• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-06-2018, 13:07

“Azercell”dəki sms fırıldaqlarının iç üzü – FOTO

“Azercell”dəki sms fırıldaqlarının iç üzü – FOTO

Bugünlərdə Azinforum.az İnformasiya Portalı olaraq, "Azercell”-in "Sindibad” adlı fırıldağı ilə üzləşdiyini iddia edən vətəndaş Abdullayev Həsən İbrahim oğlunun müəllifi olduğu araşdırma yazısınını (Seçilən linkə tıklamaqla, qeyd edilən yazıya keçid ala bilərsiniz) təqdim etmişdik. İndisə həmin yazının ikinci hissəsini dərc edirik.

"”Azercell”ə şikayət edən müştərilərə verilən cavabda "Sindibad”ın web səhifəsinin www.smsfun.az olduğu deyilir. Bu sayta daxil olub saytın həqiqətən "Sindibad”a aid olduğunu görmək olar. Ancaq nədənsə, "Sindibad”ın telefonlarına cavab verən şəxslər bəzən web səhifələrinin az.mobileacademy.com olduğunu da deyirlər. Bu saytın ünvanını yazsanız da daxil olabilməyəcəksiniz. Bunun üçün fırıldağa düçar ediləcək namizəd olaraq seçilməyiniz lazımdır. O zaman IP filtr sizin şəkildə görüldüyü kimi başqalarının girə bilmədiyi az.mobileacademy.com saytına yönləndirib pulunuzu sizin "səhvinizlə” oğurlayacaq. Şəkillə diqqət etsəniz bu xidməti verən fırıldaqçının ünvanı "Azercell” müştəri xidmətlərinin yazdığı (aldatdığı) kimi Azərbaycanda, Bakı şəhərində deyil, Birləşmiş Ərəb Əmirliklərində, Dubaydadır.

"Azercell”də istənməyən abunəliklərdə müştərinin özünün nəyəsə qoşulmağı vacib deyil, bu xidmətləri təqdim edən provayder sadəcə, nömrənizi yazmaqla sizi abunə edərək, xidmətə qoşa bilər.

Bu avtomatik abunəliklər operatorun sizin haqqınızda topladığı informasiya bazasına uyğun olaraq ediləbilər. Məsələn, sizin Bakı şəhərində olduğunuz məkanlara uyğun, o ərazidə yerləşən mağazalardan reklam xarakterli sms-lər almağınız bunun bir nümunəsidir. Ziyarət etdiyiniz web səhifələri, internetdən yüklədiyiniz proqram və oyunlar sizin haqqınızda profil formalaşdırır və buna uyğun sizi tələyə salacaq reklam xarakterli mesajlar, bəzən isə abunəliklər göndərilir.

Hal-hazırda belə saytlar var və tanımadığınız bir şəxs nömrənizi yazıb sizi abunə edəbilər, bununla da, balansınızdan vəsait çıxılmış olur. Əslində isə belə əməliyyatlarda ikitərəfli təhlükəsizlik proseduru tətbiq edilməlidir, müştəri xidmətə qoşulmaq istədiyini şəxsən təsdiqləməlidir. Məsələn sms-lə gələn təsdiqləmə kodu ilə. Necə ki, "playmarket”dən pullu oyun və ya proqram yüklədiyiniz zaman bank kartınızın məlumatlarını tək- tək daxil edirsiniz və təsdiqləyirsiniz, mobil operatorlar da belə edə bilərlər. Əgər mobil operator bunu etmirsə, bu onun müştərinin başına gətirilən fırıldaqdan maddi xeyir gütdüyünü, xidmətin aktiv olunmağına qəsdən icazə verdiyi göstərir. "Azercell” müştərilərə nömrə satarkən müqavilə imzaladır, o müqavilə əsasında isə müştərini məsul bilərək onu 3-cü şəxsə yönləndirir. Beləliklə qismən də olsa, məsuliyyətdən boyun qaçırır. Yəni sistem elə qurulur ki, çətin məqamda günahlandırılan 3-cü şəxs olsun, "Azercell” isə sudan duru çıxa bilsin.

Ancaq mobil operatorun məsuliyyət qəbul etməyib sizi yönləndirdiyi hansısa şirkət balansınızdan vəsait çıxırsa və bunun sizin razılığınız əsasında baş verdiyini iddia edirsə, sizə təqdim olunan xidmətə razılığınızı müqavilə ilə göstərib isbat edə bilməlidir. Sizin "Azercell” ilə olan yazılı, şəxsiyyət vəsiqəsi və imzanız ilə təsdiq etdiyiniz müqavilənin isə burada heç bir hüquqi keçərliliyi olmur, çünki operatorun özünün dediyi kimi, məsələ sizlə fırıldaqçı şirkət arasındadırsa, həmin şirkət şəxsən sizin razılıq verdiyiniz və imzaladığınız müqaviləni təqdim edə bilməlidir. Ancaq nəinki müqavilə, sizinlə danışan şirkət nümayəndəsi ünvanı belə deməyəcək.

Bu kimi platformalar birbaşa olaraq mobil operatorun "charging” sistemi ilə inteqrasiya olunduğu üçün, həmin mobil operator da bu kimi halları nəzərə alıb fırıldaqçı əməliyyatların qarşısını almalıdır.

Belə düşünün, bankda hesabınız var, səhər öyrənirsiniz ki, balansınız bitib. Bitməyi bir tərəfə, hələ mənfiyə belə gedib. Əlaqə saxlayanda sizə deyirlər ki, bəs, bunu səbəbkarı filankəsdir, sizin adınızı və hesab nömrənizi bilməklə gəldi, müraciət etdi, biz hesabınızı boşaltdıq hələ borc da verdik ki, siz avamsınız, biz ağıllı, onsuz da ödəyəcəksiniz. Əgər etirazınız varsa, gedin sizin hesab nömrənizi və adınızı bilən adamla həll edin probleminizi. Halbuki belə halda bankın müraciət edən şəxsin kimliyini şəxsiyyət vəsiqəsilə təsdiqləməsi, əgər qanuni nümayəndədirsə bunu üçün lazımlı olan etibarnaməni yoxlaması lazımdır. Bank bunu etmir, ancaq günahkar sizi çıxarır. Vəziyyət bu qədər absurddur.

Bu qədər zəif təhlükəsizlik proseduruna sahib olan və bu problemin yaranmasının əsl səbəbkarı "Azercell”dir.

Normal halda abunəçi sms yolu ilə almalı olduğu məhsulu bu kimi platformalar vasitəsilə özünün belə xəbəri olmadan ala bilər. Bu halda isə mobil operator birmənalı olaraq məsuliyyət daşıyır. Mobil operator baxış keçirirək abunəçinin həmin saatlarda internet istifadə etmədiyini, edirsə hansı sayta daxil olduğunu görə bilər. İddia olunan xidmətin ona verilib- verilmədiyini, abunəçinin o xidmətdən istifadə edib-etmədiyini öyrənə bilər.


İnternetdən istifadə zamanı qarşımıza çıxan bir çox reklamlarda mobil nömrəni daxil edərək hansısa bir xidməti satın almaq mümkündür. Fırıldaq isə burda başlayır, çünki həmin reklamların bəzilərində istənilən nömrənin daxil edilməsi mümkündür. Bu isə indiki vəziyyətdə olduğu kimi xəbərsiz şəkildə pul itkilərinə səbəb olur.

Mobil operator bu kimi fırıldaqların fərqindədir, mümkün şikayətdə isə bütün məlumatların öz serverində qeyd olduğunu, lazım gəldikdə bu məlumatlarla istədiyi kimi manipulyasiya edəbiləcəyini nəzərə alıb, bu pul tələlərinin və oğurluqların qarşısını almır.

Məsələnin kökünə getsək, "Sindibad” şirkəti Mobitrans/Mobile Academy fırıldaqçı şirkətinin Azərbaycandaki törəməsidir. "Azercell”ə müqavilə əsasında fəaliyyət göstərən, Avropanın bir neçə ölkəsində müştərilərlə məhkəməlik olan, Böyük Britaniyanın aparıcı KİV-lərində işıqlandırılan və nəticədə Böyük Britanıyada fəaliyyəti dayandırılan bir fırıldaqçıdır. Bununla bağlı məlumatları aşağıdaki linklərdə təqdim edirəm:

https://www.independent.co.uk/topic/mobitransmobile-academy

https://www.avforums.com/threads/ee-mobitrans-scam.1985231/

https://mobitransscam.wordpress.com/


Yuxarıdakı keçidlərdə Mobitransın minlərlə abunəçinin istənməyən xidmətlərə qoşub balanslarından pul oğurlandığını və bu haqda başqa məlumatları oxuya bilərsiniz. Bu qlobal fırıldaqçını Azərbaycanın məhz öndə gedən operatorunun himayə etməsi düşündürücüdür”.

Mövzu ilə bağlı "Sindubad” və "Azercell” şirkətinin də mövqeyini dinləməyə hazırıq.


Azinforum.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az