• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
29-06-2018, 08:46

ABŞ-ın Azərbaycandakı səfir postu üç aydır boşdur

ABŞ-ın Azərbaycandakı səfir postu üç aydır boşdur

“Görünür, Bakı ilə Vaşinqton arasında hələ razılaşdırılmayan ciddi məsələlər var”
Artıq 3 aydır ABŞ-ın Azərbaycanda səfiri yoxdur. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Məsələnin hətta müzakirəsinin belə getdiyi haqda heç bir rəsmi açıqlama verilmir.

ABŞ prezidentinin son iki ayda ard-arda 3 dəfə Azərbaycan prezidentinə məktub yazması, seçkilərdən sonra təbrik etməsi belə mənzərə yaradır ki, Azərbaycan iqtidarı ilə münasibətlər pis deyil. Belə olduğu halda hələ də Azərbaycana səfir göndərilməməsi suallar yaradır.

Müxalifət düşərgəsi yaranmış vəziyyəti Vaşinqton-Bakı münasibətlərinin göstərici sayırmı?

VİP sədri Əli Əliyev bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, ABŞ prezidentinin məktubları Amerika maraqlarına söykənir: “Məktubun mətnində dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi niyyəti bildirilirdi. O biri müraciətlərdə də təxminən eyni məqsəd göstərilirdi. ABŞ prezidenti dünən həm də köməkçisi vasitəsilə Putinlə təkbətək görüşü haqda da razılığa gəlib. Bu ziyarətlərin məqsədi İrandır. Tramp ilk gündən İsrailə açıq dəstək ifadə edir. Obamanın imzaladığı nüvə sazişindən də ABŞ-ın çıxması İsrailin istəyi ilə baş tutub. Qüdsün paytaxt elan olunması, ABŞ səfirliyinin ora köçürülməsi bu qəbildən olan hadisələrdəndir.

İndi də proses davam etməkdədir. İranın sanksiyalara məruz qoyulacağı yüksək tribunalardan səsləndirilir. İran neft sektorunun blokadaya alınma təhlükəsi hasilatın azalmasına, valyutanın bahalaşmasına gətirib. İran rialı rəsmən 4500 civarında olsa da, qara bazarda dəyəri 8700-ü ötüb. Narazılığın səviyyəsi gündən-günə yüksəlir. Bunların hamısı xarici təhdidin fonunda baş verir. Azərbaycan və Rusiya İranın yaxın qonşularıdır. Bizə yazılan məktubların pərdəarxası məqsədi İranın təklənməsində iştirakımızın istənilməsidir. Düzü, belə təhlükəli oyunlarda iştirak heç gücümüzə mütənasib deyil. İstəməzdim ki, belə nəhəng tərəflərin hədəfinə gələk. Görünür, Azərbaycanla ABŞ arasında hələ razılaşdırılmayan ciddi məsələlər var. Məhz bu məsələlərə görə səfir təyinatı yubanır".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, ABŞ hökuməti ilə Azərbaycan iqtidarı arasında hələ lap əvvəldən gözəl münasibətlər olub: “Bu münasibətlər Azərbaycandakı insan haqları və demokratiyanın vəziyyətinin nə qədər ağır olmasından asılı olmayaraq bütün dönəmlərdə yaxşı olub. Müxalifətin Qərb və Amerikaya ümidlərinin olmasına baxmayaraq bu ölkələr hər zaman beynəlxalq dəyərlərdən öndə öz maraqlarını tutublar. Biz AĞ Partiya olaraq bunu bəyan edəndə elə öz müxalifətimiz tərəfindən müxtəlif tənqidlərə məruz qalırıq. Əslində istər Amerika, istərsə də Avropa üçün özlərinin siyasi, iqtisadi maraqları Azərbaycandakı demokratiya maraqlarından çox öndədir. Odur ki, biz seçkidən öncə də qeyd edirdik ki, İlham Əliyevin prezident kimi beynəlxalq arenada legitimlik problemi olmayacaq. İndiki məqamda ABŞ-ın Azərbaycana hələ də səfir göndərməməsini isə qətiyyən təzyiq vasitəsi kimi qiymətləndirmirəm. Bu, çox böyük ehtimal ki, Amerika bürokratiyasının prosedur qaydalarına görədir. Yanılmıramsa Amerikada səfirin təyinatı məsələsi texniki baxımdan uzun bir prosedurdur. İstənilən halda mən bunu Amerika-Azərbaycan münasibətlərinin indiki vəziyyətinin göstəricisi kimi dəyərləndirmirəm. Zatən Azərbaycan iqtidarında da belə bir təlaşın olduğu hiss olunmur. Ümumiyyətlə, biz müxalifət partiyası olaraq siyasi mübarizəmizdə iqtidarın digər xarici dövlətlərlə münasibətini faktor kimi nəzərə almırıq. Bizim üçün əsas göstərici xalqımızın hakimiyyətə olan münasibətidir”.

AMİP katibi Əli Orucov qeyd etdi ki, ABŞ-ın hansısa ölkəyə səfir göndərməsi müəyyən prosedurlardan sonra həyata keçirilir. Bunun üçün qanunverici orqanın da təsdiqi gərəkir. Ona görə də namizədlər seçiləndə hərtərəfli araşdırılır və göndəriləcək dövlətə hansı formada, necə işləyəcəyi öyrənilir. Bu baxımdan də səfirin gec təyinatı Azərbaycan-ABŞ əlaqələrində müəyyənedici faktor oynamır: “Bundan əvvəlki səfirin də təyinatı bir qədər gecikmişdi. Azərbaycan ABŞ-ın önəm verdiyi ölkələrdən biridir. Doğrudur, insan haqlarının və demokratik dəyərlərin qorunması baxımından ziddiyyətlər yaranır, zaman-zaman problemlər çıxır. Prezident Trampın Azərbaycan dövlət rəhbərinə göndərdiyi məktublar heç də o anlam vermir ki, iqtidarla çox yaxşı münasibətlər var. Seçkilərdən sonra göndərilən məktubda daha çox ABŞ-ın Azərbaycandan gözləntiləri öz əksini tapıb. Bu məktubların mahiyyətində Vaşinqtonun bölgədə maraqları durur. Tramp gözlənilməz gedişləri ilə planetimizdə nigarançılıq və narahatlıq yaratmaqda davam edir. Bu baxımdan da iqtidarla münasibətlərin istiliyindən-soyuqluğundan əminliklə danışmaq mümkün deyil”.

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, ABŞ-Azərbaycan münasibətlərinin mövcud durumunu qiymətləndirərkən bu münasibətlərin nə pis, nə də çox yaxşı olduğunu iddia etmək doğru olmazdı: “Düşünürəm ki, münasibətlərdə ən azı status-kvonun saxlanılmasında hər iki tərəf maraqlıdır. Qaldı ki, yeni səfirin təyin olunmaması məsələsinə, yəqin xatırlayırsınız, bundan əvvəllər də elə olub ki, 2 ilə yaxın müddətdə ABŞ Azərbaycana səfir təyin etməyib. Düzdür, səfirlərin gec və ya tez təyin olunması iki dövlət arasındakı qarşılıqlı münasibətlərdən qaynaqlana bilər. Amma ABŞ-ın Azərbaycandakı sonuncu səfiri Robert Sekutanın səlahiyyət müddəti cari ilin aprel ayında başa çatıb və o, ölkəsinə qayıdıb. Üstündən hələ 3 ay vaxt keçib. Bu baxımdan səfirin təyin olunmamasını iki dövlət arasındakı münasibətlərin pis olması ilə izah etmək hələ tezdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az