• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-06-2018, 07:44

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara başlayır: Sahibkarları nə gözləyir?

Qida Təhlükəsizliyi Agentliyi yoxlamalara başlayır: Sahibkarları nə gözləyir?

Mansur Piriyev: “Burada məqsəd sahibkarlıq obyektlərindəki neqativ hallar deyil, istehsalat müəssisələrin qeydiyyatı olacaq”

Qida Təhlükəsizliyi Agentliyinin iyulun 1-dən ölkədə qeydiyyat və nəzarət tədbirlərinin icrasına başlayacağı ilə bağlı sahibkarlara müraciət edilib. Qeyd edək ki, agentlik əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədilə mayın 22-dən etibarən sahibkarlıq subyektlərində, iri istehsalat müəsissələri, ticarət obyektləri, ictimai-iaşə və digər qida məhsullarının istehlakçıya çatdırılması prosesində iştirak edən subyektlərdə monitorinqlərə başlayıb. Monitorinqlər zamanı bu sahədə fəaliyyət, istehsal şəraiti və qida zəncirinin mərhələləri ilə yerində tanışlıq, sahibkarlara normativ texniki sənədlərin tələblərini izah etmək, habelə gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi qeydiyyatı, dövlət reyestrinin aparılması, sertifikatların verilməsi və digər bu kimi istiqamətlərdə məlumatlar çatdırılır.

Qurum son olaraq, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün sahibkarlara müraciət edib və qeyd edib ki, hazırkı şəraitdə ət kəsimi ilə bağlı səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var.

Bəs görəsən, iyulun 1-dən başlanılacaq yoxlamalarda ilk növbədə hansı sahibkarlıq subyektlərində monitorinqlər aparılacaq? Bu yoxlamalar əvvəlki dövrlərdə olduğu kimi rüşvət ə korrupsiya hallarının yaşanmasına səbəb ola bilərmi? Agentlik bu istiqamətdə şəffaflığı necə təmin edəcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, qeyd olunan neqativ halların yaşanmaması üçün agentlik ictimaiyyətə açıq və şəffaf fəaliyyət göstərməlidir: “Qida Təhlükəsizliyi Agentliyi yarananda Azad İstehlakçılar Birliyi olaraq biz həddindən artıq sevindik. Çünki İqtisadiyyat Nazirliyinə tabe olmayan, müstəqil dövlət mərkəzi icra hakimiyyəti orqanı yarandı. Biz bu qurumun əsasnaməsinə təhlil etdik, bu mükəmməl hazırlaşmış bir əsasnamə idi. Qurumun qarşısında çox böyük məsələlər durur. Ölkədə qida təhlükəsizliyinin təmin olunması, eləcə də Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə çıxarılması kimi mühüm istiqamətlər var. Ona görə də, Azad İstehlakçılar Birliyi bu məsələ gündəmə gələn zaman baş nazirin müavini Əli Əhmədova, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzliyə məktub yazdı. Biz 20 ildir bu sahədə çalışan və beynəlxalq qurumların üzvü olan bir təşkilat kimi onlarla öz təcrübəmizi bölüşmək istəyirdik. Əsasnamənin bəndlərində göstərildiyi ki, Kollegiyada təmsil olunmaq istəyirdik. Lakin heç bir görüş baş tutmadı. Bu qurumlar ictimaiyyətlə əlaqə yarada bilmədilər.

Biz Qida Təhlükəsizliyi Agentliyindən əsasnaməyə uyğun fəaliyyət göstərilməsini gözləyirik. Mənə hər gün zənglər gəlir və insanlar şübhələnirlər ki, bəlkə bu qurum da rüşvət yığmaq üçün bir mexanizmdir. Ancaq mən optimistəm və belə gözləmirəm. Bu yoxlamalarda rüşvət amili yer almamalıdır. Cənab prezident yoxlamaların dayandırılması barədə qərar qəbul edərkən düşünürdük ki, istehlakçılar bu durumdan yararlanacaq, məhsulların qiyməti aşağı düşəcək. Lakin bu baş tutmadı. Qida Təhlükəsizliyi Agentliyi əgər rüşvətdən kənar bir qurum kimi fəaliyyət göstərəcəksə, həqiqətən qida təhlükəsizliyini təmin edəcəksə, ilk növbədə ictimaiyyətə açıq olmalıdır. Onlar KİV-lə, ictimai təşkilatlarla operativ işləməlidirlər ki, şəffaflığı təmin edə bilsinlər”.

Ekspertin sözlərinə görə, istənilən yerdə rüşvət hallarının olması son nəticədə istehlakçılara zərbə vurur və həmin vəsait alıcının cibindən çıxır: “Qida Təhlükəsizliyi Agentliyi sahibkarları qorxutmaq deyil, onlara kömək etmək yolunu tutmalıdır ki, tarladan istehlakçının süfrəsinə qədər məhsulu izləmək sistemini həyata keçirə bilsin. Təəssüflər olsun ki, kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar torpağa həddindən artıq gübrələr verir, məhsullar zəhərlənir. Bu qurumun nümayəndələri sahibkarların yanında olmalı, nəzarət etməlidir, zəhərli məhsul bazara çıxmalı deyil. Lakin hələ ki, bu iş getmir. Mən qarpız-yemiş mövsümündə xüsusi cihazla bazara çıxarılan məhsulların monitorinqini aparacağam. Hər il bu monitorinqi aparıram və məlum olur ki, bu məhsulların tərkibində nitratların miqdarı normadan qat-qat çoxdur. İnsanlar kütləvi şəkildə zəhərlənirlər. Əgər bu mövsümdə eyni hal yaşanmazsa , o zaman biz Qida Təhlükəsizliyi Agentliyinə təşəkkür edəcəyik. Yox, əgər olmasa bu qurumu tənqid edəcəyəm. Çünki hazırda fermerlər bu gübrələrdən hədsiz istifadə edirlər”.

E.Hüseynov vurğuladı ki, Agentliyin heyvanların kəsilməsi üçün xüsusi sallaqxanaların yaradılması təklifi çox gözəl təklifdir: “Lakin görək alıcılar kəsimini gözləri ilə görmədikləri əti alacaqlarmı? Dövlət orqanlarına da inamları yoxdur. Adminstrativ yollarla bunun qarşısını almaq mümkün olmayacaq. Azad İstehlakçılar Birliyi bu qurumun işinə ictimai nəzarəti həyata keçirəcək.

Hazırda ölkədə istehlakçı hüquqları ilə bağlı vəziyyət bərbaddır. Burada ilk növbədə tibbi xidmətlərdən, xüsusən stomatoloqlardan, dərman preparatlarının keyfiyyətindən, gözəllik salonları xidmətindən başlamaq lazımdır. Çox sahələrdə problemlər var. Burada ərzaq malları və sənaye məhsulları da xüsusi yer tutur. Texnoloji avadanlıqlar sahəsində də alıcıların hüquqları pozulur. Bəzi brend mağazalar malın pulunu aldıqdan sonra istehlakçıların şikayətləri ilə maraqlanmırlar, zəmanət verilsə də, servislər təmirdən boyun qaçırır. Malları dəyərindən iki qat baha satırlar. Hökumət üzünü istehlakçılara tərəf çevirməlidir və bilməlidir ki, biznesi də, dövləti də saxlayan istehlakçılardır”.

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev isə “Yeni Müsavat”a danışarkən vurğuladı ki, aparılan monitorinqlərdə əsas məqsəd sahibkarların və istehsal müəssisələrində çalışanların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsidir: “Qida Təhlükəsizliyi Agentliyi mayın 22-dən monitorinqlərə başlayıb. Monitorinqlər zamanı müxtəlif sahələrdə qida təhlükəsizliyi ilə bağlı sahibkarlıq obyektləri yoxlanılıb. Burada əsas məqsəd sahibkarların, həmin müəssisələrdə çalışan əməkdaşların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsidir. Monitorinqlər zamanı sahibkarlara, istehsalat müəssisələrinin əməkdaşlarına qida təhlükəsizliyi ilə bağlı lazım olan texniki şərtləri, tələbləri çatdırmışıq. Gələcəkdə də onlara dəstək göstərməyə davam edəcəyik. Əsas məqsəd odur ki, sahibkarlar, qida sahəsində fəaliyyət göstərən istehsal müəssisələrinin rəhbərləri çalışdıqları sahə ilə bağlı təhlükəsizlik qaydalarından məlumatlı olsunlar. Çünki hər sahənin özünün müəyyən risk dərəcələri var. Məsələn, heyvan mənşəli qida məhsulları bizim agentlikdə xüsusi diqqətdədir, ona görə bu sahədə çalışanları maarifləndirməyə çalışırıq. Onlara işlərini daha yaxşı, daha keyfiyyətli qurmaqda və standartlara uyğun qida məhsulları istehsal etməkdə köməklik göstərməyə çalışırıq, maarifləndirici materiallar veririk. Bu monitorinqlərdə biz onları həm də gələcəkdə qeydiyyat məsələsinə hazırlaşdırırıq”.

İyulun 1-dən sonrakı mərhələyə gəlincə, M.Piriyev bildirdi ki, burada söhbət sahibkarlıq subyektlərinin qeydiyyatına alınması və onların mövcudluğunun qeydə alınmasından gedir: “Məqsədimiz sahibkarlıq obyektlərindəki neqativ hallar deyil, istehsalat müəssisələrin qeydiyyatıdır. Bundan sonrakı mərhələdə isə istehsalat müəssisələrinin fəaliyyət göstərdikləri sahələrə və risk dərəcələrinə uyğun olaraq, onlara mütəmadi şəkildə nəzarətin aparılmasıdır. Yəni, sahibkarlıq subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi hələ növbəti mərhələdə olacaq. Əsas məqsədimiz sahibkarların müasir standartlara və tələblərə uyğun fəaliyyətinə nail olmaq, eyni zamanda onların beynəlxalq bazarlara çıxışını təmin etmək üçün keyfiyyətli ərzaq məhsullarının istehsalına təşviq etməkdir. Sahibkarlar bu məsələdə özləri maraqlı olmalıdırlar ki, istehsal etdikləri məhsullar həm yerli istehlakçıların qida təhlükəsizliyi tələblərinə cavab versin, həm də beynəlxalq bazarlara çıxmaq imkanına malik olsun. Biz bu sahədə onlara lazım olan dəstəyi göstərəcəyik. Həm maarifləndirmə, həm də metodoloji baxımdan lazım olan şərtləri çatdıracağıq. Sahibkarlıq obyektlərinin qeydiyyatı isə ASAN Xidmətdə təşkil olunmuş vahid pəncərə sistemi vasitəsilə həyata keçiriləcək”.

Nərgiz LİFTİYEVA
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az