• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
22-06-2018, 00:49

16 yaşlı qıza vida videosunu çəkdirənlər

16 yaşlı qıza vida videosunu çəkdirənlər

Nyus.Az lent.az-a istinadən Sevda Sultanovanın yazısını təqdim edir

Azərbaycan balaca ölkədir. Bu, tək ərazi məsələsi deyil. Balaca həm də məhdudluq məsələsidir. Ona görə də kimsə şortik geyinəndə bu hadisə olur, müzakirəyə, gündəmə çevrilir və bunun ucundan yapışanda hadisənin altından az qala bütün mətləblər tökülür: insan hüquqları, demokratik cəmiyyət, köhnə dəyərlər, yeni dəyərlər, gücün bərabər bölünməməsi, vəhşi təbiət qaydaları (gücsüzə hücum, güclüyə yaltaqlanma) və s. Mövzu da, kontekst də genişdir. Yazarlar da belə məhdud məsuliyyətli mövzunu gücü çatan yerə qədər müzakirə edir.

Bu günlərdə, belə periodik gündəmlərdən birində daha bir xəbər-video yayıldı. Biləsuvarlı 16 yaşlı qızın intihardan öncə çəkib nişanlısına yolladığı video...

Videoda yeniyetmənin dolayısı ilə sevgilisini peşman etmək üçün, özü ölsə də ömürlük onun xatirəsində yaşamaq üçün intihar etdiyi görünürdü. Qalan heç nə bilmirik. Araşdırma-filan yoxdur, işimiz tezcə gündəmi tutmaq baş verən hadisə haqqında ehtimali versiyaları irəli sürməkdir.

Bir də hər intihar xəbərində danışılan klişe fikirləri oxumaq. Məsələn: "Gücü çatıb özünü öldürməyə" və "Yaşamağa gücü çatmayıb".

Bu fikirlərin arasından ciddi sualları seçmək:

Nikah yaşına çatmamış 16 yaşlı qız niyə nişanlanır ki?

Məsələ oxumaqda deyil. Hər kəs universitet oxumağa borclu deyil.

Bəs məsələ nədədir?

Məsələ yeniyetməlik kimi psixoloji həssaslıq dönəmində yetkinlik yaşına çatmamış övladı evlilik, ciddi partnyorluq kimi münasibətlərə yönəltməkdədir.

Valideyn övladını yalnız fiziki olaraq deyil, həm də bu cür ciddi münasibətlərin gərginliyinə yetişdirməlidir.

Əlbəttə, deyəcəksiniz ki, 16 yaşlı qız nişanlı olmasa da, sevgilisi ilə münasibətlərinin gərginliyini yaşayıb intihar edə bilər. Ola bilər. Amma bəlkə o zaman 16 yaşlı qız bu münasibətlərə elə ciddi yanaşmayacaqdı. Bir sevgili ilə münasibət bir nişanlı ilə münasibətdən fərqlənir. Həm də bizdə.

Ciddi yanaşmadığı üçün belə ciddi addım da atmayacaqdı.

Yeniyetmə yaşda baxdığı romantik filmlərin, dinlədiyi sentimental musiqilərin təsirinə düşmüş qızdan nə gözləmək olar ki? Zatən intiharın bir motivi özünü yada salmaq, kimlərisə peşman etməkdir.

Xüsusən ətrafda intiharı motivasiya etmək üçün hər zövqə görə resurslar var. Ən çoxu mahnı janrında.

Məsələn, Əmrahın, İbrahim Tatlısəsin ilk filmlərində sevgilisi ölən gəncin etdiyi fəryadlar yaşıdlarımızın hərəsində bir intihar romantikası yaratmışdı. Yetər ki, bu romantika üçün obyekt tapasan. Səbəb isə ümumiyyətlə lazım deyil. Bu filmlər keçmişdə qalmayıb. Keçmişdən bu günə gəlib.

Bir rəfiqəm danışırdı ki, toy günündə gözəllik salonuna gedən gəlin yolboyu sürücünün seçdiyi mahnıdan təsirlənərək, saçını bəzəyən ustaya kişi vəfasızlığından danışır, bu başdan özünü cəhənnəmə hazırlayırdı. Yolboyu dinlədiyi Könül Xasıyevanın mahnısının məzmunu isə belə imiş: Öləcəyəm, sən peşman olacaqsan, gəlib qəbrimdən üzr istəyəcəksən, qəbrimin üstündəki otlar da deyəcək: "Səni sevməyəcəm mən."

Təsəvvür edin, belə bir mahnı, ya da serialda gördüyün intihar səhnəsi həssas psixoloji situasiya yaşadığın yerdə çıxır qabağına ya da yaddaşından avtomatik olaraq bir klişe-düstur kimi ortaya çıxır. Bir dəfə zarafatla planladığın, filmlərdən "oğurladığın" bir intihar səhnəsi yada düşür, daha düzü işə düşür və sonsuz variasiyaları ilə dərin bir həyata bəsit bir şəkildə son verirsən.

Minlərlə məna olan həyatdan əlini üzüb ölümə yalnız bir, ya bir neçə məna verirsən - əgər bu çıxılmazlıq deyilsə...

Ona görə də, əsil sənət əsəri - musiqi, kitab, film və s. intihara aparmaz, çünki onda həyatın özü kimi dərinlik, çoxqatlılıq, çoxvariasiyalılıq var. Ola bilər, müəllif dərin ziddiyyətlər yaşasın, əzab çəksin, əsər də oxucuya belə təsir etsin, amma bunlar istisnalardır.

Vida videosunda türk sözləri işlədən 16 yaşlı qızda hansı mahnı, hansı film, hansı serial intiharı motivasiya edib? Bu barədə o, heç nə demir.

Nə səbəb, nə motivasiya...

İntihar göründüyü qədər sadə məsələ deyil.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az