• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
11-06-2018, 08:54

Lələ təpənin ardınca düşmənə Günnüt zərbəsi

Lələ təpənin ardınca düşmənə Günnüt zərbəsi

26 ildir işğalda olan ərazi azad edildi; Üzeyir Cəfərov: “Atmalı olduğumuz lazımi addımları atacağıq...”
Ötən həftə Azərbaycan ordusunun 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndinə nəzarəti tam əlinə alması və bir sıra yüksəklikləri azad etməsi bu günlərin əsas hadisəsi oldu. Ələ keçirilən yüksəliklərin bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 1500 və 2000 metrə çatır ki, bu da hərbi nöqteyi-nəzərdən ölkəmiz adına çox böyük strateji əhəmiyyət kəsb edir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu hadisəni axar.az-a şərh edərkən bir sıra diqqətçəkən məqamlara toxunub: “Azərbaycanın ordusu düşmənin xain hərəkətlərinin qisasını bir gün alacaqdı. Son iki ayda aparılan ciddi hazırlıqlardan sonra növbəti əməliyyat da uğurla nəticələndi. Əməliyyat təkcə Günnüt deyil, daha iki kəndin tutduğu əraziləri əhatə edirdi. Çox ciddi döyüşlər nəticəsində Azərbaycan tərəfindən cəmi bir itki oldu. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. Ermənilər həmin ərazidə çox az sayda hərbi postlar qurmuşdular, ona görə də buranı neytral bölgə adlandırırdılar.

Amma döyüş əməliyyatları başlayan zaman əraziyə Ermənistan ordusunun yeni dəstələri də cəlb edilmişdi. Ancaq Naxçıvan Əlahiddə Qoşunu müasir döyüş üsulları və texnikası hesabına qısa müddətdə erməniləri geri oturtdu. Nəticədə Ermənistanın nəzarət etdiyi, əslində isə Naxçıvana məxsus olan və Günnüt kəndi də daxil olmaqla sonradan neytral zona kimi tanınan ərazilər azad olundu”.

Politoloq bildirib ki, strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır:

“Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Çünki həmin yüksəkliklərdən İrəvana qədər olan əraziyə və İrəvan-Yexeqndzor-Laçın-Xankəndi yoluna tam nəzarət etmək və buradan istənilən zərbəni endirmək imkanlarını təmin edən ərazi artıq ordumuzun nəzarətindədir. Azərbaycan bununla döyüş meydanında çox böyük strateji qələbə əldə edə və lazım gələrsə, düşmənin təhdidlərinə qarşı bu ərazilərdən istifadə etməklə Ermənistana, Dağlıq Qarabağ və işğal altında olan ərazilərə güclü raket və artilleriya zərbələri endirə biləcək”.

Ekspertlər 2016-cı ilin aprel uğurlarından sonra növbəti dəfə ordumuzun belə bir uğuru təkrarlanmasını gələcək baxımdan çox önəmli sayırlar.

Hərbi ekspert Üzeyir Cəfərov həm də bildirdi ki, bu cür məlumatların yayılması zamanı dövlət və dövlətçiliyin mövqeyini gözləməliyik: “Çünki bəzən elə xəbərlər olur ki, onlar bizə ziyan gətirə bilər. İstənilən halda silahlı qüvvələrimizin nümayəndələrinin nəzarət etdiyi ərazi Azərbaycan ərazisidir. 1992-ci ildə Azərbaycan ordusu tam formalaşmadığı bir zamanda ermənilər oranı da ələ keçirmişdi. Son vaxtlar Ermənistanda baş verən məlum gərginliklər döyüş bölgələrində də özünü göstərməkdədir. Əsgərlərimiz ağıl işlədərək, hərbin qaydalarından istifadə edərək həmin əraziləri öz nəzarətimizə tam şəkildə qaytarıblar”.

Ekspert bildirir ki, həmin ərazidə böyük bir döyüş əməliyyatı keçirməyə də ehtiyac olmayıb: “Ordumuz sadəcə lazım olan taktiki addımları atıb və bu gün həmin ərazilər etibarlı şəkildə ordumuzun nəzarətindədir. Bunu bu şəkildə demək olar. Ermənistan tərəfin bunu necə qələmə verəcəyinə gəlincə, Ermənistanın müdafiə nazirinin mətbuat katibi çox gülünc bir açıqlama verdi ki, guya Azərbaycan tərəfi onlara müraciət edib və ayın 6-7-də mülki şəxslərin oradakı qəbiristanlığı ziyarət etmələrini istəyib. Əvvəla, ermənilər həmin yerlərdə 90-cı illərdə bir salamat yer belə saxlamayıblar, hətta qəbir daşlarını belə dağıdıblar. Baxmayaraq ki, ora neytral ərazi idi. Ermənistan Müdafiə Nazirliyi nədən yaddan çıxarır ki, Azərbaycan Müdafiə Nazirliyinin onlarla heç bir əlaqəsi yoxdur. Belə olan halda Müdafiə Nazirliyimiz necə müraciət etdi? Azərbaycan mövqeyində qətidir. Biz artıq Şərur rayonundakı Günnüt kəndində olan mövqelərimizdə möhkəmlənmişik, əvvəlki təhlükələr yoxdur. İnsanlarımız bundan sonra o ərazilərə tam rahat şəkildə gedib gələcəklər”.

Hərbi ekspert baş verən son hadisələrin çox ciddi bir mesaj olduğunu da qeyd etdi: “Azərbaycan indiyə qədər dəfələrlə bəyan edib ki, ərazisindəki işğal faktı ilə heç vaxt barışmayacaq. Gec-tez ölkəmiz düşmənin işğalçılıq siyasətinə son qoyacaq. İndi də bu mesajlar bu cür hadisələrlə verilməkdədir. Azərbaycan onsuz da öz əraziləri çərçivəsində beynəlxalq qurumlarla mübarizə aparır ki, bizim haqqımız, hüququmuz tanınsın. Biz Ermənistan əraziləri ilə bağlı heç bir fikir səsləndirməmişik. Yeganə səsləndirdiyimiz fikirlər vaxtı ilə Azərbaycan əraziləri sayılan mahallarla bağlıdır. Digər məsələləri həll edəndən sonrakı danışıqlar prosesində bu məsələləri qaldıra bilərik. Bu da gələcəyin söhbətidir. İndiki məqamda Dağlıq Qarabağ və ətraf rayonlar, eləcə də, Ermənistanla həmsərhəd olan və işğal altında qalan bir neçə kəndlə bağlı danışıqlar gedir və Azərbaycan bunlarla bağlı lazımi addımlarını atacaq. Ermənistanın indiki rəhbərliyi əvvəlkindən daha avantürist, populist bir şəxsdir. Paşinyan Sərkisyandan çox qəddardır. Ondan istənilən təxribatı gözləmək olar. Amma Azərbaycan prezidenti də dəfələrlə deyib ki, biz görürük beynəlxalq normalar işləmir, lazımi addımlarımızı atacağıq. Bu addımları atmaq üçün əlimizdə kifayət qədər əsaslar var. Mənə gəlir ki, yaxın günlərdə keçiriləcək hərbi paradda ölkə başçısı lazımi mesajları verəcək. Bundan sonra da atmalı olduğumuz lazımi addımları atacağıq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az