• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-06-2018, 10:31

Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

Qida Təhlükəsizliyi Agentliyində baytarlıq qaydaları: “Ət azı 2 dəfə bahalaşacaq…”

Qida Təhlükəsizliyi Agentliyi öz işinə ölkə əhalisini standartlara cavab verən ət və ət məhsulları ilə təmin etməklə başlamaq niyyətini açıqlayıb. Belə ki, yaxın zamanlarda Bakıda müasir standartlara cavab verən ət kombinatlarının istifadəyə veriləcəyi gözlənilir. Ancaq bu, həm də Bakıda və ətraf qəsəbələrdə demək olar ki, hər küçədə rast gəldiyimiz ət kəsimi məntəqlərinin ləğv olunacağı deməkdir.

Qəssablara qadağalar gəlir

Çünki əgər agentliyin planaşdırdığı kimi olacaqsa, ət kombinatları istifadəyə veriləndən sonra qəssabların rayonlardan paytaxta iri və xırdabuynuzlu heyvan gətirməsi də mümkün olmayacaq. Əslində bu gün fəaliyyət göstərən ət kəsim yerlərində gigiyenik qaydalara əməl edilmədiyi ortadadır. Bu baxımdan, atılacaq addımın keyfiyyətli məhsulların satışına şərait yaradacağı gözlənilir. Bununla bağlı ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, stasionar, modul və mobil tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması və istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə prezident sərəncamı var. Sərəncamın icrası ilə Qida Təhlükəsizliyi Agentliyi məşğul olacaq. Prosesin necə və hansı şərtlərlə aparılacağı ilə hələ ki, tam məlum deyil. Qida Təhlükəsizliyi Agentliyini də məsələ ilə bağlı öz mövqeyini açıqlayıb. Qurumdan bildirilib ki, agentlik tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Azərbaycan dövləti tərəfindən qəbul ediləcək qərarlar əsasında, tədbirlər planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsimi məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı və ət məhsuluna olan tələbatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkili nəzərdə tutulub.

Bir qadağanın 3 nəticəsi

Məsələ ilə bağlı ekspertlərin fikri isə fərqlidir. Ekspertlər hesab edir ki, hazırda fəaliyyət göstərən sallaqxanalara standartların tətbiqi üçün möhlət verilməlidir ki, bu sahədə boşluq yaranmasın, qiymət artımı olmasın. Nəzərə alsaq ki, bu gün ət satışı ilə kifayət qədər çox sayda şəxs məşğul olur, birdən-birə onlara tətbiq ediləcək qadağalar işsizliyə səbəb olacaq. Digər tərəfdən, ətin qiymətinin bahalaşma ehtimalı da irəli sürülür ki, bu da ölkə əhalisi üçün xoşagəlməz haldır. Üçüncü məqam- Azərbaycan alıcısı üçün vacib olan məsələlərdən biri də ətin keyfiyyəti ilə bağlıdır.

Hamı var, onlardan başqa

“Cümhuriyət” qəzetinin əməkdaşı paytaxtdakı bir neçə ət kəsimi və satışı məntəqəsində olub. Qəssablarla söhbətimizdən məlum oldu ki, onlar yeni qaydalardan ümumiyyətlə xəbərsizdirlər. Suraxanı rayonu Hövsan qəsəbəsində fəaliyyət göstərən ət kəsim və satış yerlərində səhər tezdən iş artıq başlamışdı. Saat 06:30-dan etibarən artıq iri və xırdabuynuzlu heyvanlar kəsim yerlərinə gətirilmişdi. Məntəqədə təkcə qəssablar və mal sahibləri yox idi. Kəsim prosesini maraqla izləyən məhəllə sakinlərini də unutmayaq. Amma heyvan kəsiminin gigiyenik qaydalara, standartlara cavab verdiyini yoxlamaq üçün aidiyyatı qurumlardan kimsəni görmədik. Adəti üzrə kəsim başladı, eyni zamanda mal sahiblərinin gətirdikləri iri və xırdabuynuzlu heyvanların daha çox çəki verməsi üçün qəssabların işinə müdaxiləsi də…

“Gəlib buraları bağlayacaqlar?”

Prosesi bir müddət kənardan izləyib kəsim yerinə yaxınlaşdıq. Şəkil çəkmək üçün icazə istədik, qəssablar da, mal sahibləri də etiraz etmədi. Kəsim yerlərində olanlardan yeni qərar, görüləcək işlər, ət kəsimi və satışı yerlərinin bağlanacağı haqqında deyilənləri soruşduq.
Xəbərsiz olduqları hiss olunurdu. Özləri də çox keçmədən bunu dilə gətirdilər. Qəssablardan birinin sözlərinə görə, belə qərar olmaz: “Biz uzun müddətdir ki, bu işlə məşğul oluruq. Ailəmizi bununla saxlayırıq. Onsuz da indi işlər zəifdir. Qiymətlər günü-gündən bahalaşır. Rayonlardan heyvan almaq müşkülə çevrilib. İri və xırdabuynuzlu heyvanların sayı ciddi şəkildə azalıb. Daha rayonlarda heç kim əvvəlki kimi heyvandarlıqla məşğul olmur. Səbəbi də başadüşüləndir. Yem bahadır, otlaq sahələri də yoxdur. İndi də deyirsiz ki, gəlib buraları bağlayacaqlar. Heç belə iş olar?”

“Qiymət azı 2 dəfə bahalaşacaq, əgər…”

Qəssabla söhbətimizə kənardan müdaxilələr də olurdu. Hər kəs öz fikrini bildirmək istəyirdi. Heyvan sahibi olan T.S deyir ki, rayonlardan qəssab və ya heyvan sahiblərinin mal gətirməsinə qadağa qoyulsa, qiymətlər ən az 2 dəfə bahalaşacaq: “Bakıda heyvan yoxdur. Bir- iki nəfər qəsəbələrdə özü üçün saxlayır, onları da satmırlar. Biz gedib Bərdədən, Ağcabədidən, Beyləqandan və digər rayonlardan heyvan gətiririk, onu da güclə tapırıq. Biz də çalışırıq elə qiymətə alaq ki, üstündə 5-10 manat da biz qazanaq. İndi deyirlər ki, rayonlardan gətirilən heyvanlar Bakıya buraxılmayacaq? Bəs bu kombinata mal haradan gətiriləcək?”

“Biz işimizi “köhnə qayda”da həll edirik”

Söhbətimizi bitirib başqa bir kəsim məntəqəsinə yaxınlaşdıq. Orada da qızğın iş gedirdi. Amma adəti üzrə kəsilən heyvanın sağlam olub-olmadığını yoxlayacaq heç kimə rast gəlmədik.Niyəsini qəssabdan soruşduq. Sualımıza əsəbi şəkildə “Biz bu məsələləri köhnə qaydada həll edirik”,- deyə cavab verdi. Köhnə qayda”nın nə olduğunu nə biz soruşduq, nə o dedi. Cavab hər ikimizə də aydın idi.Kəsilən heyvanın haradan gətirilməsinə gəlincə, “Bərdə malıdır, özümüz gətirib kəsib, satırıq” cavabını aldıq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az