• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
31-05-2018, 09:05

Alışanovun vəzifəsindən alınmamasının səbəbi...

Alışanovun vəzifəsindən alınmamasının səbəbi...

Hüquqşünas: “Hər bir şəxs məhkəmə hökmü olmayana qədər təqsirsiz sayılır və ona qarşı hansısa tədbirlərin görülməsi ədalətsiz hesab oluna bilər”
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) sədri Arif Alışanov və ailə üzvlərinin adının hallandığı proses davam edir. Sonuncu məhkəmə prosesində iş üzrə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər, lakin etiraz baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxslər tərəfindən Alışanovun məhkəməyə çağırılması və o, gələnədək məhkəmə baxışının təxirə salınması, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti qismən təmin edib. Hakim Alışanovun məhkəməyə gətirilməsi üçün ona bildiriş göndəriləcəyini bildirib.

Lakin məsələ burasındadır ki, bu qədər ittihamlara rəğmən Alışanov hələ də vəzifəsinin başındadır. Sözsüz ki, onun bu cür vəzifədə olması, istintaqa da təsir edən amillərdən ola bilər. Məsələ hətta Milli Məclisin plenar iclasına da gedib çıxıb. Belə ki, ötən həftələrdə deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirmişdi ki, AzTV sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir. Doğrudan da vəziyyət deputatın dediyi kimidir. Deputat bildirib ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atılmalı, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: “Doğru, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

İttihamlar isə deputatın da dediyi kimi, heç də primitiv deyil. Belə ki, ittihama görə, Arif Alışanov 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonun Nağaraxana kənd sakini Şücayət Əkbərovla tanış olub, aralarında yaxşı münasibət yaranıb. 2012-ci ildə Alışanov qardaşı Habili, yeznəsi Vidadi Cəfərovu, qayınları - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa, yəni ortaq biznesə cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan kömək istəyib. Baş tutmayan bu biznesə 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşı Habil 200 min manat, yeznəsi Vidadi 200 min manat, qaynı Etibar 1 milyon 800 min manat, digər qaynı Natiq 3 milyon 500 min manat, özü isə 500 min manat və ümumilikdə isə 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəliblər. Bu sövdələşmədən sonra Alışanov Ş.Əkbərovdan 50 hektar torpaq sahəsi üçün 1 milyon 5 min manat alıb. 2014-cü ilin fevralında Ş.Əkbərov 3 hektar 48 sot torpaq üçün 174 min manatı mənimsəyib.

AzTV sədri ifadəsində bildirib ki, Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərində gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduqlarını ona deyib. “Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik... Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.

Təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

İstintaq materiallarında AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi olması iddia edilir. Sədrin avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu güllələmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.

Təqsirləndirilən şəxslər isə hər prosesdə bəyan edirlər ki, ittihamları qəbul etmirlər. Deyirlər ki, Arif Alışanov onları həbs etdirməklə özünün qanunsuz əməllərini, korrupsiya cinayətlərini gizlətməyə, pərdələməyə çalışır. Hətta onun özünün Şamaxıda qətl törətdiyini iddia edirlər.

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, şəxs o zaman vəzifədə saxlanılmır ki, onun barəsində ciddi sübutlar var:

“Mətbuatda Alışanov barəsində müxtəlif xəbərlər gəzir. Ancaq bilmirəm ki, onun barəsində cinayət işi qaldırılıb, yoxsa yox. Cinayət işi yoxdursa, deməli, ona qarşı heç bir intizam tədbiri də həyata keçirilə bilməz. Bundan başqa, istintaq hətta bəzən cinayət işi olan zaman da bu qərara gəlir ki, onun tutduğu vəzifə istintaqın gedişatına təsir etmir. Yəni ola bilər ki, şəxsin tutduğu vəzifə istintaqın gedişinə təsir etmir. Bu halda da onun işdən kənarlaşdırılmasını tələb etməyə bilər. Çünki təqsirsizlik prezumpsiyası var. Bu, o deməkdir ki, hər bir şəxs məhkəmə hökmü olmayana qədər təqsirsiz sayılır və ona qarşı hansısa tədbirlərin görülməsi ədalətsiz hesab oluna bilər. Bu da istintaq orqanının yanaşmasından asılıdır. Əgər vəzifəli şəxsdirsə, deməli, onun inzibati resursları, imkanları var. Bunu da ancaq istintaq və ya zərərçəkmişin özü, yaxud da vəkili qiymətləndirə bilər. Alışanov işinə gəlincə isə, hələ bilinmir ki, ona qarşı cinayət işi qaldırılıb, yoxsa yox. Qanuna qalsa, istintaq hətta araşdırma dövründə də şəxsi vəzifəsindən kənarlaşdıra və ya kənarlaşdırmaya bilər. İkinci hal sübutların az olduğu və vəzifənin təsir imkanları olmadığı halda baş verir”.

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az