta daxilolmalarının artması şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini rəsmi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi mövcud əlverişli makro-iqtisadi mühitdə sabit vəziyyətdədir.

Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına gəldikdə isə qeyd etmək istəyirəm ki, AMB tərəfdaş ölkələrin valyuta bazarlarındakı vəziyyəti daima izləyir. Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikası da göstərir ki, ilin ötən dövründə Azərbaycanın milli valyutasının qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi və nominal effektiv məzənnəsi 1,2 faiz möhkəmlənib. Bütün bunlar göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi artırıbsa, bu, yalnız psixoloji amillə izah oluna bilər".

Baş verənlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da reaksiya verib, “Biz Ekonomik mübarizədə uduzmayacağıq” deyib. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri o, Türkiyənin Bayburt bölgəsinə ziyarəti zamanı söyləyib. “Bunlara inanmayın. Onların dolları varsa, bizim də Allahımız var” - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti onu da vurğulayıb ki, hökumət intensiv şəkildə yeni dövrün hazırlıqlarını aparır: “Bir tərəfdən dünyanın dörd bir yanına gedirik-gəlirik. Ölkəmizi, inşallah, yeni dövrə daha fərqli hazırlamağın cəhdi içərisindəyik”.

Sonda bir məqamı qeyd edək ki, ABŞ-ın Rusiya, İran və Türkiyəni çökdürmək, ən yaxşı halda zəiflətmək üçün iqtisadi hücum taktikası seçməsi təsadüf deyil. Hər üç ölkə uzunmüddətli dövlət ənənəsinə malikdir. Bu ölkələrin xalqları xarici təhlükə qarşısında öz iqtidarlarını açıq və birmənalı şəkildə dəstəkləyir. 2016-cı ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhd zamanı bunun şahidi olduq. Türkiyə xalqı ssenarisi Amerikadan yazıldığı iddia edilən qiyam cəhdinə sərt təpki verərək, Ərdoğanı, onun iqtidarını dəstəklədi. İqtisadi böhran isə millətlərin xarici təhlükəyə qarşı müqavimətini zəiflədir. Hətta xırda provokasiyalarla ölkələrdə sosial-siyasi kataklizmlər yaradır. Görünür, ABŞ-ı idarə edən güclər bu həssas məqamı hesabladıqları üçün regionun üç nəhəng dövlətinə qarşı növbəti iqtisadi hücuma start verib. Bu dəfə nə baş verəcək? Qərb, Birləşmiş Ştatlar istəyinə çatacaqmı? Sualın cavabı yaxın zamanlarda hər kəs üçün aydın olacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az