• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
12-06-2018, 15:52

Ət sallaqxanaları ləğv edilir: Prezident tapşırıq verdi, polis nəzarət edəcək

Ət sallaqxanaları ləğv edilir: Prezident tapşırıq verdi, polis nəzarət edəcək

Bakıda yol kənarlarında, məhəllələrdə antisanitariya şəraitində ət kəsimi illərdir problem olaraq qalır. Xüsusilə, Bakıətrafı kənd və qəsəbələrdə heyvan küçədə, insanların gözü qarşısında kəsilir, qanı küçəyə axıdılır. Kəsilmiş heyvanın baş-ayağı isə günlərlə mağazanın qarşısında saxlanılır.

Virtualaz.org saytı xatırladır ki, ət sallaqxanalarının ləğvi və əvəzində kəsim məntəqələrinin yaradılması “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na salınmışdı. Lakin ixtisaslaşdırılmış kəsim məntəqələrinin özəl əsaslarla yaradılması nəzərdə tutulduğundan, təklif elə təklif olaraq da qaldı, iş adamları bu sahəyə maraq göstərmədilər. Yalnız Xəzər, Binəqədi, Abşeron rayonlarında ət kəsim məntəqələri yaradıldı.

İndi yenidən özəl əsaslarla ət kəsimi məntəqələrinin yaradılması məsələsi gündəmə gəlib. Küçələrdəki ət sallaqxanalarının ləğvi kəsim məntəqələrinin yaradılmasından sonra mümkün olacaq.

Qida Təhlükəsizlik Agentliyindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, iri və xırdabuynuzlu heyvanların qanunsuz kəsiminə qoyulacaq qadağalar Tədbirlər Planına uyğun olaraq mərhələli qaydada həyata keçiriləcək. Əhalinin sayı və təlabata uyğun olaraq ət kəsim məntəqələri yaradılacaq. “Standartlara uyğun, müvafiq laboratoriyalarla təmin olunmaqla xüsusi ət kəsim məntəqələri respublikanın şəhər və rayonlarında əhalinin sıxlığı, ətə olan təlabatı nəzərə alınmaqla sahibkarlar tərəfindən təşkil ediləcək. Bu kəsim məntəqələrinə hər hansı bir say məhdudiyyət yoxdur”, - agentlikdən bildiriblər. Sanitariya-gigiyena norma və qaydaları, qida təhlükəsizliyi baxımıdan standartlara cavab verən ət kəsim məntəqələrinə dair layihələr Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmalıdır. Agentlik nəzərdə tutulan tədbirlərin icrasına iyulun 1-dən başlayacaq.

Agetliyin nəzdində “Qida Təhlükəsizlik İnstitut”u publik hüquqi şəxsi yaradılacaq. İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlanmasını həyata keçirəcək. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə iri istehsalat müəsissələrində, ticarət obyektlərində, ictimai-iaşə və qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən obyektlərdə monitorinqlərə başlayıb.

Qeyd edək ki, dünən prezident İlham Əliyev heyvan kəsim məntəqələrinin yaradılması üçün sərəncam imzalayıb. Sərəncamda göstərilir ki, Qida Təhlükəsizliyi Agentliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görməli, bu məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

Daxili İşlər Nazirliyinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görmək tapşırılıb.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az