
*9111 taksi xidmətinin sürücüsü tanınmış teleaparıcı Elçin Əlibəylini tapıb öldürəcəyi ilə hədələyib.
Nyus.Az Minval.İnfo-ya istinadən xəbər verir ki, bu barədə Elçin Əlibəyli özü məlumat verib. Aparıcı sürücünün hərəkətlərilə bağlı həm *9111 taksi xidmətinə, həm də 102 Qaynar xəttinə məlumat verdiyini, amma hələlik nəticəsi barədə məlumat olmadığını bildirib.
Hadisəyə səbəb isə sürücünün yolboyu telefonla danışması, yol hərəkəti qaydalarını pozması olub.
Nyus.Az

























