• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
28-07-2018, 10:23

Uşaqlarımızın psixologiyasını pozan, qan saçan cizgi filmləri – SOS

Uşaqlarımızın psixologiyasını pozan, qan saçan cizgi filmləri – SOS

Niyə Azərbaycanda uşaqlar üçün bədii və cizgi filmləri çəkilmir; efirləri aqressiya və şiddət doğuran əcnəbi filmlər bürüyüb; nağıllar da ötən əsrlərdən qalıb...
Son illərdə Azərbaycanda uşaq bədii və cizgi filmləri çəkilmir və yaxud gözə görünmür. Bu haqda dəfələrlə müzakirələr aparılıb, məsələ gündəmə gəlib. Lakin hələlik problem həll olunmamış qalır. Üstəlik, telekanallar köhnə, yerli uşaq filmlərini də çox az halda nümayiş etdirir.

Bu da məktəblilərin tətillərdə daha çox internet resurslarında vaxt keçirmələrinə və yaxud əcnəbi televiziya kanallarında yayımlanan, bir çox hallarda şiddəti, aqressiyanı aşılayan, bizim mental dəyərlərə, psixologiyamıza tamamilə yad olan film serialları izləməsinə gətirib çıxarır. Həmçinin uşaqlarımız yerli uşaq proqramlarına da demək olar ki, həsrət qalıb.

Bundan əvvəl sovet dövründə adətən uşaqlar yay tətillərində çox böyük maraqla yerli istehsalı olan “Şərikli çörək”, “Skripkanın sərgüzəşti”, “Gilas ağacı”, “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Ögey ana”, “Şir evdən getdi” filmlərini izləyirdi. Həmçinin nağıllara əsaslanan “Qərib cinlər diyarında”, “Sehirli xalat”, “Bir qalanın sirri” nağılları, “Əzablı yollarla”, “Mən nəğmə qoşuram”, “Ağ atlı oğlan”, “Pəncərə”, “Qırxıncı qapı”, “Avqust gələndə”, “Adanı özünlə apara bilməzsən”, “Qalada tapılan mücrü” və s. filmləri izləyirdi. Bu bir faktdır ki, həmin filmlər uşaqların həm psixologiyasına, həm də davranış və tərbiyəsinə böyük təsir göstərirdi.

Orta nəsil nümayəndələri də təsdiqləyər ki, uşaqlıqdan həmin filmlərin qəhrəmanlarına bənzəmək, onlar kimi davranmaq istəyiblər.

Sovet hakimiyyəti dağıldıqdan sonra ekranlara əcnəbi filmlər, o cümlədən “Harri Potter”, “Evdə tək”, “Qarfild” kimi bədii və cizgi filmləri gəldi. “Tıq-tıq xanım”, “Cırtdan” cizgi filmlərini isə “Tom and Cerry” kimi animasiyalar əvəzlədi.

Doğrudur, bu filmlər çox baxımlı və yüksək səviyyədə çəkilir. Lakin bu cür əcnəbi filmlər adətən öz ölkələrinin uşaqlarının psixologiyasına uyğun çəkilir. Həmçinin mütəxəssislər də qeyd edir ki, bu filmləri çəkən film və şirkətlərin özlərinin hədəf və məqsədləri var. Əcnəbi cizgi filmlərə gəldikdə isə son illər silahlı döyüşlər, yad planetlilərin hücumları, aqressiya və şiddət doğuran əcnəbi filmlərin nümayişi az qala adiləşib, normal hal kimi qarşılanır. Halbuki bu filmlər uşaq psixologiyasına, tərbiyəsinə, mədəni şəxsiyyət kimi yetişməsinə çox mənfi təsir göstərir. Nəticə isə belə olur ki, bu cür şiddət, aqressiya təsiri altında olan uşaq yeniyetmələşəndə, gəncləşəndə zorakı, qəddar, bəzən kriminal təfəkkürlü birinə çevriləcək. Biz son illərdə xüsusilə yeniyetmə və gənclər arasında depressiv, aqressiv davranışların hər gün şahidi oluruq. Bunun bir səbəbi də onların hər gün baxdığı şiddət saçan filmlərdir, animasiyalardır, kompüter oyunlarıdır...

Bəs niyə yerli uşaq bədii və cizgi filmləri çəkilmir, kompüter oyunları hazırlanmır? Əgər çəkilirsə, niyə ekranlaşdırılmır?

Bu arada qeyd edək ki, uzun illərdən sonra 2015-ci ildə uşaqlar üçün yeni “Dərs” filmi çəkildi, nümayiş olundu. Rejissoru Rafiq Əliyev, Cavid Təvəkkül olan filmdə məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs olunur. Lakin həmin film də nədənsə ekranlarda gözə dəymir.

Bəzi mütəxəssislər qeyd edir ki, yeni, müasir dünyanı özündə əks etdirən, milli dəyərlər, humanizm aşılayan uşaq filmlərinin çəkilməsi üçün xaricdə olduğu kimi ölkəmizdə də dövlət tərəfindən ayrıca vəsait ayrılmalıdır.

Təkcə film və animasiyalarmı?

Həmçinin xalq nağılları da yeniləri ilə əvəzlənmir. Yenə də uşaqlara “Tıq-tıq xanım”, “Cırtdan”, “Məlikməmməd” və digər bu kimi nağıllar yeni nəşrlərdə təqdim olunur. Yeni nəşrlərdə yeni nağıllara isə çox halda rast gəlinir. Hansı ki, həmin nağıllar heç də maraqlı deyil.

Bütün bu məsələlərlə bağlı mütəxəssislərə müraciət etdik.

Əməkdar artist, kinorejissor, həmçinin uşaqlığımızın sevimli kinosu olan “Şir evdən getdi” filminin qəhrəmanı Elxan Cəfərov mövzu ilə bağlı bunları dedi:

“Azərbaycan filminin hazırda ən böyük problemi uşaq filmləri ilə bağlıdır. Yəni hazırda çəkilən uşaq filmləri yox səviyyəsindədir. Ümumiyyətlə, hazırda Azərbaycan filmlərinin çoxsaylı problemləri var. Buna görə də düşünürəm ki, hələ ki uşaq bədii filmlərindən danışmağın zamanı deyil. Çünki Azərbaycan kinosu ayaq üstə durduqdan sonra yalnız bu mövzuda danışmaq olar. Bəzən deyirlər ki, dünyanın heç bir yerində filmlər dövlət tərəfindən maliyyələşdirilmir. Ölkəmizin əhalisini və bugünkü kino bazarının durumunu nəzərə aldıqda deyə bilərik ki, ayrılan 10 milyon vəsait azdır. Bunun üçün də bu gün kommersiya filmlərinin inkişaf edib, gələcəkdə 1-2 milyonluq filmlər təqdim etmək ehtimalları sıfıra enir. Yeni kino bazarları yaradılmalıdır. Bugünkü kommersiya filmləri ilə dünyanı fəth edə bilmərik. Dünya kino filmində adımızı nə iləsə yaza bilirdiksə, bu, dövlət tərəfindən çəkilən bədii və cizgi filmləri idi”.

Psixoloq Ramil Nəcəfli isə nağıl və cizgi filmlərinin o qədər də ideal olmadığını qeyd etdi:

“Bəzən deyirlər ki, Qərbin, xarici ölkələrin çəkdiyi cizgi filmləri uşaqlarımızın psixologiyasına mənfi təsir edir. Lakin qeyd edim ki, bu amil o qədər də təsir etmir.

Bizim milli nağıllarımız, atalar sözlərimiz var ki, bizdən asılı olmayaraq bizi olduğumuz kimi davranmağa vadar edir. Buna görə də hər nə qədər dəyişik, aqressiya dolu əcnəbi cizgi filmləri olsa da, hələ ki şüurumuzun təlqinlərindən kənara çıxa bilmirik. Necə ki, Novruz bayramında personajlar - Kosa və Keçəl var və sairə. Həmçinin nağıllarımızda “Damdabaca”, “Xortdan” var ki, uşaqlıqdan bizi onunla qorxudurdular. Yəni nağıllarmızda daha çox qorxutma amilləri yer alıb, nəinki aqressivlik psixologiyası. Bu baxımdan düşünmürəm ki, əcnəbi uşaq filmləri və ya cizgi filmləri uşaqlarımıza çox da təsir etsin. Əksinə, təklif edərdim ki, hazırda mövcud olan nağıllarımızın üzərinə əl gəzdirilsin. Bizim nağıl və cizgi filmlərimizdəki ənənəvi qəhrəmanlar və personajlar, xarakterlər, süjetlər dəyişdirilsin və sairə. Təbii ki, bunun üçün də milli ideologiya, psixologiya lazımdır ki, millətimizin və uşaqlarımızın tamam başqa fərqli bir formada böyüməsinə kömək göstərən cizgi filmləri olsun.

Biz sözlə, düşünmürəm ki, bizim nağıl və cizgi filmlərimiz kifayət qədər idealdır".

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov son ildə çəkilən film və animasiyalar haqqında danışıb:

“Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Eyni zamanda Azərbaycan müxtəlif ölkələrdə keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.

Televiziya ekranlarında az-çox köhnə bədii filmlər, animasiyalar nümayiş olunur. Nazirlik mütəmadi olaraq yeni çəkilən filmlərin ekrana, kinoteatrlara çıxması üçün müəyyən işlər görür, hətta kinoteatrlarda “Açıq qapı” günləri təşkil edir. Məqsəd isə uşaqları, gəncləri kinoteatrlara cəlb etmək, yaşlı nəslin yenidən kinoteatrlara qayıdışını təmin etməkdir".

Bir məsələni də qeyd edək ki, televiziyalarda uşaq verilişləri, uşaq filmləri az nümayiş olunur. Kanallar maksimum dərəcədə daha çox reytinq gətirən proqramları nümayiş etdirməyə çalışır. Hansı ki, həmin proqramların nəinki uşaq və yeniyetmələrin, hətta yaşlıların maariflənməsinə hesablanmayıb. Bəzən qeyd olunur ki, uşaqlar üçün nəzərdə tutulan efir materiallarının reklam üçün istifadə edilməsi, yəni reklamla kəsilməsi də qanunvericiliklə qadağandır. Bu da özəl televiziya rəhbərlərinin uşaq verilişlərinə marağını azaldır. Daha bir fakt, heç bir özəl televiziyanın uşaq filmlərini yaymaqla bağlı qanuni öhdəliyi yoxdur. Beləliklə, auditoriyanın maraqlarına uyğun efir materiallarının yayımı ilə bağlı məsuliyyət əsasən dövlət büdcəsindən yayımlanan TV-lərin üzərinə düşür. Lakin bu gün dövlət televiziyalarında yeni deyil, əsasən sovet dövründə ərsəyə gələn film və cizgi filmləri nümayiş olunur ki, qeyd etdiyimiz kimi, bu da yeni azyaşlı nəslin çox az halda marağını cəlb edə bilir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az