
Moskvada dünya çempionatının oyunlarına baxmağa getmiş azərbaycanlı soyğuna məruz qalıb.
Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, 35 yaşlı Tərlan Məhərrəm oğlu Əliyevin bahalı “Ayfon-7” və “Vertu” telefonları, bank kartı oğurlanıb.
T.Əliyev polisə verdiyi ifadəsində əşyalarını “YandexTaksi”də qoyduğunu bildirib.
Amma sonradan araşdırılıb ki, onun telefonları və kartı taksidə qalmayıbmış. İlkin ehtimala görə, o, cibgirlərin qurbanı olub.
Nyus.Az

























