• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-08-2018, 08:37

Xanəndələrin ölümü ilə bağlı sensasion gəlişmə - 4 nəfər həbs olundu

Xanəndələrin ölümü ilə bağlı sensasion gəlişmə - 4 nəfər həbs olundu

Məsələ Baş Prokurorluğun nəzarətində araşdırılır; tutulanlar arasında intihar edən xanəndənin qardaşı da var
Bərdədə törədilən dəhşətli qətl və intiharın düyünləri açıqlamağa başlayıb. Həmin gün, avqustun 1-də gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayıldı.

Sonradan isə məlum oldu ki, baş verənlərin yol nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Yayılan xəbərlərə görə, Novruz Hüseynov öz xanəndə dostu Miryusif Mirizadəni çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra idarə etdiyi avtomobili qəzaya uğradıb. Sonra isə Qarabağ kanalına gələrək, intihar edib.

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, olay Novruz Hüseynovun evində baş verib. Orada Novruz Hüseynovun yeni maşın alması ilə bağlı məclis olub. Məclisdə yaranan mübahisə zəminində belə bir qanlı olay meydana gəlib. Ailənin tək övladı olan Miryusif Mirizadə öldürülüb. Sonradan baş verənlər isə cinayətin ört-basdır edilməsinə xidmət edən addımlar olub. Hadisənin şahidləri və mümkün iştirakçıları sırasında ev sahibi Novruz Hüseynovun yaxınlarının olması haqda da dəqiqləşməmiş məlumatlar var. Belə iddialar da var ki, qətllə əlaqədar Novruz Hüseynovun qardaşı Azər Hüseynov və daha 3 nəfər də istintaqa cəlb edilərək saxlanılıblar. Qətllə bağlı istintaq hərəkətləri Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb.

Mərhum Miryusif Mirizadənin dayısı oğlu, tanınmış xanəndə Səbuhi İbayev baş verən dəhşətli olayla bağlı “Yeni Müsavat”a bunları deyib: “Biz də bilirik ki, bu, qətldir, avtoqəza deyil. Hüquq-mühafizə orqanlarından bizə də konkret bir söz deməyiblər. Bərdə Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. Biz də eşitmişik ki, hadisə ailəsinin gözünün qabağında olub. Amma dəqiq bir məlumat verilməyib. Gözləyirik”.

Mərhum Miryusif Mirizadənin əmisi Mirsəməd Mirizadə “Yeni Müsavat”a deyib ki, Novruz Hüseynov hadisədən əvvəl Bakıda maşın alıb və qardaşı oğlundan birgə rayona getmələrini xahiş edib: “Qardaşım oğlundan da xahiş edib ki, maşınla rayona getsinlər. O da xahişini yerinə yetirib. Orada nə baş verdiyini dəqiq bilmirik. Bizim məlumatımız yoxdur”.

M.Mirizadə deyib ki, hadisədən sonra Novruz Hüseynovun qardaşının saxlanılması ilə bağlı onlara hər hansı bir məlumat verilməyib.

O deyib ki, hadisədən sonra onlara qardaşı oğlunun qəzaya düşməsi haqda məlumat verilib: “Ekspertlər isə bədəni üzərindəki xəsarətləri görəndən sonra deyiblər ki, bu xəsarətlər avtoqəzalıq deyil. Yəni bıçaqla qətlə yetirilib. Bundan sonra araşdırmağa başlayıblar. Hələlik dəqiq bir məlumatımız yoxdur”.

Bundan əvvəl M.Mirizadə azvision.az-a demişdi ki, xəbəri ilk bilən qardaşı olub: “O, keçmiş polis əməkdaşıdır. Polis idarəsində Miryusifin soyadından biliblər ki, bizim qohumumuzdur. Ona görə də ilk ona zəng ediblər. Daha sonra meyiti Bərdə Polis Şöbəsinin əməkdaşları morqa aparıblar və orada ekspertiza edilib. Miryusifin bədənində elə yaralar var ki, ekspertizadan keçəndə şübhələr doğurub. Müəmmalar var. Çox dəhşətli vəziyyətdir. Təsəvvür edin, maşın yuvarlanıb, ağacları qıra-qıra gedib. Biz hələ də bilmirik ki, nə baş verib? Qəzadır, yoxsa qətl, bilmirik. Miryusif elə vəziyyətdə idi ki, biz onun meyitinə baxa bilmədik. Araşdırmadan sonra hər şey dəqiq bilinəcək. İlkin araşdırma zamanı Novruz Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib. Törətdiyi hadisəni ört-basdır etmək istəyən Hüseynov bu məqsədlə həmkarının olduğu avtomobili ağaclara çırparaq aşırıb. Bununla xanəndənin qəzada ölməsinə dair görüntü yaratmağa cəhd edib. Lakin törətdiyi qətlin üstünün açılacağından qorxan Hüseynov özünü Qarabağ kanalına ataraq intihar edib. Onu intihardan öncə kanalın yaxınlığında olan çoban görüb. Kimliyi açıqlanmayan çobanın sakinlərə dediyinə görə, N.Hüseynov törətdiyi qanlı cinayətdən dəhşətə gələrək ”Ay Allah, mən nə etdim?" deyərək qışqırıb".

“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, N.Hüseynovun meyiti ərazidəki çobanın ifadəsindən sonra Qarabağ kanalında axtarılmağa başlayıb: “Həmin çoban istintaqçılara deyib ki, qəzadan sonra ərazidə 2 dəfə ”Ay Allah" xitablarını eşidib və suya kiminsə düşdüyü qənaətini formalaşdıran səslər eşidib. Çoban Novruz Hüseynovun özünü kanala atmasını görməyib. Sadəcə, səs eşidib. Bunu istintaqçılara deyəndən sonra kanalda axtarışlara başlanıb. Novruz Hüseynovun meyitini kanalın Ağcabədidən keçən hissəsində aşkar ediblər".

Qaynağımız olayın sankı əvvəldən hazırlanan plan üzrə germəkləşdirildiyini də bildirib.

Miryusif Mirizadə və Novruz Hüseynov yaxın dost olublar. Olaydan 2 gün sonra Novruz Hüseynovun qardaşı Azər Hüseynov ATV-yə açıqlama verərək qardaşının sənət yoldaşı Miryusif Mirizadəni öldürməsi ilə bağlı məlumatlara inanmadığını bildirmişdi. Demişdi ki, qardaşı Miryusif Mirizadəni ondan çox istəyib. Azər Hüseynov bu işdə müəmmaların olduğunu da diqqətə çatdırmışdı. “Mən qardaşımın belə bir cinayəti törədəcəyinə inanmıram” - deyə bildirmişdi. Əlavə etmişdi ki, cinayətin törədilməsində şübhələndiyi başqa şəxslər var: “İnşallah, hüquq-mühafizə orqanları cinayətin əsl səbəbkarlarını tapacaq”.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluqdan açıqlama verməyiblər. Baş Prokurorluğun mətbuat xidmətindən də hər hansı bir şərh verilməyib.

Xatırladaq ki, N.Hüseynov və M.Mirizadə 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az